Sizə bir məktub var...

Hansı kollecin məzunu olmaq istəyərsiniz?
Atanız ananız sizə hansı marka kompyuter alsın?
O biri sinifə keçsəniz kameralı mobil telefonumu istəyirsiniz?
Aman ha məktəbinizdəki balet kursuna davam edin..
Kollec formalarınız neçə növ olsun?
Məktəb avtobusunuz gec gəlsə hirslənərdinizmi? Amma doğurdan da.. Siz nə anlayarsınız , şam işığıyla səhər açanlardan..
Sizə bir məktub var! yoxsulluqdan məktəbə gedə bilməyib, divarlarda yazı yazanlardan.. 

Bu gün hansı mağazanı gəzmək istəyərdiniz?
Vitrindəki paltarlardan neçə dənəsini alacaqsınız?
Ayaqqabınızla çantanız eyni rəng olmalıdır elə deyilmi?
Yoxsa sizə gülərlərmi eyni paltarı hər gün geyinsəniz?
Aman ha axşamkı serialı unutmayın.
Yoxsa sabah nə danışarsınız rəfiqələrinizlə? Amma doğurdan da.. siz nə anlayarsınız bir yamağı üçə bölənlərdən?
Sizə bir məktub var! Qış günü paltarsız ölənlərdən..

 

 

2 şərh

BaKiNeC

Elhemdulillah.Heqiqeten insansa tesiredici sozlerdi.Wekile baxanda inan adamin ureyi sizlayir agridan.Buna gunumuze Cox ve cox Wukurler olsun ALLAHA.Her an ALLAHA Wukur edek ki aglimizi bawimizdan almasin.Getdiyimiz yolu duz secek.Sonrada pewmanciliq olmasin.Onsuzda dunya mali dunyada qalandi.Hec kim ozuyle hec ne apara bilmeyecek!!!Bilmirsen hec 2metr kefen qismetin olacaq ya yox...ALLAHin nezeri ustumuzden eskik olmasin.AMIN.

Nailə_Qasarayeva

Görəsən niyə biri varlı, digəri isə yoxsuldur?
Görəsən niyə bu qədər bərabərsizlik var?
...
Bəlkə də, onlar üçün mükafat o dünyadadır.