Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

İlk Məktəb

      Rəbb öz müdrikliyi ilə ailəni ən böyük tərbiyəverici qüvvə kimi təyin etmişdi. Uşağın təhsili ailədən başlamalıdır. Bu, onun ilk məktəbidir. Burada valideyn — müəllimləri birgə əməyilə o, bütün gələcək həyatını idarə edəcək dərsləri — diqqət, itaət, hörmət, təmkin kimi dərsləri öyrənməlidir. Ailənin tərbiyəvi təsiri xeyirə və şərə yol açan əsas qüvvədir. Bir çox hallarda o, gizli aramla, lakin düzgün istiqamətdə gedir və həqiqətin təsdiqində əsaslı qüvvəyə çevrilir.


Ardı →

Ailədə birliyi necə qorumalı

Hər bir ailə — yad həmlələrdən qorunması lazım olan müqəddəs yer, qaladır. Ər və arvad bir-birləri üçün hər şey olmalıdırlar. Qadın başqaları ilə bölüşdüyü sirləri ərindən gizli saxlamalı deyil, eləcə də kişinin yad adamlarla danışdığı, lakin arvadından gizli saxladığı sirri olmamalıdır. Ərinin çatışmayan cəhətləri qadının, qadının çatışmayan cəhətləri isə, ərinin ürəyində dəfn olunmalıdır. həyat yoldaşları heç vaxt qarşı tərəfin qəlbinə toxuna biləcək zarafatlara yol verməməlidirlər. Ər və arvad hətta zarafatla da olsa, bir-biri haqqında tanışlara şikayətlənməməlidirlər, çünki bu, tamamilə zarafatyana görünsə də hər iki tərəf üçün xoşagəlməz hal yarada, hətta onları yadlaşdıra bilər
Davamı →

Valideyn olmaq

      Uşaqsız ev — boş evdir. Onun sakinlərinin qarşısında eqoistləşmək, şəxsi asudəliklərinin qayğısına daha çox qalmaq və yalnız öz arzuları və mənfəətləri üçün çalışmaq kimi qorxulu təhlükələr durur. Onlar ətrafdakılara az, özlərinə isə çox diqqət yetirirlər.

      Şəraitdən və xasiyyətdən asılı olaraq müxtəlif şəkildə baş qaldıran eqoizm hər vəchlə aradan qaldırılmalıdır. Ailədə uşaqlar dünyaya gələrkən, böyüklərin şüuru onları özlərindən imtina edərək, uşaqların qayğısına qalmağa, onları doğru yola yönəltməyə və onlar üçün nümunə olmağa təhrik edir. İki ailə quran şəxsin övladı yoxdursa, səbr, təmkin və həqiqi məhəbbəti inkişaf etdirmək bir qədər çətindir.


Ardı →

Ev

      Bizim evimiz — bizim qalamız və sığınacağımızdır, zor hücumlardan müdafiəmiz və istirahət yerimizdir.

      İlk valideyinlərimizin yaşadıqları ilk ev onların uşaqları hər tərəfə yayılan və yer üzərini dolduran zaman onlar üçün nümunə olmalı idi. ALLAHIN öz əli ilə bəzədiyi bu ev təmtəraqlı saraya bənzəmirdi. İnsanlar təmtəraqlı və bahalı əşyaları görəndə sevinirlər və öz əllərinin işlərilə fəxr edirlər: lakin ALLAH Adəmi bağda yerləşdirdi. Bura onun evi idi. Mavi səma onun evinin örtüyü idi: ətirli çiçəklər və yaşıl otlarla örtülmüş yer döşəməsi idi: gözəl ağacların sıx yarpaqları onun çadırı idi. Cənnətdəki evin divarları gözəl, dəbdəbəli idi və Böyük Ustanın Əlləri ilə gözəl bəzədilmişdi. Bu, bütün dövrlərdə insanlar üçün bir dərs olmalıdır ki, xoşbəxtlik qürur və ya dəbdəbə sayəsində deyil, ALLAHIN Öz yaratdığı vasitəsilə Onunla ünsiyyətdən əldə edilə bilər.

      Təbiətə yaxınlıq. Şəhər həyatı yalançı dəyərlər və süni yaradılmış müvəqqəti şeylərlə doludur.


Ardı →

Düşünmək üçün suallar

      «Sözlə və dillə deyil, əməllə və həqiqətlə sevək».

       1. Hansı səbəbdən özünüzü sevimli insan hiss edirsiniz?

       2. Həyat yoldaşımın özünü sevimli insan hiss etməsi üçün nə edirəm?

       3. Həyat yoldaşınızın özünü sevimli insan hiss etməsi üçün bu həftə edə biləcəyiniz şeyləri sadalayın.

       4. Öz həyat yoldaşınıza sevginizi bəyan etmək üçün istifadə edə biləcəyiniz bir neçə yeni söz yazın.

