Mahir-Ay brat,ay brat

Tutuldunsa voronokda,
Gedəcəksən etap.
Zona girəndə adını denən,
Bağlanaıbdır kitab.
Sən işlədin işləmədün,
Verəcəklər əzab.
Karsa girib narada yat,
Ay brat,ay brat.

Yenə türmə, yenə qazamat, ay brat,ay brat.
Yaxşısı azadə həyat,ay brat,ay brat.

Vaxt olur ki verilmiyir,
Krovniy payok da.
Evdəkilər də gəlmiyir,
Heç nə yoxdur tokda.
Borcun da boğaza qədər
Dükanda, larokda.
Cibdə də yoxdur bir manat,
Ay brat,ay brat.

Yenə türmə, yenə qazamat, ay brat,ay brat.
Yaxşısı azadə həyat,ay brat,ay brat.

Koykaların üstünə çıx,
Hava al reşkadan.
Balandyor yemək verir,
Bizə qarmoşkadan.
Ya mannı, ya perlova,
Ya da kartoşkadan.
Qara çörək gəlir boyat,
Ay brat,ay brat.

Yenə türmə, yenə qazamat, ay brat,ay brat.
Yaxşısı azadə həyat,ay brat,ay brat.

Çıxacaqsan içəridən,
On beş il müddətə.
Dustaq üçün yazılana bax
Taleyə, qismətə.
Yanına gəlib gedən anon,
Gedibdir rəhmətə.
Qır dəmiri, dəfninə çat,

Mahir deyir ki,ay brat,ay brat.
Yaxşısı azadə həyat.

Lökbatan şairi Mahir.

 

7 şərh

Əliyev
Çox sağ ol ay brat.
Dior
Brat sözünü qardaşla əvəz etmək olmazdı?
ramzes

Elə bizim mahirimiz olar, yeri gəlmişkən ay brat düşüklüyünü  bir dəfə qabartmışam, buyurun

xiridar
Bu düşüklük sözünə görə sənə türmədə hər şeyi başa salacaqlar.Belə yazılar yazmağa davam etsən o gün uzaqda deyil.
ramzes
Hansı əsasla? Nəyə görə? antidemokratik xiridarlarımız var eee..., gələcək bizimdir, bizim olacaq…
Wizard
Türmə həyatının reallığı barədə növbəti meyxana. Çox gözəl :)
Wizard
Çöldə igid olub düşüb türməyə
Uşaq kimi ağlıyanı görmüşəm