Adamlıq dini I Evlilik psixologiyası

Yəqin ki artıq çoxlarına söhbətin nədən gedəcəyi təxminən aydındır. Ümumiyyətlə götürsək adamlıq dinində bu evlilik dövrü gənc qız və oğlanın müəyyən bir yaşa gəlib şatması ilə başlayır ilə. Uzun müddətdən bəri gözləyən ata və ana  uşaqlarının evliliyini, toyunu və necə deyərlər xoşbəxtliyini  görmək və illərlə verdikləri əməklərin qarşılığını tədricən almaq istəyirlər.  Ancaq ümumiyyətlə adamlıq dininin evlilikləri uşaqların özlərinin tanış olması ilə olmaz. Bu həmdə  ata və ana müəyyən yaşa gəlmiş uşağının evlənməyinin vacib olduğunu düşündüyündən  bunu həyata keçirmək üçün bir çox üsullardan istifadə edir. Əgər uşaqlar evlənəcəyi adamı seçə bilmirlərsə bu zaman işi ailələri, qohumları və dostları öz öhdələrinə götürürlər.
qoy gənclərimiz xoşbəxt olsunArtıq evlilik üçün süni görüşlər və tanışlıqlar təşkil edilir. Bu görüşləri düzüb-qoşan, hər yerdə bilinən və tanınan ustaları vardır. Ətrafda gəncləri tanışdıran məşhur, ümumiyyətlə yaşı ötmüş bəzi şəxslər vaxtlarını özlərinə uyğun mədəniyyətdə, zənginlikdə, gözəllikdə və mühitdə yaşayan gəncləri axtarmaqla keçirirlər. Demək olar ki, hər ailənin belə bir böyüyü, ya da tanışı vardır. Evlilik dövrü beləcə başlamış olur. Tanışlıq mərhələsi başa çatdıqdan sonra iki tərəf də bir-birlərini ailələrinin onlara öyrətdiyi süzgəclərdən keçirməyə başlayır. Nəhayət ailəsinin uşaqlıqdan bəri onun üçün xərclədiyi zaman və imkanın qarşılığını onlara vermə vaxtı gəlib çatmışdır. Yaxşı bir evlilik həm ətrafındakı insanlar, həm özü, həm də ailəsi üçün lazımlı və şərtdir. Tanış olandan sonra əgər hər iki tərəf də bir-birlərinin yaşadığı mühiti, ictimai statusunu, paltarının markasını, ya da avtomobilini bir-birlərinə uyğun hesab etmişsə, tanışlıqdan sonra bir yemək və görüş təyin edilir.

Bu görüşmə üçün paltar bəyənmə müddəti olduqca uzundur. İki tərəf də gün ərzində bu görüşmədə nə geyinəcəyini düşünür. Hətta ailənin  və yoldaşların da fikirləri soruşulur və nə geyiniləcəyinə belə qərar verilir. İki tərəfi də evliliyə razı salmaq üçün o qədər uzun bir zaman lazım olmur. Qadın kişinin onu dolandıracağı qənaətinə gəlirsə evlənir. Kişi də qadının onu iş və ya ictimai mühitində  yaxşı təmsil edəcəyinə, yanında yaxşı görünəcəyinə əmin olarsa rahatlıqla evlənir. Nişan qərarlaşdırılır. Nişan  görüşmənin cəmiyyət tərəfindən qəbul edilmiş halıdır. Səmimiyyətsizlik ilk başdan hadisənin ən diqqətə çarpan xüsusiyyətidir. Oğlan aldığı çiçəklərlə, hədiyyələrlə qız və ailəsinə göstəriş edərək özünü varlı və cömərd göstərməyə çalışır. Çünki qızla evlənə bilməsi onun zənginlik imiciylə bağlıdır. Bu dövrdə pul xərcləməkdən çəkinilmir, çünki sərf edilən pul gələcəkdə  iki tərəfə də ev, pul, paltar, prestij və s. olaraq artıqlaması ilə geri dönəcəkdir. Ailə çox qısa zamanda gələcək kürəkən haqqında hamının fikirlərini öyrənməyə başlayır.


Əsl məqsəd  ətrafdakılar tərəfindən bəyənilən bir adam olub-olmadığını bilməkdir. Gələcək kürəkənin gəlir səviyyəsi, malı-mülkü haqqında məlumat əldə edilərək ətrafa bildirilir. Əgər maddi vəziyyəti yaxşıdırsa xarici görünüşü və əxlaqı o qədər əhəmiyyət daşımır. Bundan sonra ailələr görüşməyə başlayır. Bu görüşmə bir növ alış-veriş görüşməsidir. Qızın ailəsi qızlarının qarşılığında nə alacağını hesablayırlar. Bu birbaşa olaraq pul olmasa belə prestij, şan-şöhrət, ev, mebel kimi bir qarşılıqdır. Qərar verildikdən sonra nişan üçün pul yığılmağa başlanılır. Qıza hədiyyələr alınır. Nişanı qız tərəfi edir. Qarşılığında böyük toy gözləyirlər. Hansı tərəfin bu iş üçün nə qədər pul xərcləyəcəyi əvvəlcədən təyin olunmuşdur. Toydakı içkilərə qədər hansı tərəfin nəyi öz öhdəsinə götürəcəyi müəyyən edilir. Ailənin maddi vəziyyəti xərci qarşılamağa çatmasa belə ailə borc alaraq, ya da nə isə sataraq bunu şübhəsiz boynuna götürür. Qarşı tərəfə pulsuz görünməmək bu qısa müddət ərzində çox əhəmiyyətlidir. Hər iki tərəfin də yaxınları pul ödəmədən yeyib-içib əylənmək üçün nişanın edilməsini səbrsizliklə gözləyirlər. Lakin, bir tərəfdən də gəlin və kürəkənə qızıl taxmaq, hədiyyə almaq lazım olduğu üçün bunun çətinliyini yaşayarlar. "Ən ucuz hədiyyəni necə ala bilərik?" problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı qızıl taxar, yaxşı ailə dostu kimi davranarlar. Adamlıq dininin evlilik mərasimlərinə baxıldığında, dünya həyatının hiyləli bəzəyi olan göstəriş etmək marağı və insanların razılığını axtarmaq xəstəliyi ən çox müşahidə ediləndir. Ailələrin nişan, toy kimi təmtəraqlı mərasimlər təşkil etmələrindəki əsas məqsəd  göstəriş etməkdir. Məsələn cehiz göstərmək  günündə bütün qonşular evə çağırılır. Cehizlər dosta, qonşuya, hər kəsə nümayiş etdirilir. Qonaqlar isə ümumiyyətlə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə qayıtdıqdan sonra necə də pis, işə yaramaz şeylər alındığı haqqında dedi-qodu edirlər.
Həmçinin bax:
Toydan əvvəl fikirləşin

0 şərh