Ay can, ay can (Üzeyir və Mahir)

Quruldu meydan,ay can,ay can,
Hər tərəf,hər yan,ay can,ay can.

Üzeyir Mehdizadə və Mahir Biləcərinin bu meyxanası çox populyardır:

Bir qızı gördüm 16 yaşında,
16 yaşda aldırıb qaşın da.
Hətta gəzir Hammer adlı maşında,
Yanında oğlan, ay can,ay can!

Quruldu meydan,ay can,ay can,
Hər tərəf,hər yan,ay can,ay can.

Pul olmadı adam qalır lomkada,
Pamadası güzgüsü var sumkada,
Dırnağı manikürdü,mini yubkada,
Kopya Sibel Can, ay can,ay can!

Quruldu meydan,ay can,ay can,
Hər tərəf,hər yan,ay can,ay can.

Qızıl sırğa sallanır qulağında,
Siqareti də yandırır damağında,
Tək oynuyur güzgünün qabağında,
Geyib dikdaban, ay can,ay can!

Qızda var ki diyim harda şellənir,
Flagmanda ya Oskarda şellənir,
Axşam olan kimi barda şellənir,
Əlində qəlyan , ay can,ay can!

Pamada çəkib dodağının üstünə,
Pudra vurubdur yanağının üstünə,
Qoyub ayağını ayağının üstünə,
İstədi şampan, ay can,ay can

Quruldu meydan,ay can,ay can,
Hər tərəf,hər yan,ay can,ay can.

Mahir deyir sözünü canan eşitsin,
Üzeyrin də səsini hökman eşitsin,
Aşiq odur can deyib, can eşitsin,
Siz də deyin CAN, ay can,ay can!

Quruldu meydan,ay can,ay can,
Hər tərəf,hər yan,ay can,ay can.

Kimsə mahnının mp3 variantını yükləmək istəsə, yükləsin: Üzeyir və Mahirin ay can,ay can mahnısını yüklə

Kim deyir bu mahnı səviyyəsizdir,şərh yazmasın.

6 şərh

xiridar
Bakıda ən məşhur meyxanalardan biri budur.Bütün şəhər buna qulaq asır.
Bilici

Bütün Bakı buna qulaq asır hə?


Çünki Bakı da küçə çoxdu, Həmin küçələrdə insanlarda çoxdu...

ilham

İndiyə qədər yazıya şərh yazılmamasından görünür ki kayzençilər bu mahnını səviyyəsiz sayır.


Meyxananın da,sözlərinin də yeri var.

Misi
mahniya səviyyəsiz demək düz cixmir. çünki onun sözləri hamiya aid olmasada həqiqətdir. Razilaşmamaq mümkün deyil.
Leyla
Heç bilmirdim ki,Sibel Can seksuallıq etalonudur=)
HTML
Sibel Can şəkli
seksuallıq etalonlarından nəyi əskikdir?