Qadın haqları

İslam dinində qadın və kişiyə insan yönümündən yanaşılır. 

Bu barədə Nisa surəsinin 32-ci ayəsində yazılır: 

“ Allahın birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandiqlarından öz payı vardır “.
Və yaxud Ali-İmran surəsinin 195-ci ayəsində oxuyuruq: “İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız bir-birinizdənsiniz”. Təsadüfi deyil ki, Peyğəmbərimiz (s.ə.s) dünyadan köçən zaman vida xütbəsində buyurmuşdur: “Allahdan qorxun. Sizin qadınlarınız üzərində haqqınız olduğu kimi, qadınların da sizin üzərinizdə haqqı vardır”. Göründüyü kimi, qadınla kişinin hüquqları bərabərləşdirilir.Vaxtilə ərəblər yeni doğulan qız uşağını diri-diri torpağa basdırırdılar. Ərəb kişilərinə “Qızın olmuşdur“ xəbərini verəndə baş götürüb qaçmağa yer axtarırdı. Lakin İslam bunu aradan qaldırdı. Bu haqda Tekvir surəsində qeyd olunur. Görün, Rəsulullah həmin qayda ilə əlaqədar nə deyib: “Qızlarınızdan üz çevirməkdən qorxun. Mən qızların atasıyam”.

Əli Fatiməni istədiyi zaman Peyğəmbərimiz (s.ə.s) əvvəlcə qızının buna razı olub-olmadığını oyrənmişdir. Bu da İslamda qadına necə qiymət verildiyini göstərir. Qadının həyatı heç də evlə məhdudlaşmır. Hər bir qadın ərinin razılığı ilə cəmiyyətin ictimai-siyasi həyatında iştirak edə, bizneslə də məşğul ola bilər. Məlumdur ki, Peyğəmbərimizin (s.ə.s) həyat yoldaşı Xədicə özü ticarətlə məşğul olmuşdur. Həzrəti Məhəmməd (s.ə.s) buyurur: “Qadını dörd şeyə görə alarlar. Mal-dövlətinə, şan-şohrətinə, gözəlliyinə və dininə görə. Sən isə dindar qadın axtar”.

Bir sözlə,  istər kişi, istərsə də qadın daim bir-biri ilə anlaşmağa və yaxşı işlər görməyə çalışmalıdırlar. Nəhil surəsinin 97-ci ayəsində yazıldığı kimi: “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik".

 

 

5 şərh

Ramil
ALLAH TƏALA belə buyurmuşdur: «Ailədə, qadın kişiyə tabedir, amma mənə tabe olan kimi». Qadınlara hörmət bizim ALLAH qarşısında ən ümdə borcumuzdur.
asel
təşəkkürlər qadınlar barədə belə fikirdə olduğunuza görə
Ramil
ALLAH belə istədi, belə də gözəl oldu.
asel
Allah razı olsun
BaRLeLiTa
Çox təəsüf ki,bügün ki,gündədə çox az saylı olsada qız övladının doğulmasına qarşı çıxan atalar var.Bir şeyi unudurlar ki,övladın qızı da oğlanıda Allah tərəfindən bizə bağışlanan bir hədiyyədir.Bu yaxınlarda bir kitab oxumuşdum orda qız övladı doğulan atadan söhbət açmışdı yazıçı,sevib ailə həyatı quran iki gəncin övladı olur qız övladı,ata ilk günnən buna qarşı cıxmır,lakin dostları və əhatəsində olan tanışları körpə yeni doğulan qızını öldürməyə təhrik edirlər(qız övladına qarşı nalayiq sözlər işlədirlər və.s.),ata onlara qarşı çıxsada beynində ürəyində o fikirləri düşünür,nəticəsidə onların haqqlı olması olur.Əsas da biz digrələrin fikirlərini hərşeydən önəmli sayırıq,haqqlı və ya haqqsız olsalar bələ,çöldəkilərin təsiri bizə nədənsə qalib gəlir.Çalışaq hər verilən nemətimizə,hər açılan səhərimizə şükr edək ki,Allah bizdən üz döndərməsin..Asel əllərinə sağlıq topikə görə