Evlilik haqqında bilinməyən faktlar

Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zamana ixtiyar verin. Çünki zaman çox şeyləri bəyan edir.

Ailə qurmağa hazırlaşanlar bəlkə də elə düşünürlər ki, evləndikdən sonra onlar günün 24 saatını bir-birlərinə həsr edəcəklər? Bu fikirdə olanlar yanlışlığa yol verirlər.

Ekspertlərin qənaətinə görə ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla 4 dəqiqədən 40 dəqiqəyə qədər vaxt ayıra bilirlər.

Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət minimum həddə, 4 dəqiqəyə düşür. Nəzərə alsaq ki, işdən sonra ev işləri, televizor, internet və ya qonaq qəbul etmək kimi vaxtı əridən məsələlər də var, ekspertlərin rəyi ilə razılaşmaq olar. Odur ki, bəri başdan elə düşünməyin ki, ailə quracağınız adam bütün gününü sizə həsr edəcək.

Aparılmış tədqiqatlar və sorğular nəticəsində məlum olub ki, 81 faiz ailələr tam müstəqil yaşayırlar və onların ailə işlərinə heç kim qarışmır. Digər ailələrdə isə yaşam tərzi fərqlidir, yəni valideynlərin, qohumların, dostların, rəfiqələrin ailə işlərinə müdaxiləsi var. Müstəqil yaşayan cütlüklər özlərini daha xoşbəxt sayırlar.

Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir. Və çox maralı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.

Bir çox qadınlar öz nikahlarını o zaman xoşbəxt və uğurlu sayırlar ki, ev işlərində bölgü cütlük arasında bərabər bölünür.

Aparılmış sorğular nəticəsində belə bir fakt meydana çıxıb ki, ailədə ilk övlad dünyaya gəldikdən sonra cütlüyün bir-birlərinə qarşı marağı xeyli azalır.

Nikahla bağlı maraqlı məlumatlardan biri də təhsillə bağlıdır. Təhsilə meylli, əhalisinin daha çox hissəsinin təhsil aldığı ölkələrdə insanlar daha gec ailə həyatı qururlar. Təhsildən, oxumaqdan uzaq olanlar isə daha gənc, hətta yeniyetmə yaşlarında evlənirlər.

Statistik göstəricilərə görə boşanma hallarının 60 faizi evliliyin ilk yeddi ilində baş verir.
Övladı olmayan ailələrdə boşanma halları övladı olan ailələrdən daha çoxdur.
Ailəli insanların ömrü tək və subay insanların ömründən uzun olur.
Hər 13 saniyədən bir dünyada bir nikah pozulur.
49 yaş ilk nigah üçün kritik yaş sayılır.
Özündən 7-9 yaş kişik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.
Boşanma hallarından sonra cütlüklərdə yaranan stress ağır xəstəliklərin baş vermə ehtimalını bir neçə dəfə artırır. Odur ki, evlənməmişdən əvvəl seçiminizdə yanılmayın, evlənəndə tələsməyin.

gencaile.az

0 şərh