Sizin nigahınız məhəbbət və çiçəklərlə doludurmu?

      Bu sualların ətrafında düşünün. Səmimi cavablarınız ailə həyatınızdakı real vəziyyəti aydınlaşdırmağa kömək edəcək.

      1. Həyat yoldaşınız həqiqətənmi sizin ən yaxşı dostunuzdur?

      2. Ünsiyyət zamanı aranızı kəsən sədlərin mövcudluğuna yol verirsinizmi?

          * Həyat yoldaşım öz hissləri haqqında danışarkən, onu diqqətlə dinləyir və gözlərinə baxırammı?

          * Onun fikirlərinə maraq göstərirəmmi?

          * Öz mülahizələrimdə anlama və razılıq əlamətlərini nümayiş etdirirəmmi?

          * Özümü yaxşı dinləyici hesab edirəmmi?

       3. Öz həyat yoldaşınıza kifayət qədər diqqət yetirirsinizmi?

          * Həyat yoldaşınızı sevdiyinizi hamı bilirmi?

          * Həyat yoldaşınızı tez-tezmi qucaqlayıb öpürsünüz?

          * Həyat yoldaşınızın hissləri hansı formada çatdırmağa üstünlük verdiyini bilirsinizmi?

       4. Uşaqların tərbiyə edilməsində fikirləriniz üst-üstə düşürmü?

          * İstifadə edilən intizam qaydaları ilə razılaşırsınızmı?

          * Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?

          * Qışqırıq və əsəbilikdən uzaqlaşaraq, öz səs tonunuzu idarə edə bilirsinizmi?

          * Uşaqların yanında mübahisə etməkdən uzaq durursunuzmu?

          * Həftədə bir gününüzü ailənizlə ünsiyyət üçün ayırırsınızmı?

loading...

3 şərh

Ramil
Növbəti mətn " Evdəki rahatlıq".
tarixci1919
Hər vaxtınız xeyir. Mən ailəli olmasam da düşünürəm ki, bu suallara müsbət cavab verilən hər bir ailə əsl xoşbəxtliyi tapmış ailədir.
Ramil
Diqqətiniz üçün təşəkkür edirəm.