Рейтинг
+178.35

Xoşbəxt ailə

95 üzv, 188 topik

Həyat yoldaşınız eyni zamanda iş ortağınız olarsa

Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.

İşlərinizi yatağa daşımayın...
Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.

Professional davranın...
Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olması. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər.
Ardı →
 

Uzun və xoşbəxt evliliklərin sirri

Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirri nədir? Onlar evlilik deyilən bu izdivacı necə davam etdirirlər? 

1. Eyni vaxtlarda sinirli olmayın: Bütün cütlüklər arasında mübahisələrin, anlaşılmazlıqların olması təbii haldır. Amma hər iki tərəf eyni vaxtda əsəbi olmamalıdır. Həyat yoldaşınız əsəbi olanda, siz sakit davaranmağa çalışın. Sonrakı peşmançılıq fayda verməz məsəlini yada salın və ağzınızdan çıxan hər sözə diqqət edin. Haqlı olsanız belə, sakitləşməsini və uyğun zamanı gözləyin. Belədə istəkdiklərinizi etdirmək şansınız daha da artacaq. Şirin dilin ilanı da yuvasından çıxardığını unutmayın. 

2. Bir-birinizə qışqırmayın: Mübahisədə qarşı tərəf səsinin tonunu qladırıbsa, siz sakit olmağa çalışın. Qışqırıb-bağırmaqla heçə nəyi düzəltmək olmur. Məsələnin daha çox qəlizləşməsindən başqa heç nəyə yaramaz. İki tərəf də eyni anda bir-birinə bağırıb-çığırsa sadacə səs-küy yarana bilər. Səsinizi heç bir halda qarşı tərəfə yüksəltməyin. Sevgidən əvvəl aranızdakı sayğını qoruyaraq uzun illər səadət içində yaşa bilərsiniz. 
Ardı →
 

Hər eşitdiyini danışsan...

Hər eşitdiyini danışmaq cahillikdirBəzi adamlar özlərini elə aparırlar ki, sanki hər şeyi bilirlər, ya da hər şeydən məlumatları var.

Belələri həmişə başları çıxdı-çıxmadı hər məsələyə müdaxilə etməyi xoşlayırlar. Hərdən də doğru oldu-olmadı nə eşidirlərsə, orda-burda danışmağı sevirlər. Beləliklə də, onlar özlərini ağıllı göstərməyə, həmçinin hamıdan seçilməyə çalışırlar. Yaxşı olar ki, belələri özlərinə aid olmayan işlərə girişməyələr. Ancaq nə fayda, belələri heç nəyə qulaq asmadan öz bildiklərini edirlər. Hələ, üstəlik, özlərini həmişə doğru danışan və ya haqlı bilirlər. Hətta öz məqsədlərinə nail olmaq üçün başqalarından “məharətlə” istifadə edirlər...

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana başucalığı gətirmir.

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. O mənada ki, böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə etsin ki, ondan da tərbiyə tələb etməyə haqqı olsun.

 

Kim bilir, bəlkə sabah övladınız dünya şöhrətli ədəbiyyat xadimi olacaq?

8 yaşım var idi, beşmərtəbənin altı deyilən yerdən uzaq olmayan məhlələrin birində yaşayırdıq. Dərs eləməyi çox sevməsəm də, valideyinlərimin evdəki kitabxanasında qurdalanmağı çox sevirdim. 6 yaşım olanda bibim mənə kiril əlfibası ilə yazıb, oxumağı öyrədmişdi və mənə KOROĞLU kitabını hədiyyə vermişdi. 6 yaşlı, təxəyyül və təsəvvürü elə də kifayət qədər yetişməmiş mən bütün günü bibimin dalınca düşərək ondan bir sıra sözün mənasını və çalarlarını soruşurdum, bibim isə heç vaxt məni cavabsız qoymurdu. 

Kitabla ilk tanışlığımdan sonra evdəki kitabxanadan dünyaşöhrətli İngilis yazıçısı Çarlz Dikkensin Oliver Tvsitin macəraları kitabını tapdım və qısa zamanda onu oxudum. 1 il sonra 1 ci sinifə getməyə başladım və tamamilə pərt oldum, öyrəndiyim kiril əlifbası artıq təhsil sistemindən çıxmışdı və biz artıq latin qarafikası deyilən öz əlifbamıza, Azərbaycan əlifbasına keçmişdik. Müəllim soruşdu ki, kim yazmaq bilir, mən də əlimi qaldırıb, yazıtaxtasına çıxdım. Bir iki kəlmə yazdıqdan sonra müəllim məni otuzdurdu yerimə ki, ay uşaq, bu artıq köhnə əlifbadır, işləmir.


Ardı →
 

Evliliyə zərər verən davranışlar

Xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır.

Bir atalar misalında deyildiyi kimi, “əvvəl evin içi, sonra çölü”. Amma elə insanlar da var ki, el arasında deyildiyi kimi, evə getmək onlar üçün sözün həqiqi mənasında, əzab-əziyyətdir. Bu vəziyyətin yaranmasında onları qınamaq da olar, qınamamaq da. Bəs insanları ailələrindən uzaqlaşdıran səbəblər nələrdir?

Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir. 


Ardı →
 

Böyüklərə şanlı məktub

Bir jurnalda oxuduğum, olduqca maraqlı və üslubca fərqli bir yazını sizinlə bölüşmək istəyirəm... 
“Salam!.. Mən bu salamı sizinlə ürəkdən bölüşmək, əvəzində isə sizdən səmimi bir salam almaq istəyirəm. Amma nədənsə get-gedə bu da unudulur və mən ən çox “qonaqlarımızdan” bu sözləri eşidirəm: “Qardaş gəlir, sən gözdən düşdün”. Dünən bunu ən azı 10 nəfərdən eşitdim. Atam-anam da görürlər ki, mən bu sözlərdən pis oluram. Və başlayırlar mənə təsəlli verməyə: “Qızım, narahat olma, zarafat edirlər. Heç biz səni unudarıq?” Sonra da ayaqlarımı qıdıqlayır, yanaqlarımdan öpməyə başlayırlar. Və yavaşca qulağıma pıçıldayırlar: “Səni çox sevirik, bunu yaddan çıxartma”.
Yox, yox, yaddan çıxartmıram. Əlbəttə, bilirəm atamın, anamın məni nə qədər çox sevdiyini...  Qardaşım gələndə məni yenə sevəcəklərini də bilirəm. Amma yenə də bəzən narahat oluram, bəzən də kədərlənirəm. Çünki hələ bu sözləri həzm etməmiş təzələrini eşidirəm: “Bax, indi mənə üz vermirsən, amma qardaşın gələndə səni yaddan çıxaracaqlar. Onda çox yalvararsan. Hə, indi gəl öp görüm xalanı”… Nə isə!..
Ardı →
 

Sizin də belə bir xəritəniz varmı?

Bir xəritə təsəvvür edin və o xəritə sizin xarakterinizi, hətta arzularınızı, xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz.

Sizi kədərləndirən cəhətləri düzəltdikcə arzu etdiyiniz xarakterinizə yaxınlaşmış olacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzə daha çox inanmağa başlayacaqsınız.
Ardı →
 

Evliliyiniz təhlükə qarşısındadır? | Test

Kişiyə aid isuallar: 
1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz?'
2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz?
3. Pis yatırsınız? 
4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 
5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 
6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız?
7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır?
8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz?
9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz?
10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? 
Ardı →
 

Ailə münasibətlərini necə qorumalı?

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:

Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:

1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.


Ardı →
 

Onunla kral kimi rəftar et, kraliça ol!

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı.
«Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.
Ardı →