Рейтинг
+179.50

Xoşbəxt ailə

98 üzv, 201 topik

Mübahisələrdən sonra

Ailə səadəti ilə bağlı mövzumuzu davam etdirməklə xoşbəxt, ideal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yozdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik...

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq...

Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.
Ardı →

Uşaqların qorxu hissini dəf etməsi üçün bəzi tövsiyələr

Mütəxəssislər deyirlər ki, insanın yaşı artıb qabiliyyətləri inkişaf etdikcə qorxuların səbəb və məzmunu da dəyişir. Əvvəl ancaq xəyali şeylərdən qorxan uşaq, daha sonra xəstəlik, ölüm, sevdiyi insanları itirmək və s. hallardan qorxmağa başlayır. Lakin ailədə uşaqlara düzgün yanaşılarsa, müəyyən müddətdən sonra bu qorxuluq yox olar.

Uşaqlar hansı yaş dövründə nələrdən qorxurlar?
Ardı →

Ölümün izahı

Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?.. Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur.

Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər, necə deyərlər, iş işdən keçir.
Ardı →

Ailələrimiz niyə dağılır

Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun çökməsi həm də ümumi mənəvi böhrana gətirib çıxarır. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.

Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur.
Ardı →

Qadınlar nə istər...

Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq...
Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz.
Ardı →

Ailəni necə möhkəmləndirməli?

Müzəffər Baxışov: " Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər"

Gəlin qaynanasını öldürdü, iki qardaş ata mülkü üstündə bir-birini bıçaqladı, qısqanclıq zəminində ər arvadını öldürdü...Bu tip xəbərlərlə son dövrlər tez-tez rastlaşmağımızla yəqin ki, siz də razılaşarsınız. Bu, ailə-məişət zəminində törədilən cinayətlərin sayında günü-gündən artım müşahidə olunduğunu göstərir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Əvvəllər ailədə gəlinin qaynanasını, yaxud qardaşın bacısını öldürməsinin nadir hallarda şahidi olurduqsa, son dövrlər belə hadisələr tez-tez baş verir. Maraqlıdır, mütəxəssislər cəmiyyətdə get-gedə daha qabarıq formada özünü göstərən bu problemi nə ilə əlaqələndirir və çıxış yolunu nədə görür?
Ardı →

Həyat yoldaşı axtaranlara

Bu sözlərim evlənmək istəyən gənc oğlan və qızlara ünvanlanıb. Hər şeydən öncə, həyat yoldaşınızda axtardığınız xüsusiyyətlərlə bağlı konkret bir qərara gəlin. Çünki evlilik geriyə dönüşü olmayan bir mərhələdir. Təbii ki, bu hökm ailə məsələsinə baxış tərzindən, insanların dünyagörüşündən, dini — əxlaqi prinsiplərə, adət — ənənələrə əməl etmə səviyyəsindən asılıdır. Mən hadisəyə öz prizmamdan baxdığıma görə belə dedim. Təbii ki, uşaqlarını düşünmədən, onları yetim və başsız qoymaq bahasına həyat yoldaşını dəyişdirən insanlar da var aramızda, elə bil köynək dəyişirlər belə insanlar.

Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir-bir sadalayaq:
Davamı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Davamı →

Çatışmazlıqlar

… Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla, çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 — cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His — duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın…
Ardı →

Xırdaçılıq xəstəliyi

Deyirlər: " Həqiqətlər təfərrüatlarda gizlənir ". Bu fikirlə razılaşmamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil.
Məqsədim " təfərrüat " sözü ətrafında nəsə yazmaq deyil. Çalışıram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağlı xüsuslara toxunum.
Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həddindən artıq dəyər verilməsini xoşlamır. Qarşılıqlı inam və sədaqətin yetərli olacağını düşünür və məsələlərin əsas nüanslarını danışmağa və dinləməyə üstünlük verir.
Ardı →