Vasitəçiliklə ailə qurmaq

"(Ey möminlər!)aranızda subay kişiləri və qadınları,əməlisaleh (yaxud evlənməyə qabil)kölə və cariyələrinizi evləndirin.Əgər onlar yoxsuldurlarsa,ALLAH öz lütfü ilə onları dövlətli edər.Allah (lütfü və mərhəməti ilə) genişdir,(hər şeyi)biləndir!"
Ən Nur-32

Əslində belə bir işin savab olduğunu bilə-bilə bu işdən çox çəkinirəm.Məsələn kimisə kiminləsə tanış etdin,bir birilərinin xoşlarına gəldilər və ailə qurdular.Sonradan xasiyyətlərinin bir birinin əksi olduğunu görəndə,yəni dəqiq desək yola getməyəndə dərhal onları bir biriləri ilə tanış edəni günahlandıracaqlar.Və deyəcəklər ki,bəs sən mənə bunu tərifləyirdin?
Halbuki insanları o qədərdə tanımaq olmur.Birdə görürsən neçə illərdir bir birilərini tanıyırlar yaxid sevirlər,amma ailə qurandan sonra hər şey bunun əksini deyir.Heç çox vaxt qohumları da tanımaq olmur.Bəzən bir ömür belə qarşındakını tanımağa yetmir.

2 şərh

IDEAL
İki sevgili yol gedir. Birdən qızın ayağı büdrəyir. 
Oğlan deyir: Can əzizim. Ürəyim düşdü. Yaxşıki heç nə olmadı. Sənə bir şey olsa mən yaşaya bilmərəm.
Sonra bu qızla oğlan nişanlanır. Yol gedəndə yenə qızın ayağı büdrəyir.
Oğlan deyir: Biz az diqqətli olda yıxılıb əzilərsən.
Daha sonra isə bu qızla oğlan evlənir. Lakin yol gedəndə yenə qızın ayağı büdrəyir.
Oğlan deyir: Korsan? Ayağının altını görmürsən?

Düzü bu lətifədə olsa həqiqət belədi. İlk başlarda insanlar bir-birlərinin səhvlərini görmür. Görsədə keçir.
Özünü nümunəvi aparmağa çalışır. Lakin sonra… Düzdü burada oğlanın qıza olan davranışının dəyişdiyinin 
şahidi oluruq. Ancaq bu hall təkcə oğlanlar üçün keçərli deyil. Yəni belə dəyişkən münasibəti hər iki tərəfdə
müşahidə etmək olur. Bu səbəbdəndə ilk başlar mehriban olsalarda, sonradan yola getmirlər.
bankir
İdeal,mövzuya aidiyyatı omasa da lətifə maraqlı idi. Xaricdə evlənmə agentlikləri olur. Xoşuna gələn oğlan ya qız haqqında yazırsan,onu bazaya doldururlar. Sonra adamı görüşdürürlər. Əgər uğurlu alınsa(evlənsələr), agentliyə pul verilir. Kifayət qədər maraqlı bir şeydir. Azərbaycanda niyə belə servislər yoxdur(vbəlkə də var,amma mən bilmirəm) ?