Məhəbbət sönməsin gərək!

İnsanlar bir-birlərini sevərək evlənirlər.Xoşbəxtlik,səadət və övlad xatirinə ailə qururlar.Elə isə nə üçün boşanırlar?Nəyin xatirinə vaxtilə bağlanmış nigahdan imtina edirlər?
Xalq hakimi boşanma haqqında işə baxır:
- Nə üçün ayrılmaq istəyirsiniz?
- Xasiyyətimiz tutmur,bir-birimizi daha sevmirik.O,məni başa düşmək istəmir.Kobud və xudpəsənddir.Ailə qayığısı çəkmir.Yalnız özünü düşünür.
-Bəs sən özün?(sual cəvabsız qalır).
Hər dəfə bəhanələr gətirilir.İki təzad:toy və boşanma,məhəbbət və nifrət,sevinc və kədər.

Azadlıq ən böyük nemətdir.Biz bu azdlığı başa düşür və ondan sui-istifadə etmirik.Lakin heç də hamı  şəxsi həyatda azadlığı düzgün başa düşmür və ondan ağıllı sürətdə istifadə etməyi bacarmır.Məhz bu zaman real ziddiyyət baş qaldırır;Şəxsiyyət azadlığının səviyyəsi onun mənəvi-psixoloji və estetik mədəniyyətinin səviyyəsini qabaqlayır.Bəzən ciddi səbəb olmadan nikahı pozdururlar.

Məs:İki hərfin-"Z" və "R" hərflərinin ücbatından az qala gənc ailə dağılacaqdı.Yeni doğulan körpə üçün ad seçilərkən ər-arvadın sözü düz gəlmir.Ata deyir qızın adını "Gülnar" qoyaq,ana deyir "Gülnaz"!! mübahisə uzun sürür,ər-arvad yektin rəyə gəlmirlər...Nəhayət ər-arvadının fikrini nəzərə almadan,doğum haqqında şəhadətnamədə qızın adını "Gülnar" yazdırır.Bununla mübahisə söz-söhbət daha da artır və iki hərf "R" və "Z" boşanma haqqında məsələ qaldırmaq üçün kifayət olur.Xöşbəxtlikdən halq hakimi gənc ər-arvadı başa salmağa və barışdırmağa müvəffəq olmuşdur.

Məhəbbəti mühafizə etmək, saxlamaq çətindir.Onu inkişaf etdirmək bundan da çətindir.Toya qədərki məhəbbət  pöhrədir,onun qol-qanad atması,gözəl və sağlam ağac olması üçün bu pöhrəni bəsləmək,böyütmək lazımdır.Onu böyütmək üçün bacarıq,məharət və qüvvət çatmamışdırsa,buna yalnız təəssüflənmək olar.

Müəllif-Cahandar
loading...

4 şərh

Zeyneb_Ehmedova

maraqlıdır məncə bu bloq qızları dahada düşündürər


 

ayxansevda
burada sağlam ailə anlayışı yoxdur sadəcə. Qadın həmişə evin kişisinə hörmət etməli, nədən narazıdırsa onu bildirməlidir, daha dava -dalaş salmamalıdır. Biri od olanda, biri su olar. Kişi su landan sonra daha nə oldu, heç bir qadın kişi su olarsa ona hörmət etmək istəməz. Kişi də öz hüququndan sui -istifadə etməməlidir.
cahandar
Təmamilə razıyam!!!
Old_Baku_

ayxansevda düzdür.Biri od olanda digəri su olmalıdır.İndi nədənsə Od olanda su olmağa çalışanda əksinə odu daha da alışdırır.Deyəsən indi ki suların tərkibində spirt-də var