Atanın oğluna nəsihəti

Oğul sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz. N. Gəncəvi
Oğul, indi sənə deyəcəyim sözləri yaxşı dinlə və gələcəkdə ailə başçısı olduğun zaman qarşındakı insanın səndən nə gözlədiyini və nə istədiyini anlamaq üçün nəsihətlərimi yadda saxla. Onları heç vaxt unutma.

1. Evindən çıxan zaman həyat yoldaşına Allaha əmanət ol deyərək çıx. Onu hər bir zaman əzizlə.
2. Onun pəncərənin arxasında duraraq, yolunu gözlətmə vaxtında səni gözləyənlərin yanına qayıt.
3. Bayırda yediklərindən evinə də gətir.
4. Həyat yoldaşının nöqsanlarını başqalarının yanında söyləmə. Əksinə hər kəsin yanında onun ən gözəl xüsusiyyətləri barədə danış. Təklikdə olarkən şirin dillə ona başa salmağa çalış. Yoldaşının qürurunu alçaltma.
5. Ailəni pulsuz buraxma, onları heç kimə möhtac etmə.6. İnadkar olma. Çünki ailə həyatı sadəcə sənin istəklərindən ibarət deyil.
7. İş hayatındakı çətinlikləri ozünlə bərabər evə gətirmə. Səni sevənləri və sənin yolunu səbirsizliklə gözləyənləri həmişə sevindir.8. "Hər necə olsa, evləndim" şəklində düşünərək xarici görünüşünü unutma. Qadınlar gözəlliyə və zərafətə hər zaman heyran olurlar.
8. Toya məclisinə və ya gəzintiyə həyat yoldaşınla bərabər get.
9. Evinə gəldiyin zaman onu salamla, gülərüzlü ol ki, evdəkilər də sənin gəldiyinə sevinsin. 
10. Evini Quransız elmsiz ve namazsız qoyma! Səhər namazına qalxdığın zaman evdəkiləri də qaldır ki Allah Təalanın rəhmət və bərəkəti gün boyunca sizinlə olsun.



11. Çalışqan ol. Qısqanc ol. Ancaq onu bezdirəcəkə və ailə həyatınıza gərginlik gətirəcək qədər ifrata varma. Sevdiyin qadında nöqsan axtarmaqla məşğul olma!
12. İnsaflı ol; yoldaşının gücünün çatmayacağı şeyləri ondan istəmə. Lazım gəldiyində ona kömək etməyə hazır ol. Ev işlərinə qarışma. Ancaq evdəki səliqə-səhmanı da pozma. Ev qadının kiçik dünyasıdır və o, ev işlərini səndən daha yaxşı bilir.
13. Qərar verərkən həyat yoldaşınla məsləhətləşməyi unutma!
14. Onun gözləmədiyi anda xoş surpriz edərək onu sevidir. İstəmədən incitmisənsə, könlünü al. 
15. Axirətini heç bir zaman unutma.16. Heç bir vaxt unutma ki az olan halal qazanc çox olan haram qazancdan daha savabdır. Haram tikə yemə yoldaşına və uşaqlarına da yedirtmə.

Həmçinin bax:  Ata-analara nəsihət , Tərbiyənin iki forması

3 şərh

Ferbara
Çox təşəkkür edirəm. Burda təkcə oğula yox, ümumiyyətlə, övlada lazım olan dəyərli məsləhətlər var. 
P.S. Məqalə yayda yerləşdirildiyindən deyəsən heç baxan olmayıb. :)
rustam_aLiyev

2. Onun pəncərənin arxasında duraraq, yolunu gözlətmə vaxtında səni gözləyənlərin yanına qayıt.


bunu izah edində zəhmət olmazsa xahiş edirəm başım qarışdıye

Ferbara
Yəni evə vaxtında gəl. Cümlə bir az qarışıqdı. Onu (onun yox)… gözlətmə.