Çətinlikləri dəf edərkən

Bir çox ailələr ona görə bədbəxt olurlar ki, qadın sadə ailə həyatının adi ev işlərindən ikrahla öz çevirir. İş və qayğılar onun xoşuna gəlmir, sevinc, məmnunluq və maraqla yerinə yetirmək mümkün olan və onun özü üçün də faydalı olan şeylər ağır və darıxdırıcı yük kimi görünür.


      Əlbəttə, ev həyatı həmişə yaxşı olmur. Gün ərzində bir çox şeylər bizim səbrimizi imtahana çəkir və güc tələb edir. Bəzi vəziyyətləri dəyişmək iqtidarında deyilik, lakin insanın şəraitə münasibəti onu xarakterizə edir. öz prinsiplərinin idarə olunmasını və məhvə sürüklənməsini şəraitin ixtiyarına verənlər üzərlərinə düşən vəzifələri unudurlar.

      Başqalarının səbirsizlik və dözümsüzlük özündən əllərini yana saldıqları çətinliklərə mərdliklə sinə gərərək, işinizi səylə davam etdirməyə çalışırsınızsa, həm iradəniz möhkəmlənir, həm də maneələri dəf etmək təcrübəniz başqalarına da öz sözləriniz və nümunənizlə kömək etməyiniz üçün imkan yaradır. Əlverişli şəraitdə işinin öhdəsindən müvəffəqiyyətlə gələn bir çox insanların bədbəxtlik və imtahanlara düçar olan zaman xarakterləri dəyişilir; çətinliklərin sayı artdıqca, xarakter də bir o qədər korlanır. ALLAH istəmir ki, biz şəraitin qurbanlarına çevrilək. 

      Çox ərlər və uşaqlar öz evlərində cəlbedici heç nə tapmırlar və daim narazılıq kəlmələri eşidirlər, ona görə də rahatlıq və sevinci evdən kənarda axtarmağa başlayırlar. Ev qayğıları ilə məşğul qadın və ana isə hətta öz çətinlikləri və problemləri haqqında danışmasa da belə, get-gedə diqqətsiz və məhəbbət xəsisinə çevrilir. Halbuki, bu məhəbbət evi həm ər, həm də uşaqlar üçün xoş məkana çevirir. Onun başı biş-düşə, yır-yığışa qatışan müddətdə, ər və uşaqlar yad adamlar kimi gəlib gedirlər. 

      Çox analar tez-tez öz vaxtlarını lazımsız xırdalıqlara sərf edirlər. Öz hisslərini və diqqətlərini müvəqqəti, ötəri olan şeylərə həsr edərək, əbədi olan haqqında fikirləşmirlər. Nə qədər analar öz uşaqlarını diqqətdən məhrum edirlər və onlar kobud, nəzakətsiz və mədəniyyətsiz böyüyürlər!

      Gündəlik vəzifələrinizi yerinə yetirmək üçün ALLAHDAN güc və dəstək istəyin, o zaman ərinizin hörmət və etibarını qazanacaq, uşaqlarınızın ləyaqətli insan, ədalətli davranmaq əxlaqına malik olduqlarını görəcəksiniz. Bununla bərabər, bu cür imkanları əldən buraxan və öz vəzifələrini başqalarına həvalə edən analar ən sonda bu nəticəyə gələcəklər ki, cavabdehlikdən boyun qaçırmaq olmaz. Onlar acı kədər içində laqeydlik və etinasızlıqla əkdikləri toxumların bəhrəsini yığacaqlar. Bu həyatda heç nə təsadüfi baş vermir; məhsul səpilən toxuma uyğun olacaq.

0 şərh