Evdəki rahatlıq

Xoşbəxt ailə — həmişə qısa görünən uzun söhbətdir.

      Valideyinlər öz övladlarının gələcək xoşbəxtliyinin və maraqlarının qayğısına qalmaqla bərabər, həm də öz ailə ocaqlarını mümkün qədər cəlbedici bir yerə çevirməlidirlər. Bu, hansısa ev əşyalarının alınmasından və ya pul yığmaqdan daha vacibdir. Ailədə sevinc kasadlığı hiss olunmamalıdır. Ailə ilə bağlı hisslər uşaqların ürəklərində həmişə qorunub saxlanmalıdır ki, onlar uşaqlıq vaxtlarının keçdiyi evi səmada olduğu kimi — sülh və xoşbəxtliyin hökm sürdüyü bir yer kimi xatırlasınlar. Onda onlar yetkin yetkin yaşa çatanda valideyinlərinə dəstək və təsəlli olacaqlar.

      Yer üzündə ən rahat yer. Ev övladlar üçün yer üzündə ən rahat yerə çevrilməli və bu yerdə ən çox cəlb edən şey ananın varlığı olmalıdır. Uşaqlar — həssas, sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu qədər, qəlblərinə toxunmaq da asandır. Analar mülayim rəftarla, sözlərlə və əməllərlə öz sevgilərini nümayiş etdirərək, övladlarının ürəklərini ələ ala bilərlər.
 

      Ev işlərinin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün təmizlik, səliqə və intizamın olması əsas şərtdir. Lakin əgər ana intizam yaratmağı ən vacib vəzifəyə çevirərək və özünü bütünlüklə rahatlığın yaradılması işinə həsr edərək, övladlarının fiziki inkişafına, əqli və əxlaqi tərbiyəsinə lazımi diqqət yetirə bilmirsə, çox böyük səhvə yol verir.

      Lazımsız bəzək əşyalarından və zahiri olan bir çox şeydən imtina etmək o demək deyil ki, biz öz xarici görünüşümüzə diqqətsiz və etinasız qalmalıyıq. Bizim zahiri görünüşümüzə və yaşadığımız yerə aidiyyət kəsb edən hər bir şey səliqəli və cazibədar olmalıdır.

      Evdəki intizam. ALLAH intizamsızlığı və etinasızlığı sevmir: cəhdlərimizin yox dərəcədə olması, Onun xoşuna gəlmir. Əgər kişi qadından fərqli olaraq səliqə-səhmanı, intizamlı uşaqları və yaxşı təşkil olunmuş evi sevirsə, onda yuxarıda sadaladığımız çatışmazlıqlar ərlə arvadın ayrılması kimi ciddi məsələnin ortaya çıxmasına şərait yaradır. Səliqə-səhmanı saxlaya bilməyən, özünü layiqincə aparmayan və evi düzgün idarə etməyi bacarmayan qadın və ana heç vaxt ailəsinə razılıq və xoşbəxtlik bəxş edə bilməz: ona görə də bu cəhətlər baxımından büdrəyənlər, öz zəif cəhətlərini inkişaf etdirməlidirlər.

      Şərəfli  iş. Bir çox ailələrdə qadın oxumaq, lazımi məlumatları əldə etmək, həyat yoldaşı ilə ünsiyyət etmək və uşaqların böyüməsinə nəzarət etmək üçün vaxt tapa bilmir. Onun bütün gücü, vaxtı və maraqları daim ağır ev işlərinə həsr olunur. Ailədə artıq yad bir insana çevrildiyini çox gec başa düşür. Sevdiyi insanlara təsir göstərmək və onların həyatını daha yüksək səviyyəyə qaldırmaq üçün nə vaxtsa əlində olan qiymətli imkanlar istifadəsiz qalır və əbədi olaraq itirilirlər.

      Qoy ailə ocağını qoruyan qadınlar daha müdrik plana əsasən hərəkət etməyə qərar versinlər. Öz evinizi ən xoşagələn yerə çevirmək sizin üçün ən başlıca məqsəd olsun. Əməyi yüngülləşdirmək və sağlamlığı qorumaq üçün vasitələrdən istifadə edin.

      Etməli olduğumuz bütün işlər — qab yumaq, xəstələrə qulluq etmək, yemək hazırlamaq və ya paltar yumaq — tərbiyəvi mənaya malikdir. İlk baxışdan sadə görünən işi də kimsə yerinə yetirməlidir: onu yerinə yetirən şəxs bilməlidir ki, bu iş vacib və şərəflidir.

      Evimin xoşagələn və cəlbedici olması üçün nə etməliyəm?

      

 

2 şərh

Ramil
Hörmətli oxucu, növbəti nəşr: " Vacib qərar".
sevil1
Ramil, xahiş edirəm ata və anain ailədə vəzifələri və bu kimi məsələlərə də toxunasiniz.