Azərbacyanda Qalstuk Və Qısa Tük


Baxıram tv-də muğam oxuyanlara.İçimdə deyirəm axı bu mahnı ilə mahnının oxuyanı nə qədər uyğunsuz durur.Çox qısa olan tüyləri ilk başda pis hisslər bəxş edir həm daranışı filan.Bir başdan da qalstuklu rəsmi geyimləri. Hərdən içimdə deyirəm bəlkə bu təkcə muğam dünyasında yaşanır və ayrı sahələrə həsr olunmur. Sonralar anlaya bildim ki sən demə millət bu tipləri bərk yaraşıqlı sanmaqdadı. Vallah mən ki şəxsən çox az tüyləri uzanmış azəri oğlan görə bildim indiyəcən. yəni daha şair, muğamçı, müqənnilər bu durumda olduğunda bir də millət necədi bilə bilmirəm. Mən ki uzaqdan Azərbaycanı seyr edirəm bir iranlı olaraq burdakı sənətçilələ ordakıları tutuşduranda bəzi maraqlı məqamlar diqqətimi cəlb edə bilir. Biraz bəlkə aşağıdakıların tüyləri uzansa eybi yox sanıram ya daha uyğun bir geyim ya da axı nə deyim ancaq hərdən bir biraz razılaşdıranlar da olur da...


Biraz müqayisə edək. yeni tanış olmaq istədiklərimizin birinin istəyi ilə..



 

8 şərh

Leyla
Siz tüy nəyə deyirsiniz?
xoxan
yəni ki hair, tük, bilmirəm niyə belə düz olar düşünmüşəm deyəsən redakta edək..ilk başda tük yazmışdım sonra özümü səhvə salmışam deyəsən .D getdikcə daha yaxşı öyrənərik da neyləmək..
bankir

cənublu soydaşımız,yaznada nöqtə-vergülü düz qoy.Cümlələri düz işlət.
Mövzu isə doğurdan da vacibdir. Muğam oxuyanın nəyinə qalstuk yaraşır? bu cəhətdən Alim Qasımovdan xoşum gəlir.O qalstuk taxmır.Amma Arif Abdullayevindən tutmuş balaca oxuyanlara kimi hamı qalstuk taxır. Ən zövqsüz hərəkət deyərdim buna.

xoxan
Doğrudu, biraz vergül baxımından özümdə bəzi düzəlişlərim olmalıdı deyəsən. həm çox yaxşı ki yalnışlarımı bildikcə düzəldəm. cümlə quruluşuna gəldikdə isə daha çox çalışmışam ki azərbaycanda işlənilən tək olsun. ancaq biraz da öz səliqəmlə qurduğum cümlələr olur da malesef.
Leyla
Qısa saç haqqında deyilənlər düzgün deyil. Muğam oxuyan uzun saç saxlamalı deyil ki? amma qalstuk barədə deyilənlər düzgündür.Ümumiyyətlə qalstuk-kostyum rəsmi-işgüzar üslubda olan insanlar üçündür(dövlət işçiləri,biznesmenlər,menecerlər).Bizdə isə onu az qala avtobus şoferi də geyinir.
xoxan
Qısa saçı bəlkə muğama çox qarışdırmaq istəmədim ancaq Həddindən qısa saçlarla qarşılaşıram Azərbaycanda və bu biraz təəccübləndirir sadecə, və həm indi məncə onları biraz da saqqal bassa idi lap yaxşı olardı .D biraz sənətçinin qılğığı da bəlkə öz sənətinə oxşamalıdı. ona görə də sanıram ki bunların saçları da geyimləri də çox uyğun deyil sənətlərinə.
pedaqoq
Maraqlıdır,bəs İranın özündə muğam oxuyanlar necə geyinir? xoxan,şəkilləri yerləşdirin baxaq.
xoxan
olsun indi redaktə edib yerləşdirərəm...