Xoşbəxtliyin açarı | Anlayış


Bəzən elə olur ki, ailədə tərəflərdən biri ən adi bir məsələdə belə inad edir. Əslində ilk addımdan hər şeyə sərt reaksiya verməklə mövcud gərginliyi azaltmır, əksinə, artırır. Mütəxəssislər bildirirlər ki, evliliyin ilk aylarında adi bir şeyin ciddi münaqişəyə səbəb olması o qədər də nadir hal deyil.
 Ona görə də evliliyin ən azı ilk üç ili sınaq müddəti hesab olunur və statistika göstərir ki, boşanmaların 70 faizindən çoxu məhz bu mərhələdə baş verir.Yersiz qısqanclıq da ailənin təməlini sarsıdır. Əgər xanım hər gün “evə niyə gec gəldin?” “Telefonuma niyə cavab vermədin?”, “məni niyə gəzməyə aparmadın?” kimi suallarla həyat yoldaşını bezdirirsə, əlbəttə ki, qısa bir vaxtda hər şeyin təravəti itir.
Əgər kişi evə gec gəlirsə, qadının bütün şübhələrini gizlətməsi və onu gülərüzlə qarşılaması istər-istəməz öz səmərəsini verir. Araşdırmalar göstərir ki, bəzən gənc xanımlar qısqanclıqları ucbatından həyat yoldaşlarını hövsələdən çıxarır və qorxduqları sonluğu özləri gətirirlər.

2 şərh

asel
burda ancaq xanımları günahlandırmısız. bəs kişilərin günahı yoxdur boşanmalarda?
heyatin-ellerinde
Məncə evdə qalmaqalı da sevgi,hörməti də qadın yaradır.Ferqi yoxdur hansı kişi evə gəlirsə gelsin ilk istədiyi şey diqqət,qayğı,gülərüzlük görməkdir.Hər halda bunları evdə görən adam qadınına qarşı da bu cür olacaqdır.

Unutmaq lazım deyil ki,əgər həyatını kiminləsə bölürsənsə,ailə qurursansa demək ailədə baş verən hər hansı bir şeydən iki tərəf də cavabdeh olur.Mənim gördüyüm ailələrdə güzəştə daha çox qadın gedir.Amma heç də bədbəxt olmur.......Maraqlıdı