Gəlin və qaynana

O bu evə yeni gəlin gəlmiş, elə ilk gündən qaynanası ilə bir yerdə yaşamağa başlamışdı.Ancaq çox keçmədi ki, qaynanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi.Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qaynanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qaynanası ilə xoş davranmağı da tapşırdı.Evə qayıdan gəlin tələsik “işə başladı”. Hər gün qaynanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qaynanasının da ona münasibəti dəyişmişdi.Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi.
Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi.Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
— Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.

0 şərh