Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 210 topik

Qadınlar nə istər...

Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq...
Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz.
Ardı →

Bizimkilər, sizinkilər...

Axşam yeməyinə hazırlaşırdılar. Zərifə süfrəni düzəldir, Xalid isə qəzetləri nəzərdən keçirirdi. Bir tərəfdən də Zərifə gülə-gülə məktəbdə uşaqların başına gələn gülməli bir hadisədən danışırdı...
Bu vaxt telefon zəng çaldı. Dəstəyi Xalid qaldırdı. Zəng edən bibisi idi. Xeyli söhbət etdilər. Xalid bibisini çox sevirdi.
Ardı →

Məhəbbət sönməsin gərək!

İnsanlar bir-birlərini sevərək evlənirlər.Xoşbəxtlik,səadət və övlad xatirinə ailə qururlar.Elə isə nə üçün boşanırlar?Nəyin xatirinə vaxtilə bağlanmış nigahdan imtina edirlər?
Xalq hakimi boşanma haqqında işə baxır:
— Nə üçün ayrılmaq istəyirsiniz?
— Xasiyyətimiz tutmur,bir-birimizi daha sevmirik.O,məni başa düşmək istəmir.Kobud və xudpəsənddir.Ailə qayığısı çəkmir.Yalnız özünü düşünür.
-Bəs sən özün?(sual cəvabsız qalır).
Ardı →

Televiziya, uşaq və ünsiyyət

Analar, ev işlərini çatdırmaq, ya da ağlayan uşağı susdurmaq üçün, ən əsan yol olaraq uşağı televiziya qarşısında oturmağı seçirlər. Beləcə, rahat-rahat qab-qacağımı yuyur, evimi silir süpürürəm deyə bildirirlər.
Atalar isə, çox gərgin və yorucu keçən gündən sonra yemək yeyib, xəbərləri və futbol oyunlarını izləməyi seçirlər.
Çox vaxt da, evdə bir dənə televiziya olması problem olur. Ata idman oyunları, ana serialları, uşaqlar da sevdikləri cigi filmləri izləmək istədikləri üçün mübahisə edirlər. Bu vəziyyətdə hamının otağına bir televiziya alınması, problemi həll etmənin ən asan yolu olaraq düşünülür. Axşamlar hamı öz otağına çəkilərək, istədiyi proqramı seyr etsə problemin həll ediləcəyi sanılır. Bu vəziyyətdə problem həll olunmuş kimi görünsə də, əslində ailə daxilində ünsiyyətin aradan qalxmış olması, çox ciddi bir problem olaraq qarşımıza çıxacaq.
Ardı →

Balaca qızın xiffəti

Balaca qız hər gün atasının şəklinə baxar, onu oxşayar və öpərdi. Necə də darıxmışdı atası üçün. Artıq iki il idi ki, atasını görmürdü. Valideynləri ayrılmışdı, amma bu balaca qızın dünyadan xəbəri yox idi. O, bilmirdi ki,əslində atası onları tərk etmişdi. Hər gün o, yenə də ümid edirdi ki, atası mütləq axşam işdən çıxıb, onu görməyə gələcəkdi.


-«Nə qəşən koftan var!» — deyə kimsə ona müraciət edəndə o, tələsik cavab verərdi:" Atam alıb!, Mənim atam!" — deyə nazlanardı. Həyətdə də öz həmyaşıdları ilə oynamazdı. Daim şeirlər deyər ,mahnılar oxuyar öz- özünə: " Atam alıb mənimçün rəngli qələm və dəftər, Kitabıma bax budur, gözəl — gözəl şəkillər..." Beləcə, bu minvalla günlər keçərdi.


Ardı →

Uşaqlar arasında münasibət

Leyla (9 yaşında): “- Ana, Xədicənin etdiyini gördünmü? Yenə də dəftərlərimi qaralamış, qələmimi qırmış, kitablarımı cırmış. Nə istəyir məndən. Artıq yetər. Nə olar, Xədicəyə bir söz söylə!..”

Usaqlar arasinda munasibet

Xədicə (6 yaşında): “- Ana, bacım mənə heç nə vermək istəmir. Mən dəftər, kitab, qələm istəyirəm. Nə üçün hər şey ilk öncə ona alınır? O da mənim əşyalarımdan istifadə edir.”


Ardı →

Qızıma məktub (Esse)

Salam, qızım.
Adətən, məktubu uzaqdan uzağa yazırlar. Sən mənim yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir döşəmənin üstündə, amma Sənə məktub yazıram. Sən ananı yaxşı tanıyırsan, ona görə yəqin  bu jestim sənə qəribə gəlməz. Çünki bilirsən ki, bir qədər, hətta çox qəribə adamam. Buna ən çox şahid olan da Sənsən.

Bütün qızların içində ilahidən bir hiss, bir duyğu, bir arzu var. Analıq duyğusu, ana olmaq arzusu. Körpə ikən qızlar gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər, sənin kimi. Mən də beləydim. Böyüdükcə bu hiss də, arzu da böyüyər, özün boyda, özündən də böyük olar. Ana olmaq istəyərsən, istəyərsən bir qızın olsun, saçlarını hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən əyninə. Çox gözəl olsun, hamının qızından gözəl, sən də qürrələnəsən, gözəl qızın anası kimi.


Ardı →

İdeal həyat yoldaşı

İdeal həyat yoldaşı olmaq elə də çətin deyil. Bir neçə tələbə riayət etməklə siz gözəl ideal həyat yoldaşı ola bilərsiniz.
1. Hər şeydən əvvəl ideal həyat yoldaşı yaxşı dostdur. O saatlarla ailəsi ilə yaxşı vaxt keçirir. Ərköyün uşaq kimi hər şeydən küsüb pis üz göstərmir.
2. Həssas, mədəni və fərasətlidir. Həyat yoldaşının danışmaq istəmədiyi mövzudan kənar gəzməyə çalışır. Bədbin deyil. Hadisələri pozitiv dəyərləndirməyi bacarır. Gülərüz olması və xoş sözləri ilə həyat yoldaşına yaşama sevinci verir.
3. Gözəl söz deməkdə comərd, pis söz deməkdə xəsis olur.
4. Həyat yoldaşını olduğu kimi qəbul edir, onu dəyişdirməyə çalışmır. Onu başqaları ilə müqayisə etmir. Dalaşmaqdansa, səbirli olmağa üstünlük verir.


Ardı →

Ailələrimiz niyə dağılır

Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun çökməsi həm də ümumi mənəvi böhrana gətirib çıxarır. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.

Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur.
Ardı →

Xəbərsiz qonaq

Zərifə axşamüstü evə qayıdanda olduqca yorğun idi. Çox gərgin bir gün keçirmişdi. Gündəlik dərsləri bir yana, üstəlik valideyn iclasında da olmuşdu. Hər valideynlə tək-tək söhbət etdiyi üçün bir tərəfdən başı, bir tərəfdən də çənəsi ağrıyırdı.
Tələsik üstünü dəyişdi. Əl-üzünü yudu. " Bəlkə bir az divanda uzanım?"- deyə ürəyindən keçirsə də, " Uzansam, yatıb qalacağam. Bir azdan Xalid də gələcək, gərək yemək hazırlayam ",-deyib fikrindən daşındı.
Ardı →