Adamın xoşuna gəlirmiş..

Azərbaycana gedənlər deyirlər ki millət bu cənab yaraşıqlı prezidentdən narazıdı ancaq mənə elə gəlmir ki o qədər də narazı qalanlar haqlı ola yəni ki mən də narazılardan narazıyam. hər dəfə tv-də inkişaf edirik deyə səslənəndə elə doğurdan da Azərbaycanı inkişafda olan ölkə kimi görürəm şəxsən. uzaqdakılar da yaxındakılar da bakını sürəkli inkişafından deyir və filan.
Baxanda Azərini belə siyasət dili kimi düzgün istifadə edir və türk ölkələri qurultayı-filanın bakıda keçirilməsinə imkanlar olur adam bilir ki türkiyədə yayılan kürd əliyevlər ideası puçdu.Təbii ki hər kəsin bəzi səhvləri də ola bilər.Sultan əliyev ya şah əliyev-ə dönmüş ola bilərlər ancaq mən çoxu zaman inanmıram ki bəzən demokrasi-filan çox hərşeyi yoluna sala.düzdü o qədər də qeyri-demokratik ölkə deyil Azərbaycan ancaq yenə jurnalistlərin hərdən tutuqlanması yaxşı bir hal deyil bəlkə.Siyasət əslində əcayib bir oyundu. kimin yaxşı kimin pis olduğunu başa düşmək olmur.dubayda ilhamın uşağının villası var və ya başqa ayrı məsələlərə bəlkə məncə keçməməli yəni pullanmağı ayıblamaq bəlkə yaxşı deyil. düzü budur ki görək sovetlərdən ayrılmış ölkələrdə nə üçün Azərbaycan çox daha önlərdə gedir. yəni buna səbəb olan amillərdən biri bəlkə türkiyənin var olması idi ancaq o qədər də türkiyəçi bir tutum xoş deyilmiş Elçibəy kimi türkçü inansların elədikləri tək. Xülasə ki bu aşağıdakı fotoşəkili görəndə dedim bu xoşlandığım şəxsiyyətdən biraz yazım. həm maraqlıdı ki ilahm bizim ölkədə iranda qadın-qızlara həsr olunan addı `.-D darıxdım daha uzaldmıram.


4 şərh

fidan
1. xoxan,qaydalarda yazılıb ki,saytda siasi mövzuda yazı yerləşdirmək olmaz
2. Yazında yenə nöqtə-vergül qoymamısan,səhvlərin də çoxdur. Amma sən bizim cənublu qardaşımızsan)) Ona görə də sənə minus vermirik,amma sən də çalış ki,yazılarını düzəldəsən. Gələn dəfə diqqətli ol.
3. Mənə xoşdur ki,bizim prezidentimiz cənubluların xoşuna gəlir))) Fəxr etdim onunla.
xoxan
1-Doğrudu ki mən də hamı kimi hər yerə üzv olanda agree düyməsini elə ocürsu birdən basıram ancaq burda qaydaların daha sərt olduğunu anlaya blirəm bəlkə yəni ilk başda  Ş və I və Ə kimi hərfləri düzgün işlədməli olduğumuzu biləndə çox sevindim doğrusu xülasə bu mövzuya gəldikdə öz içimdə sandım ki biraz qeyri-siyasi yazı tərzi ilə yazmışam yəni daha çox siyasət adamı olmaığım üçün ayrı baxış açısı ilə baxdım ona görə dedim bəlkə eyibli yazı deyil ancaq yenə sayta yaxşı olsun diyə(deyə siyasətlə ilgili fikrim olsa başqa yerlərdə yerləşdirrəm.
2.düzdü eyibləmək yazardım bəlkə ayıblamaq yerinə gərək ki `.D kötümsəmək ya pisləmək də yaxşıdı əbəttə bunu buraxaq bu yalnız bircə sözcükdü.
Əslində dil mövsusunda demək istərdim ki türk dilləri üzərində çox çalışmalarım olur addaq-buddaq(ara-sıra bu isə səbəb olur ki təkcə Azərbaycancada yazanda biraz zorlanam həm o qədər farsca ərəbcə sözcükləri aydın-aşkar yazılarda seçə bilirəm ki hərdən daha onların yerinə başqa sözcüklər də yerləşdirirəm amma çalışmıram ki yazılarım öztürkcə də olsan və sözcük düşməni olum.
İndiyəcən Vegül nöqtələri çox vaxt adam yerinə qoymamışam ona görə bu çox yaxşı olacaq mənim üçün həm ilk yazımdan bu taya bu mövzuya fikir vermişəm və daha düz olamsına çalışmışam və çalışıram.
3-Hə xoşdurmuş ))
təpəgöz
Azərbaycan prezidenti öz şəxsi keyfiyyətlərinə görə hətta MDB ölkələrinin başçılarından da üstündür. İngilis dilində tərcüməyə ehtiyac olmadan danışır. Müasirdir(şəkildə göründüyü kimi),eyni zamanda milli dəyərlərimizə hörmət edir. Bir azərbaycanlı kimi o çox yüksək səviyyəli dövlət başçısıdır.Hələ indiyə kimi onun danışığından böyük qüsur tapılmayıb. Müqayisə üçün Corc Buşu yada salmaq kifayətdir.
xoxan
+++
Amerikalılar ki heç… bu obamalarıdı o da buşları idi `.D yaxşı məqamlara toxunmsuan məncə super bir baxış...yüksək səviyyəli dövlət başçısı imiş məncə də...fikirlərimiz eyni olduğuna görə +++