       Əgər mümkünsə bu suallara həyat yoldaşınızla birlikdə cavab verin, sonra isə bu sualları müzakirə edin.

       Ailə həyatında uğur qazanmaq üçün əlimdən gələni etmək üçün nə dərəcədə hazıram?


Davamı →

Məhəbbət və əməkdaşlıq

      Rəbbin Ruhunun olduğu yerdə nigah münasibətlərinin uyğunsuzluğundan söhbət gedə bilməz.

      Həyat maraqlarını birləşdirən iki şəxs tamamilə fərqli xarakterə malikdirlər. Toydan sonra onlar əvvəllər etmədikləri vəzifələri yerinə yetirməlidirlər.

      Müqəddəs Kitab göstərir ki, ailənin başçısı kişidir: «Qadınlar, ərlərinizə tabe olun». Əgər verilmiş əmr yalnız bu sözlərlə qurtarsa idi, onda qadınların vəziyyətinə həsəd aparmağa dəyməzdi. Lakin əmrdə bu sözlər də verilmişdir: «Rəbbə tabe olur kimi...».


Ardı →

Üç məsləhət

Öz qadınına necə sevinc bəxş etməli?

1. Gül-çiçək mağazasına girin və bir buket qızılgül, yaxud başqa çiçəklərdən alın. Çiçəklərin arasına «Səni düşündüm və ürəyimdən keçdi ki, səni nə qədər çox sevdiyimi söyləyim» sözləri yazılmış açıqca qoyun və buketi qapının kandarında və ya nahar vaxtı təqdim edin.


Ardı →

Vacib qərar

        Ailə-bizim sığınacağımız və trampilinimizdir. Ondan təkan alaraq, biz yeni zirvələri fəth edə bilərik.

      Əgər nigahınızın toydan sonra acınacaqlı vəziyyətə düşməsini istəmirsinizsə, onda bu məsələ haqqında yubanmadan ciddi və ətraflı şəkildə düşünməlisiniz. Qadının əri kimi heç bir kəs onun xoşbəxtliyini əlindən ala və həyatını dözülməz edə bilməz: öz qadını kimi heç bir qadın kişinin ümid və arzularını heçə endirə, qüvvəsini əlindən ala və onun nüfuzunu və nailiyyətlərini yox dərəcəsinə endirə bilməz. Bir çox qadınlar və kişilər bütün müvəffəqiyyətlərinin və uğursuzluqlarının başlanğıcını nigah günündən başlayaraq hesablayırlar, gələcəyə ümidlərini bu günlə bağlayırlar. Nigah — sizin indiki və gələcək həyatınıza böyük təsir göstərən qeyri-adi bir məvhumdur.


Ardı →

Evdəki rahatlıq

Xoşbəxt ailə — həmişə qısa görünən uzun söhbətdir.

      Valideyinlər öz övladlarının gələcək xoşbəxtliyinin və maraqlarının qayğısına qalmaqla bərabər, həm də öz ailə ocaqlarını mümkün qədər cəlbedici bir yerə çevirməlidirlər. Bu, hansısa ev əşyalarının alınmasından və ya pul yığmaqdan daha vacibdir. Ailədə sevinc kasadlığı hiss olunmamalıdır. Ailə ilə bağlı hisslər uşaqların ürəklərində həmişə qorunub saxlanmalıdır ki, onlar uşaqlıq vaxtlarının keçdiyi evi səmada olduğu kimi — sülh və xoşbəxtliyin hökm sürdüyü bir yer kimi xatırlasınlar. Onda onlar yetkin yetkin yaşa çatanda valideyinlərinə dəstək və təsəlli olacaqlar.

      Yer üzündə ən rahat yer. Ev övladlar üçün yer üzündə ən rahat yerə çevrilməli və bu yerdə ən çox cəlb edən şey ananın varlığı olmalıdır. Uşaqlar — həssas, sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu qədər, qəlblərinə toxunmaq da asandır. Analar mülayim rəftarla, sözlərlə və əməllərlə öz sevgilərini nümayiş etdirərək, övladlarının ürəklərini ələ ala bilərlər.


Ardı →

Sizin nigahınız məhəbbət və çiçəklərlə doludurmu?

      Bu sualların ətrafında düşünün. Səmimi cavablarınız ailə həyatınızdakı real vəziyyəti aydınlaşdırmağa kömək edəcək.

      1. Həyat yoldaşınız həqiqətənmi sizin ən yaxşı dostunuzdur?

      2. Ünsiyyət zamanı aranızı kəsən sədlərin mövcudluğuna yol verirsinizmi?

          * Həyat yoldaşım öz hissləri haqqında danışarkən, onu diqqətlə dinləyir və gözlərinə baxırammı?


Ardı →