Atanın mövqeyi və vəzifələri

ALLAH belə fikirləşib ki, ailə — ata, ana və uşaqlar — bu dünyada ayrılmaz tam kimi mövcud olsunlar.
Ailəni xoşbəxt etmək — təkcə ananın işi deyil. Ataların da yerinə yetirməli olduqları bəzi vəzifələr var. Kişi — ailə münasibətlərinin birləşdirici halqasıdır, o, öz güclü, səmimi, nəvazişli bağlılığı ilə möhkəm ittifaq yaradaraq, ailə üzvlərini, ananı və uşaqları birləşdirir.
 

      Kişi və ata ailənin başçısıdır. Qadın ondan məhəbbət, uşaqların tərbiyəsində iştirak və kömək gözləyir. Bu ədalətli tələbdir. Uşaqlar anaya məxsus olduqları kim, ataya da məxsusdurlar, ata da eyni dərəcədə onların yaxşı yaşaması ilə maraqlanmalıdır. Uşaqlar dəstək və rəhbərlik üçün atalarına müraciət edirlər. O, həyat haqqında düzgün təsəvvürə malik olmalı və ailəsi üçün hansı şəkildə ünsiyyətin yararlı olduğunu bilməlidir. Lakin hər şeydən əvvəl ALLAHA və Onun sözünə məhəbbət və hörmət etməlidir ki, övladlarını doşru yolla apara bilsin.

      Ata ailənin xoşbəxtliyi üçün öz əməyini əsirgəməməlidir. Qayğı və işlər nə qədər ağır olsa belə, ailənin sevincinə maneçilik törətməməlidirlər. O, evə təbəssümlə və xoş sözlərlə gəlməlidir.

        Əsl kişilik. Ata uşaq kimi yalnız coşqunluqla hərəkət etməməlidir. «Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi dərk edərdim. boya-başa çatdıqda isə körpəliyi tərk etdim». Ata özünün ailə başçısı rolunu lazımınca oynamağı bacarmalı, möhkəm xarakterə malik olmalı və özünü ələ almağı bacarmalıdır. Onun ailə həyatındakı davranışı əxlaqi prinsiplərlə idarə olunmalıdır. Ailəsini saxlamaq üçün əlindən gələni edərək, əməksevərliyi özündə inkişaf etdirməlidir. Bu, qadınında ona qarşı hörmət hissini artırar.

      Kişi öz kişiliyini ailə başçısı mövqeyini möhkəmlətməklə sübuta yetirmir. Öz avtoritetini saxlamaq üçün daim Müqəddəs Kİtabdan sitat gətirməsi ona qarşı hörməti heç də artırmır. Öz qadınından, uşaqlarının anasından onun planlarına uyğun hərəkət etməyi tələb etmək, öz planlarının səhvsiz olduğunu düşünmək heç də onun kişiliyinin səviyyəsini yüksəltmir. ALLAH kişini qadına başçı təyin etmişdir ki, hər zaman onun müdafiəsində dursun. Lakin ALLAH öz avtoritetini müdriklik və mərhəmətdə izhar edir. Kişi də öz mövqeyini bu şəkildə saxlamalıdır.

 

7 şərh

Vahid-M
Ata ikinci ALLAHDIR.
tarixci1919
Çox sağ olun əməyə görə, yaxşı ata olmaq üçün əvvəl yaxşı insan olmaq lazımdır. «Life is beautiful» adlı filmı çox sevirəm. Orda əsl atanın övladına münasibəti göstərilib. Allah buyurmuşdur ki, Ən rahat qapıdan Behiştə getmək istəyən şəxs öz valideynlərinin rəğbətini qazanmalıdır. Allah qatında ailə münasbətləri çox dəyərlidir. 
Ramil
Şərhə görə minnətdaram. Əlbəttə ki, əvvəlcə yaxşı insan olmalıyıq ki, valideynlik borclarımızı layiqincə yerinə yetirə bilək.
Mesihci
Çox sağol fikrinə görə, xoşuma gəldi. Amma sitatı haradan yazıldığını qeyd etsən dahada xeyirli olardı. ( məs." Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi dərk edərdim. boya-başa çatdıqda isə körpəliyi tərk etdim"). 
Ramil
Məsihçi olduğunuzçün bu sizi cəlb edib. Sorğuda yazmışam. Yelena Qarmon Uayt-ın «Xoşbəxt ailənin sirləri». Təşəkkürlər.
asel
 O, evə təbəssümlə və xoş sözlərlə gəlməlidir.- unutmalı deyil ki, ondan qayğı gözləyən uşaqları, ailəsi var
Ramil
Diqqətlə oxuduğunuza görə minnətdaram.