Üç məsləhət

Öz qadınına necə sevinc bəxş etməli?

1. Gül-çiçək mağazasına girin və bir buket qızılgül, yaxud başqa çiçəklərdən alın. Çiçəklərin arasına «Səni düşündüm və ürəyimdən keçdi ki, səni nə qədər çox sevdiyimi söyləyim» sözləri yazılmış açıqca qoyun və buketi qapının kandarında və ya nahar vaxtı təqdim edin.

      2. Həftə ərzində bir neçə dəfə telefonla zəng edin. Bunu heç bir səbəb olmadan, yalnız bu sözləri demək üçün edin: «Mən səni sevirəm və səninlə olduğum üçün özümü dünyanın ən xoşbəxt kişisi hesab edirəm».

      3. Öz əllərinizlə açıqca hazırlayın və həyat yoldaşınızı ad günü və ya evlənməniz ildönümü münasibətilə təbrik edin. Düzəltdiyiniz açıqcanı sənət əsəri hesab etmək mümkün olmasa da, inanın ki, bu hədiyyəniz onun üçün daha yaddaqalan olacaq.

 

       Öz ərinə məhəbbətini necə izhar etməli?

  •        Açıqca alın və ya özünüz hazırlayın. Öz hisslərinizi ona çatdırın və onu nə qədər sevdiyinizi, onun sizin əriniz və uşaqlarınızın atası olmasından məmnun olduğunuzu söyləyin.
  •        Tez-tez onu tərifləyin. Onun müsbət cəhətlərini qeyd etməyi unutmayın: uşaqların tərbiyəsində göstərdiyi səbri, ağıllı olmasını, işdə qazandığı uğurları, fiziki qüvvəsini və s.
loading...

4 şərh

Ramil
Növbəti teq «Məhəbbət və əməkdaşlıq»
asel
yazdıqlarınıza ozunuz inanırsız?yəni bunu edən qadın və kişi tapılar?
Ramil
Diqqətinizə görə təşəkkür edirəm. İnanırsınız deyəndə ki, yəqin ki elə insanlar var də. Amma hamı belə etsə təsəvvür edin həyat necə gözəl olar. Uşaqlar Atasız, anasız qalmazlar.