Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?

8 yaşım var idi, beşmərtəbənin altı deyilən yerdən uzaq olmayan məhlələrin birində yaşayırdıq. Dərs eləməyi çox sevməsəm də, valideyinlərimin evdəki kitabxanasında qurdalanmağı çox sevirdim. 6 yaşım olanda bibim mənə kiril əlfibası ilə yazıb, oxumağı öyrədmişdi və mənə KOROĞLU kitabını hədiyyə vermişdi. 6 yaşlı, təxəyyül və təsəvvürü elə də kifayət qədər yetişməmiş mən bütün günü bibimin dalınca düşərək ondan bir sıra sözün mənasını və çalarlarını soruşurdum, bibim isə heç vaxt məni cavabsız qoymurdu. 

Kitabla ilk tanışlığımdan sonra evdəki kitabxanadan dünyaşöhrətli İngilis yazıçısı Çarlz Dikkensin Oliver Tvsitin macəraları kitabını tapdım və qısa zamanda onu oxudum. 1 il sonra 1 ci sinifə getməyə başladım və tamamilə pərt oldum, öyrəndiyim kiril əlifbası artıq təhsil sistemindən çıxmışdı və biz artıq latin qarafikası deyilən öz əlifbamıza, Azərbaycan əlifbasına keçmişdik. Müəllim soruşdu ki, kim yazmaq bilir, mən də əlimi qaldırıb, yazıtaxtasına çıxdım. Bir iki kəlmə yazdıqdan sonra müəllim məni otuzdurdu yerimə ki, ay uşaq, bu artıq köhnə əlifbadır, işləmir.

2 Sinifin sonunda artıq Cek Londonun demək olar ki, bütün kitablarını oxuyub qurtarmışdım və artıq sovet ensiklopediyalarına girişməyə başlamışdım. «Ata bu kimdir? Bu nədir? Bu harada olub? Bu neçənci ildə olub? və s. kimi suallarla bütün günü atamın (Əslində anamın da, amma ən çox atamın, çünki atam dünya ədəbiyyatını anamdan bir az çox mütaliə etmişdi) başqulağını aparırdım, atam isə, atam isə bütün suallarıma cavab verirdi, bir dəfə də olsun suallarımı cavabsız buraxıb, » bəsdir, sonra, eee" kimi ifadələrlə məni başından etmirdi.

1994 cü ilin qışında uşaqlar məni həyətə qartopu oynamağa çağırdılar. O vaxt Stefan Sveyqin Qorxu əsərini oxumağa başlamışdım və uşaqlarla oynamağa çıxmadım. Artıq kitab eşqi məndə günü gündən artırdı, zehnimi, beynimi, əqidəmi tumarlayırdı və mən günü gündən dəyişirdim, 6, 7 yaşlarında kiçik hekayələr və şeirlər yazırdım.

uşağınızı düzgün böyüdün,onu kitaba öyrəşdirin28 yaşınadək bir sıra qəzet və jurnallarda fəaliyyət göstərmişəm, internet səhifələrində çap olunmuşam, 2005 ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olanda sevincimin həddi-hüdüdü yox idi. Sonralar bloqlar və yenə saytlar, jurnallar və qəzetlər.

Bügünki gündə də kitab oxumağı atmamışam, daima mütaliə edərək dilimi, fantaziyalarımı, yazmaq qabiliyyətimi daha da yaxşılaşdırmaq istəyirəm, kitablarda yazılan hadisələri, qəhrəmanların həyatlarını dərs kimi öyrənib nəticələri özüm özümlə müzakirə edirəm, bəzən hətta öz özümlə az qala savaşıram da. Kitab aləmi, yazı aləmi də bir lənətdir, bir bəladır. Amma yaxşı bəla, amma tərbiyə verən bəla, amma adamı dəyişən, cahillikdən humansitliyə aparan bəla. 

Dünən avtobusda gedəndə bir uşaq anasına hər dəqiqə nəsə sual verirdi anası isə bütün suallarını iqnora qoyaraq «kəs səsini, bezdim, mumla» kimi ifadələrlə uşağın sözünü ağzında qoyurdu. Yadıma atam və anam düşdü, onların mənə saatlarla danışdıqları romanlar, esselər və digər əsərlər düşdü. Anladım ki, mən nə qədər istedadlı olsaydım belə, atam və anam, bibim mənə kitab sevdirməsəydi, yazmaq sevdirməsəydi, tonlarla suallarıma vaxtı vaxtında vacab verməsəydi, kim bilir indi mən kim idim, harada idim və nə cahil əməllərlə məşqul idim, dünya aləm vecimə deyil.

Sözüm odur ki, analar və atalar (Əslində babalar da, nənələr də, əmi də dayı da və s. amma əsas ana və ata) öz övladlarına qarşı nə qədər biganə olurlarsa həmin övladların psixikasında sabah bu mütləq öz əksini tapır, övladın bir şeyə olan marağına soyqırım törədir, onları diri-diri gömür. Övladlarınızın gələcəkdə əsl insan olma haqqlarını pozmayın, övladlarınızın vətəndaşlıq haqqlarını, humanist olma imkanlarını iqnorla tələf etməyin. 

Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?

Müəllif: Rüzgar Mövsüm

Həmçinin bax: Uşağı tərbiyə haqda

4 şərh

gulwan
kitab oxumaqdan insanı çox dəyişir hər mənada məndə gecdə olsa 9cu sinifdən başlamışam kitab oxumağa (dərsdən əlavə ) həqiqətən indi fikirləşirəm mən öz yaşıdlarımdan nə qədər qabada olmuşam çünki indi onların indi oxumağa başladığı kitabaı mən illər əvvəl oxumuşam. 
gulwan
amma ədəbiyyat xadimi olmaq fikrim yoxdur oxumağı sevirəm sadəcə :)
pascal
Maraqlı və faydalı yazıdır…
imtogrul
jurnalist olmamaq, cahil olma ehtimalini artirmir