Təhminə

Yəqin ki,çoxunuz bu filmə baxmısız.Bu film Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi adlı romanı əsasında çəkilib.Qısa xatırlatma etmək istərdim.Belə ki,Təhminə və Zaur filmin qəhrəmanlarıdır.Onlar bir birilərini sevirlər.Lakin Təhminə ərdədir.Zaurun valideynləri isə bu münasibətə qarşıdırlar.Lakin Təhminə sonradan boşanır.Zaurun ailəsi isə yenə də bu münasibətlərə qarşı çıxırlar.Bütün söz-söhbətlərə baxmayaraq,onlar bir birilərini dəlicəsinə sevirlər.Sonra isə Zaur anasının sözünə qulaq asır və ailə qurur.Təhminə isə bu hadisədən çox pis təsirlənir.Tez-tez içməyə başlayır.Serroz xəstəliyinə tutulur və dünyasını dəyişir.

Filmdə Təhminə haqqında müxtəlif şaəlar gəzir.Onun Zaurdan başqa birisi ilə münasibətdə olmasına baxmayaraq. Təhminə azad bir qadın olur.Onun çoxlu kişi dostlarının olması,bu şaələrin yaranmasına təkan verir.

Mən heç inanmaram ki,real həyatda da hər hansısa bir valideyn,Təhminə xarakterli birini öz evində gəlin obrazında görsün.

Təhminə və Zaur filmi. (Təhminə rolunda Meral Konrat)

17 şərh

fidan
Heç bir qadın istəmir. söhbət Təhminənin pis olmasında deyil. Çox adam var ki,deyir mən Təhminəyə pis gözlə baxmıram.Amma yenə də analar istəmir ki,oğlanları elə qızla ailə qursun.
Dior
Yəqin bu bizim mentalitetdən irəli gəlir.Ancaq xarici ölkələrdə belə hallara çox vaxt normal baxırlar.
2ral
Azərbaycan kinoları arasında
Ən yaxşı rejissor işi-Rasim Ocaqov
Ən yaxşı aktyor heyəti- Fəxrəddin Manafov,Meral Konrat,Zərnigar ağakişiyeva və s.
Ən yaxşı musiqi səsləndirməsi- Şopenin prelüdiyası ,instrumental hitlər,Əlvida mahnısı(Rafiq Babayev)
Ən yaxşı ssenari-Anarın Beş mərtəbəli binanın altıncı mərtəbəsi romanı
Ən yaxşı ideyası olan,sosial yükü dərin kino. Məncə film haqda bu qədər bəsdir.




Nailə_Rzayeva
Bəlkə də çoxlarına bu qəribə gələcək, amma mən hələ indiyə kimi o filmə baxmamışam. Sadəcə olaraq ssenari barədə məlumatım var və onu deyə bilərəm ki, bir çoxları o filmdə Təhminəyə haqq qazandırıb, Zaurun anasını, Zauru qınayırsa da real həyatda onların eyni hərəkətini, eyni davranışını yerinə yetirəcəklər.
HTML
Siz yarıazərbaycanlısınız:-)
Filmə orijinlda baxmaq lazımdır.Amma istəsəniz,filmə onlayn da baxa bilərsiz:
1-ci hissə
2-ci hissə
Filmdən ən maraqlı fraqmentlər isə:


