Рейтинг
+179.50

Xoşbəxt ailə

100 üzv, 210 topik

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər.

Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır. Təbii ki, eyni şeyi uşaq məsələsi üçün də demək olar.

Uşağı olmayan ailələri iki kateqoriyaya bölmək olar: birincisi, öz iradələri ilə uşaq sahibi olmaq istəməyən ailələr, ikincisi, bioloji səbəblərlə uşaq sahibi ola bilməyən ailələr…
Davamı →

68 illik xoşbəxt evliliyin sirləri

Yumru eynək, iri bijuteriya və parlaq dodaq boya kolleksioneri kimi tanınan 97 yaşlı məşhur moda ikonu Ayris Apfel əri ilə 68 il firavan ömür sürüb.

Ayris əri Karl Apfel ilə amasız ölüm onları ayıranadək birlikdə ömür sürüblər. Karl 101 yaşı tamam olmağa bir neçə il qalmış vəfat edib. Maraqlıdır ki, onlar 68 il ərzində bir-birinə olan sədaqət və sevgi hissini necə qoruyub saxlaya bilib.

Ayris Apfel deyir ki, uzun və xoşbəxt nikahın sirri yumor hissidir. O, hesab edir ki, yumor hissi sevgini ölməyə qoymur.
Davamı →

Evlilikdən əvvəl qarşı tərəfi niyə mütləq tanımağa çalışmalısınız?

Ən təhlükəli evliliklər “Necə olsa sevirəm!” düşüncəsi ilə başlayan evliliklərdir. Əlbəttə ki, “Tanımadığım adamla necə evlənə bilərəm?” – deyə bilərsiniz. Ancaq burada söhbət ümumi tanımaqdan yox, ətraflı tanımaqdan gedir.

Hər şeydən əvvəl unutmayın ki, evlilikdə hisslər qədər məntiq də çox vacibdir. Təkcə hisslərinizin səsinə qulaq assanız, çox asan səhvə yol verə bilərsiniz. Buna görə də evlilik üçün qərar verməyə tələsməyin. Bir-birinizi kifayət qədər tanımaq üçün kifayət qədər vaxt ayırmağa çalışın. Təbii ki, burada illərdən söhbət getmir. Bəziləri üçün bu müddət 25 gün, bəziləri üçün isə 3 ay ola bilər.
Davamı →

Ailə xoşbəxtliyi üçün 10 prinsip

İnsan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır. Elə isə, bir-birinizə sevginizi hiss etdirin. Həyat yoldaşınızın yol verdiyi xırda-para qüsurlara göz yumun.

Unutmayın ki, ailə həyatınızı sevgi və yoldaşlıq üzərində qursanız, əbədi səadətə nail ola bilərsiniz. İndi də psixoloqların ailə xoşbəxtliyi ilə bağlı müəyyən etdikləri bəzi prinsiplər barədə:

1. Qısa ayrılıqlar ailə münasibətlərini möhkəmləndirir. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb olur. Uzun ayrılıqlara yol verməyin.

2. Xoşbəxt ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz. Ancaq bu şəkildə problemlərdən uzaq ola bilərsiniz.

3. Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni yaxşılıqla bitirin.
Davamı →

Mükəmməl evliliyin sirləri

Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək…

Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır.
Davamı →

Boşanmış psixoloqdan qızıl dəyərində evlilik məsləhətləri

16 illik evliliyi boşanma ilə nəticələndi və o da, izləyicilərinə tövsiyələr etdi. Tövsiyələrində bir az peşmanlıq da hiss edilirdi. Boşanmış amerikan psixoloq Gerald Rogersin tövsiyələri izləyicilərindən minlərlə bəyənmə və rəy aldı. Gerald Rogers tövsiyələrinin bəlkə başqa münasibətlərini xilas edəcəyini düşünərək, Facebookda bunları yazdı: “Çox sevdiyim bir qadını 16 il davam edən bir evlilikdən sonra itirmiş biri olaraq sizə bəzi məsləhətlər vermək istəyirəm.” Onun bəzi tövsiyələrini sizlərə təqdim edirik:

Münasibətiniz barəsində tənbəl olmayın!
Unutmayın ki, ürək əmanət ediləcək ən vacib, ən müqəddəs xəzinə olduğu halda, o, sizi seçdi. Buna görə də münasibət barəsində qətiyyən tənbəl hərəkət etməyin. Bir münasibətdə yadınızda saxlamalı olduğunuz ilk şey nə qarşınızdakının sizə aid, nə də sizin qarşınızdakına aid olduğunuz gerçəyidir. Ona evlənmə təklif etdikdə onun ürəyinin sahibi olmaq və bunu qorumaq üçün istədiyi və layiq olduğu insan olmağa söz vermiş olursunuz.
Davamı →

Ailədə həmrəylik

Ailə ana, ata və uşaqlardan yaranan ən kiçik qurumdur. Ailələr birləşərək cəmiyyəti yaradır. Bu səbəbdən ailə cəmiyyətin təməl ünsürüdür. Cəmiyyətin xoşbəxt olması üçün ailələrin xoşbəxt olması lazımdır. Ailədə sevgi, hörmət, həmrəylik və iş bölgüsü olmalıdır.

Ailə həyatı sosial həyatın ən vacib ünsürlərindən biridir. Ailə həyatı nə qədər davamlıdırsa, uşaqlar da o qədər sağlam və özünə güvənən olaraq böyüyəcək. Həmrəylik ailə fərdlərinin hiss, düşüncə və ortaq çıxarlarda bir-birinə bağlanmasıdır. İş bölgüsü ailə mühitində görüləcək işlərin ailə üzvləri arasında bölüşdürülməsidir. Misal üçün anamız yemək hazırlayarkən süfrəni hazırlamaq və ya otağımızı yığmaq kimi.
Davamı →

Gəlin mənim süpürgəmdir!

Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir?
Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi?

Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana-gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar.
Davamı →

Cütlüklərin ən çox anlaşmazlıq yaşadığı 5 məsələ

Qısqanclıq problemi
Qısqanclıq münasibətlərin qatilidir desək, yanılmarıq. Təsadüfi deyil ki, cütlüklərin ən çox mübahisə etməsinə səbəb olan amillərdən biri məhz qısqanclıqdır. Düzdü, qısqanclıq hissi demək olar ki, hamıda var, amma bu məsələdə ifrata varmaq təhlükəli hal hesab olunur. Məsələn, həyat yoldaşınız vaxtını dostları ilə birlikdə keçirəndə ona tez-tez zəng edir və ya mesaj yazırsınızsa, bu adətinizdən əl çəkməlisiniz. Bu yöndə ən kiçik addım atmaqla dəyişikliyin əsasını qoya bilərsiniz. Əgər bunu bacarmasanız, psixoloqdan dəstək almağınız məsləhətdir.
Davamı →

Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır.

Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Davamı →