Рейтинг
+178.35

Xoşbəxt ailə

95 üzv, 188 topik

Ailə möhkəmliyinə zərbə vuran davranışlar

Evli cütlüklərin hər hansı problem səbəbindən mübahisə etməsi qədər normal bir şey ola bilməz. Amma tərəflər nə qədər qızğın mübahisə etsə belə, evliliyin təməlini zədələməmək üçün bəzi davranışlardan qaçmalıdırlar.

Hər mübahisə dava deyil
Hər mübahisə etdiyinizdə bunu dava olaraq qəbul etməyiniz doğru deyil. Dava zamanı mütləq qalib və məğlub tərəf olur, amma evlilik həyatındakı hər mübahisədə qələbə qazanmaq istəmək tərəflərin “qızıl orta”nı tapmasına əngəl olur ki, bu da sonda ailə həyatını zərbə altında qoyur.
Davamı →
 

Xəyanətdən sonra evliliyi necə xilas etməli?

Aldatmaq tərəfdaşınıza, sevgilinizə etmiş olduğunuz ən böyük xəyanətdir. Xüsusilə altında cinsi məzmun olan bu fakt günümüzdə insanların “heç vaxt bağışlamayacam” düşüncəsinə səbəb olur. Təqdim etdiyimiz məlumatlar sayəsində uzun bir cəhddən sonra özünüzü tərəfdaşınıza bağışlatdıra bilərsiniz.

Aldatma sonrasında bəzi cütlükər ayrılmayaraq ailələrini müxtəlif səbəblərdən davam etdirir. Bu hadisə sonra cütlər arasında müxtəlif dəyişikliklər görünür. Xüsusilə aldadılan şəxs, tərəfdaşına qarşı qərəzli davranır və ona artıq güvənmir. Lakin günümüzdə bəzi cütlər, aldatma sonrasında ailələrini təkrar xilas etmək üçün səy sərf edir.
Davamı →
 

Bir-birimizi nə qədər tanıyırıq?

Yaraladılışdan insanlar qadın və kişi olaraq fərqlidirlər. Onların arasındakı münasibətlərin sağlam olması üçün iki cinsin də qarşı tərəfin özündən fərqli olduğunu bilməsi gərəkdir. Əks təqdirdə bizim hiss etdiyimizi onun da hiss etməsini və ya bizim istədiyimizi istəməsini arzulayarıq. Bu isə nə mümkündür, nə də doğru və lazım. Çünki insanlar bir şəkildə yaradılmamışdır. Biz sevdiyimiz insana necə davranırıqsa qarşı tərəfin də bizə elə davranmasını gözləmək, yetkinləşməmiş şəxsiyyətin göstəricisidir.

Qadınlar, çox vaxt kişilərin onları dinləmədiyindən və anlamadığından şikayət edirlər.
Kadının münasibətlərdə vacib saydığı məqam, paylaşmaq və yaxınlıq hiss etməkdir. Kişilər üçün isə bacarıqlı, başçı və güclü olduğunu hiss etməsidir.
Davamı →
 

Ailədə harmoniya qadında gizlənib

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr.

Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər.

Xoşbəxtlik səndə gizlənib
Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl karyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz.
Davamı →
 

Evliliyə zərbə vuran xətalar

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər.
Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır.

— Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək

— Daim özünü yox, həyat yoldaşını günahlandırmaq

— Başqalarının yanında həyat yoldaşını təhqir etmək

— Sevgisini bəlli edə bilməmək

— Lazımlı, lazımsız daim danışmaq

— Ünsiyyət yetərsizliyi
Davamı →
 

Bal ayı


Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə?

Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir.
Davamı →
 

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Davamı →
 

Oğlu olan valideynlərə 8 məsləhət

1. Oğluna əsla gülmə
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq.

2. Suallarına hər zaman cavab verin
Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər.
Davamı →
 

Ailənin inkişafında böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;

— Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
— İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər.
Davamı →
 

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: «Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur» deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Davamı →