Mahir-Ağlayanı görmüşəm

Oğul var ki, qansovuran zəli olur,
Oğul var hər cinayətdə əli olur,
Oğul da var kamerada dəli olur,
Yaxasını sancaqlayanı görmüşəm.
Çöldə igid olub,düşüb türməyə,
Uşaq kimi ağlayanı görmüşəm.
 
Qara pulu basıb yemək haramdır,
Adam da var ki kruçenniy adamdır,
Tavan verməlidir 12 tamamdır,
Karsa özünü bağlıyanı görmüşəm.
Çöldə igid olub, düşüb türməyə,
Uşaq kimi ağlayanı görmüşəm

Yoldaş var dövlət üstə,var üstə,
Sirdaş var dövlət üstə,var üstə,
Qardaş var dövlət üstə,var üstə,
Qardaşını bıçaqlayanı görmüşəm.
Çöldə igid olub, düşüb türməyə,
Uşaq kimi ağlayanı görmüşəm
 
Ağlabatan kəlmə katerjandadır,
Var elə oğullar qara zindandadır,
Ömürlüklər var ki Qobustandadır,
Dizlərin qucaqlayanı qucaqlayanı görmüşəm.
Çöldə igid olub,düşüb türməyə,
Uşaq kimi ağlayanı görmüşəm.
 
Bu Mahirin içəridə çox dostu var,
Heç kimə qismət olmasın dörd divar,
Bunların axırı necə olacaq, Bəxtiyar,
Günlərini varaqlayanı görmüşəm.
Çöldə igid olub,düşüb türməyə,
Uşaq kimi ağlayanı görmüşəm.
 

0 şərh