Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Uşaqları sevməyimizin sirri

İllər öncə yaşadığım kirayə evin nəm çəkən divarları arasında ağlıma belə bir fikir gəlmişdi: “Həyat var olmaq uğrunda bütün növ canlılar arasında təşkil olunmuş qaçış turniridir”.

Məncə, insan şüurunun ən üstün xüsusiyyətlərindən biri də sual vermək qabiliyyətidir. Şüursuz olaraq qoynuna atıldığımız təbiətdə, şüurlu olaraq yaratdığımız cəmiyyətdə əldə etdiyimiz, yaratdığımız nə varsa, bunlar hamısı öncə beynimizdə formalaşdırıb, daha sonra axtarışına çıxdığımız sualların nəticəsidir. İnsanın düşünməyə başladığı andan etibarən özünə və ətrafındakılara verdiyi ilk sual da budur:
 

Davamı →

Evliliklərdə ən çox rast gəlinən boşanma səbəbləri

Heç bir cütlük boşanma düşüncəsiylə evlənməsə belə boşanma da evlilik kimi təbii haldır. Bəzən illər, bəzən də evlilikdən qısa müddət sonra əmələ gələn dəyişmələr cütlüklər tərəfindən istənilməyə bilər. Son zamanlarda evlənənlər arasında boşananların sayı getdikcə artmaqdadır. İşlər necə bu həddə çatır, ən çox rast gəlinən boşanma səbəbləri hansılardır?

Davamı →

Qaynana olmağa hazırsınızmı?

llərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.

Davamı →

Bütün oğruların-doğruların ilk beşiyi

Bizdə də doğru tərbiyə formaları var, lakin biz daha çox uşaq başı aldatmaqla məşğuluq
llər öncə Yasamalın məhəlləarası ərazilərindən birində gəzişirdim. Qarşıda gənc bir rus qadın, yanındakı 5-6 yaşlarındakı oğlan uşağı ilə yol gedirdi. Birdən uşaq yandakı yarıtikili hasarın üstünə çıxaraq, qadına paralel şəkildə addımlamağa başladı.
Mən tez irəli atılaraq uşağı aşağı düşürmək istədim, amma qadın əli mənə «müdaxilə etmə» işarəsi verdi və sonra uşağa tərəf çevrildi: «Oğlum, hasar qarşıda daha da hündürləşir, bir qədərdən sonra sən oradan düşə bilməyəcəksən, məcbur atlanacaqsan, o zaman da xəsarət alacaqsan».

Davamı →

Ailəvi yeməyin əhəmiyyəti

Ailəvi yemək adi yığıncaq deyil. Bu, öz hisslərini ifadə etmək fürsətidir: mən sizi sevirəm, siz mənim üçün qiymətlisiz, mən sizinlə vaxt keçirtmək istəyirəm.
Dadlı yeməyi hamı sevir. Amma çoxdandır ki, əksəriyyət səhər, nahar və şam yeməyində süfrə başına yığışmaq ənənəsini unudub. Kimsə işdən gec çıxır, kiminsə teatr kursunda və ya idman zalında məşğələsi var var və s.
Davamı →

Qaynananızla yola getmirsinizsə

İstər dünyada, istərsə də, ölkəmizdə qaynana-gəlin problemləri hər zaman ən çox müzakirə olunan ailədaxili problemlərdəndir. Bu məsələnin həlli yolları da mütamadi olaraq araşdırılır, ancaq çıxış yolunu tapmaq mümkün olmayıb. Amma yenə də ən doğrusu bu mövzuda mütəxəssis rəyinə müraciət etməkdir. Beləliklə, psixoloq Arzu Cavadovanın tövsiyələrini təqdim edirik. Bu məsləhətlər daha rahat və daha sakit bir həyatın təminatıdır.
Davamı →

Xoşbəxt ailə həyatının sirrləri

1) Davamlı ünsiyyətdə olun
Təbii ki, həyat yoldaşınız heç də hər zaman sizin ürəyinizdən keçənləri müəyyən edə bilməz. Məsələn, niyə əsəbi olduğunuzu, nə etmək istədiyinizi, nəyə ehtiyacınız olduğunu açıqlamırsınızsa, həyat yoldaşınızın prosesləri təxmin etməsi heç də asan olmayacaq. Problerinizi, duyğularınızı, istəklərinizi dilə gətirməklə, kəsintisiz ünsiyyətdə olmaqla xoşbəxt evliliyə doğru ilk addımı atmış olarsınız.

Davamı →

Xoşbəxt münasibətlərin əsas əlaməti nədir

Britaniyalı illüzionist Derren Braun uzun illərdir ki, xoşbəxtliyin fəlsəfəsini və psixologiyasını öyrənir. O hesab edir ki, hər birimiz öz həyatımızı yaxşılığa doğru dəyişə bilərik.Təsəvvür edin ki, çayın bir sahilində dayanmısız və sizə o biri sahilə keçmək lazımdır.Yanınızda azarkeşləriniz var və onlar sizə ürək-dirək verirlər. Siz qərarlı bir şəkildə suya girir, amma suyun axınını nəzərə almağı unudursuz.Və bütün cəhdlərinizə baxmayaraq axına güc gələ bilmirsiz. Qarşı sahilə çıxanda görürsüz ki, nəzərdə tutduğunuz yerdən xeyli aralıdasız.
Davamı →

Necə edək ki, kişilər xəyanət etməsin

Kişilərin zərif cinsin nümayəndələrinə nisbətən daha güclü olduğu deyilsə də, əslində kişilər qadınlarla münasibətdə çox zəifdirlər.
Gözəl qadın gördüyü zaman həmin qadından başqa bir şey haqqında düşünmək, ona baxmamaq hər kişinin hünəri deyil. Hələki o gözəl qadın həmin kişi ilə az da olsa maraqlandığını hiss etdirərəsə, kişi bunu özü üçün bir mesaj kimi qəbul edir və qadınla münasibət qurmayana kimi ondan əl çəkmir. Kişilərin çoxu xarici görünüşə aldanır.
Davamı →