Öyrət övladına!

-Eşq ağrısı çəkmənin daha gözəl bir duyğu olduğunu öyrət övladına.

-Öz doğruları üzərində kimsənin onu mühakimə etməsinə icazə verməməsi lazım olduğunu öyrət, başqalarını da öz doğruları üzərində mühakimə etməməyi öyrət övladına.

-Öz fikirlərinə inanmanın gözəlliklərini izah et övladına.

-Həyatı sorğulamağı öyrət ona.

-Məlumatın ən böyük güc olduğunu öyrət.

-Edə bilsə bunu ən böyük qiymətə satmasını amma ürəyini və ruhunu özünə saxlaması lazım olduğunu öyrət övladına.

-Haqlı olduğu mövzuda sonuna qədər dirəşməsini öyrət və haqlı ikən dik dayanmasını öyrət övladına.

-Günün birində etdikləri deyil,etmədikləri üçün peşmançılıq duya biləcəyini öyrət.

-Sadə yaşaması lazım olduğunu öyrət,ona çay içməkdən ləzzət almağını öyrət.

-“İstəmirəm” “xeyr”deməyi öyrət ona , istədiyində isə “İstəyirəm” deməyi öyrət övladına.

-Sevdiyində isə “senə sevirəm” deyə bilməyi öyrət ona.

-Bir cins şalvar və köynəklə universiteti bitirməyi öyrət övladına.

-Sorğusuz sevməyi,əl yazısı ilə qeydlər yazmağı.

-Sevdiklərinin hec bir zaman çantada kəklik olmadığını,dostluğa sərmayə qoyması lazım olduğunu, qiymətini bilməyənlərdən uzaqlaşmasını öyrət övladına.

-İşlərin heç bir zaman bitmədiyini söylə övladına.Ən sıx zamanda belə özünə vaxt ayırması lazım oldugunu öyrət övladına.

-Amma ən çox da özünü sevməsini öyrət,özünü sevməzsə kimsənin onu sevəcəyəcəyini gözləməməsini öyrət ona.Həyatda hər şeydən çox özünün əhəmiyyətli olduğunu öyrət ona.

0 şərh