Boşanma

Hər il ölkəmizdə neçə-neçə nikah bağlanır. Bu, yaxşı haldır. Lakin hər il eyni zamanda neçə-neçə boşanma hadisəsi qeydə alınır. Bu isə pis haldır. Cəmiyyətimizin, dövlətimizin mənəvi sağlamlığı, möhkəm və qudrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır. Lakin danılmaz faktdır ki, ölkəmizdə xoşbəxt, uğurlu ailələrlə yanaşı həm də uğursuz, bir növ bədbəxt ailələr də vardır. Belə ailələr çox vaxt elə qonşuluğumuzda yaşayır, onların söz-söhbətlərinin, dava-dalaşlarının hər gün şahidi oluruq. Həmin ailələrin üzvlərindən bəziləri elə öz qohumlarımızdır. Ölkəmizdə nikaha girmək üçün başlıca səbəb, həqiqətən məhəbbətdir. Lakin bəzi tədqiqatçılar nikahın sabitliyinin nikaha girmə səbəbinin xarakterindən asılılığını öyrənmiş və səbəblərinin üç əsas qrupunu müəyyənləşdirmişlər: a) məhəbbətə görə nikah; b) stereotipə görə nikah; c) niyyətə görə nikah.
boşanma,ailə ixtilaflarıBoşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Ona görə də boşanmanın səbəblərini aydınlaşdırmaq üçün, hər şeydən əvvəl ər-arvad münasibətlərində özünü büruzə verən nöqsanları aşkara çıxarmaq lazımdır.
Əvvəlcə gəlin belə bir sadə həqiqətdən başlayaq. Ailədə söz-söhbət var. Bunu hökmən qonum-qonşular bilməlidirlər? Yaxşı olmazmı ki, bu mabahisəni həmin şəxslərin özləri ikilikdə həll etsinlər. Axı bir sıra hallarda üçüncü, dördüncü və s. nəfərin müdaxilə etməsi əslində “qaş düzəltmək yerinə vurub gözü də tökür”. Lap adicə, son dərəcə əhəmiyyətsiz və xırda məsələ üstündə ər-arvadın mübahisəsi günlərlə davam edə bilər və nəhayət, ciddi şəkil ala bilər.
İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir. Onlardan ən sadələri aşağıdakılardır: vuruşub barışmaqdansa, artıq-əskik danışıb bir-birini təhqir etməkdənsə münaqişəyə başlamamaq daha asandır.
Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər – sosioloqlar və demoqraflar, psixoloq və pedaqoqlar, həkimlər və başqaları belə qiynətləndirmir, boşananların özləri də sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlayır, övladlarının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə evlərini, isti yuvalarını dağıtdıqlarını, uşaqları çətin vəziyyətə saldıqlarını çox zaman etiraf edirlər.
Lakin bir də görürsən ahəngdarlıq nə işdə, nə də evdə alınır. Xoşumuza gəlmədikdə iş yerini dəyişirik, mebeli bəyənmədikdə başqasını alırıq. Mənzili də dəyişmək mümkündür. Lakin atanın yersiz ciddiliyi, sərtliyi, kobudluğu, vasvasılığı; ananın hövsələsizliyi, deyingənliyi nə qədər həddini aşsa da, öz valideynlərini dəyişmək heç kimin ağlına gəlmir. Çünki dünyaya göz açmağımız üçün başqa heç kimə yox, məhz onlara – bu iki nəfərə borcluyuq. Onları dəyişə bilmərik və bu iki nəfər bir-biri ilə yola getməsələr də, bizə qarşı münasibətdə nə qədər sərt (hətta bəzən ədalətsiz) olsalar da, onları SEVİRİK.

4 şərh

nərgiz
2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.
Gördüyünüz kimi boşanma getdikcə artır.Bunun qarşısının alınması üçün fikirlərinizi paylaşmağınızı xahiş edirəm.
Ramil
Xoşbəxt ailə bloqunda Çoxlu sayda mövzularım var, onları oxuyub əməl edən ailədə boşanmadan söhbət gedə bilməz.
kentavr
Indiki zamanda bosanma aile qurmaqdan asandir,ona gore ki,evveller valideynler ailenin mohkemlenmesine calisirdilarsa,eksine indi budremesine daha cox calisirlar.Demirem ki,bu ovladi istememekden bas verir,xeyr heddinden cox istemekden olur bu mudaxileler........Bir de ki,ailede olan soz-sohbet valideynlere catanda bele hadiseler mutleq bas verir.Bunun qarsisini almaq ucun evin sirri evde qalmali,aileye kenar mudaxileler olmamalidir.
nərgiz
Düzdür. İndi problem olan kimi bütün Bakı bilir ki, filankəsin arvadı ərinə nə dedi və s. Sirr gərək evdə qalsın.