Müdrik qadınlara psixoloq məsləhəti

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.
Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsəki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.

2. SON QƏRAR QƏBUL ETMƏK ŞANSINI KIŞILƏRƏ VERIN

ağıllı qadınXüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda. Qadın daim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qoyum-əqraba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Halbuki, məlumdur ki, güclü ailəni – güclü, qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!

3. TƏNQIDDƏN UZAQ OLUN!

Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlə, düzgün hərəkətləri tə'rifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Ehtiyyatlı olun!

4. EVINIZ RAHAT VƏ SƏLIQƏLI OLSUN.

Ağır, çətin iş günündən sonra hər bir kişi rahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur, xüsusən, sevən qadın üçün!

5. ÖZ MARAQLARINIZI UNUTMAYIN!

Bəzi qadınlar evlilik zamanı yalnız, yoldaşlarının maraqları ilə yaşayırlar. Özlərini unudur, ikinci plana çəkir. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.

XOŞBƏXT OLUN!

BIR-BIRINIZI, AILƏNIZI QORUYUN!

7 şərh

Dior
Əsl Azərbaycanlı xanımı,öz ailəsinə böyük hörmət qoyur.Və belə hallarda çoxluq təşkil edir.
bloqçu

Müdrik qadın bunları onsuz da bilməlidir.


Deyilənlərlə razıyam. Amma bir şey var ki, deyirsiz ki, «Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır.» Bu fikirlə tam olaraq razılaşa bilmirəm. Qoy qalib olsun, qoy qazansın, qoy qələbə onun olsun! Bəli, qadın hər zaman maraq doğurmalıdır. Bu başqa məsələ. Amma məgər kişi bilsə ki, mənim qəlbimi, sevgimi qazanıb — bu zaman o gedib, başqa sevgi, başqa maraq axtaracaq? Belə olan halda mən o sevginin təmizliyindən, möhkəmliyindən, ümumiyyətlə sevginin özündən belə şübhə edərəm.

Fortuna
Həqiqətən müdrik qadının belə məsləhətlərə ehtiyacı yaxdur. Sizinlə razıyam. «qadın üçün ən maraqsız məxluq ram olunmuş kişidir»  bu eyni şəkildə kişilər üçündə keçərlidi. Məncə kişi qadının hansı hərəkəti edəcəyini qabaqcadan bilməməlidir. Bu hər zaman üçün nəzərdə tutulmayıb sadəcə arada belə hallar olmalıdı. Sadəcə bu hərəkətin də nə olduğunu qadın və ha kişi elə təyin etməlidi ki qalmaqal yaşanmasın.

Həm Sarışının burada nə işi var? Sarışınlar müdriklik məsələsində yaxşı imicə sahib deyirlər axı.
Xeyale
Çox bəyəndim yazını. Başa düşüləcək bir dildə gözəl, anlayışlı və doğru yol göstərən bir yazı idi. Təşəkkür edirəm
ramzes
Yazmısan ki, «tənqiddən uzaq olun», «son qərarı özünüz qəbul etməyin» bəs bu bədbəxt qadınlar nə etsin? İnsan tənqid etmirsə, dözürsə mənim sözüm yoxdur. Başqası üçün yaşayın, başqası üçün yaşamağa öyrəşmisiz(((
Emiliya_E
Salam.Bele bir sualim var:Eger qadin erine her cure diqqeti gosterirse amma qarwiliq olaraq er ona bir o qeder qaygi ve diqqet ayirmirsa o zaman ne cur hereket etmeli?
rezerv
Sualınızı mən cavablandırım deyərdim amma, bu mövzuları daha yaxşı o yolu keçmiş xanıçlarımız cavablandırar deyə düşünürəm. Əgər,həyat yoldaşınız sizin ona qarşı göstərdiyiniz diqqətdən sıxılır və qarşılıq vermirsə çalışın onu daha yaxşı tanıyasız.