Bu sadə “riyazi düstur” əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda da sizin yaxşı valideyn olma statusunuza birbaşa təsir edir. Çünki həyat yoldaşınızı xoşbəxt edən, ona sevinc və hüzur verən davranışlarınız həm də övladınızı xoşbəxt etməkdədir.
Qadın kişi arasındakı emosional bağ, həssasiyyət uşaq –valideyn arasında da eynilə yaşanmaqdadır. Belə ki, günün sonunda bir araya gələn cütlüklər bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri anlayıb paylaşa bilirlərsə, birlikdə əylənməyi, xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər. Çünki bu elə bil bağdır ki , uşaq hələ dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur.
Bu aura ilə yoğrulur psixologiyası, şüuraltısı. Böyüdükcə problemlər çıxmırmı? Əlbətdəki çıxır,uşaq fərd ,şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin bu cür ailələrdə problemlər daha asanlıqla,daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin,ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyüyən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.
Ardı →