Nailə_Rzayeva
Nə üçün elə düşünürsünüz ki, mən yarıazərbaycanlıyam?
IDEAL
Təhminə qəribə bir obrazdı.  Düzü mən o qadını başa düşə bilmirəm. O ki qalsın kişilər.
IDEAL
Bəlkədə müəllif özü Təhminənin psixoloji obrazında tamaşaçı üçün qaranlıq məqamlar saxlayır. Ya da bu sadəcə mənə belə gəlir.
2ral
Təhminə filmdə bir televiziyada aparıcı işləyir. Əvvəlki ərini Zaura görə atıb. Müstəqil düşünməyi bacarır. İşlədiyi adamlar yaradıcı insanlar olduğundan(televiziya işçiləri,incəsənət xadimləri) tez-tez onlarla ünsiyyətdə olur. bu da qadınların çoxunda narazılıq,bəzilərində paxıllıq,bəzilərində isə ikrah hissi yaradır(cəmi bir yaxın sirdaşı var-Mədinə).Nəzərə almaq lazımdır ki,film 90-cı illərin əvvəlllərini əks etdirir. İndi də aktual olsa da,o vaxt ailə qurmadan bir qızın bir oğlanla sevişməsi rezonans yarada biləcək ey idi. Qeyri-rəsmi nikah əvvəllər də olub,amma ekranlara çıxması məhz bu filmlə başlayıb.Məhz bu film mentalitet və insan sevgisi arasındakı konflikti göstərir.Zaur sonda birincini üstün tutur.Təhminə özü demişkən, halal süd əmmiş bir qızla ailə qurur. təhminə faciəvi obrazdır. Kimin üçünsə pis,kimin üçünsə yaxşı gələ bilər,amma insan taleyi haqda çox güxlü yazılmış faciədir.
IDEAL
Nə isə deyəsən məndə yarı Azərbaycanlıyam, tam olsaydım yəqin o qadını başa düşə bilərdim.
IDEAL
Düzü minuslardan belə görsənir ki, deyirsiz «Təhminəni başa düşmürsən elə isə get başa düşdüyün mövzuda şərh yaz»
Hər halda «bilməmək ayıb deyil, öyrənməmək ayıbdı» çalışdım sizdən nə isə öyrənim.
Dronqo

Əslində filmin sujet xəttinə oxşar hadisələrə real həyatda tez-tez rast gəlirik. Mentalitet, sterotiplər, cəmiyyət tərəfindən qəbul edilməmə qorxusu, «camaat nə deyər?» xofu və s. və i.a. Yəni, təəssüflər olsun ki, əksər hallarda məhəbbət belə müərkkəb şərtlərlə müşayiət olunur. Kim bilir, bəlkə də onun elə gözəlliyi bundadır?! Bəlkə də sevgini elə sevgi edən, onu yüksəklərə qaldıran onun imkansızlığı, əldə edilməsinin çətinliyidir?.. Lap Teomanın mahnısı yadıma düşdü. 

Sevdim seni bir kərə, başqasını sevəməm.
Dəli diyorlar bana, desinlər dəyişəməm, desinlər dəyişəməm.

Sevgi anlaşmaq deyildir, nədənsiz də sevilir, 
Bazen küçük bir an için ömür bile verilir...
  

papatürk

Heç bir ana oğlunun siqaret çəkən,araq içən,gümdə orda-burda kişilərlə mırt vuran,tanışlarının sayı çox olan(kinoda bir yer var,Təhminənin bazarda ətsatan dostları) qızla ailə qurmasını istəməz. Bu qədər məncə bəsdir.Keçək daha vacib topikləri müzakirə edək.

Mayflower
Araq içib siqaret çəkən amma səmimi qız 1000 dəfə yaxşıdır özünü ev qızı kimi göstərib 1000 oyundan çıxan «terbiyeli q;zlardan».Təhminə səmimi hər şeyi açıq deyən qızdır.Siz başa düşməzsiz belə şeyləri.
Geribe hayyat

Bilirsiz...menim fikrimce siz duz deyirsiz..cunki..adamin gelbi temiz olmalidi..ebele ev gizlari var ki..gelbleri garadi..


Ozude ne olar adamin taniwdari olanda..bu xecde o adamin terbiyyesinden xeber vermir...


MenimTehmineden xowum gelir..cunki o hisslerini gizletmir..onu bawa duwmek lazimdi...

təpəgöz
papatürk,niyə,nə qədər çox müzakirə olunsa o qədər yaxşıdır.Üstündən neçə il keçsə də yenə insanlar onu başa düşmür.Hələ də Təhminəni başa düşmürlər.
niyə kişi siqaret çəkə,araq içə,qızlarla mırt vura,tanışlarının sayı çox ola bilir,amma Təhminə yox? O insan deyil?bəlkə haqqı yoxdur?
Ferbara
Sonra bu cür mövzuya toxunan «Malena» filmi də çəkildi.