Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Doğru kişi və Doğru qadın

Bir neçə il əvvəl bir qatarla yol gedərkən yanımdakı kresloda oturan bir adamın üzüyünü sağ əlinin işarə barmağına taxdığını gördüm. Biganə qala bilməyib 'Cənab, evlilik üzüyünüzü səhv barmağınıza taxmısınız dedim'. Kişi üzünü mənə dönərək;
'Çünki səhv qadınla evlənmişəm' deyə cavab verdi. Bu anda maraqlı bir sual çıxır ortaya:
Yaxşı, Görəsən bu adam doğru adam idi mi? Yəni adamın səhv qadını doğru adamla mı evli idi. Topiki yazarkən altından xətt çəkərək vurğulamaq istədiyim ilk məqam budu: hər şeyə rəğmən 'doğru kişi «və» doğru qadın «olmanın mütləq bir yolu var. „Səhv seçilmiş bir insana, doğru insanmış kimi davransanız nəticədə doğru insanla evlənmiş olarsınız… Doğru seçilmiş bir insanla evləndiyiniz halda səhv davranırsınızsa, deməli səhv bir evliliyə imza atıbsınız. DOĞRU İNSAN OLMAQ doğru insanla evlənməkdən çox daha əhəmiyyətlidir. Əl Qərəz, evlənmək üçün, doğru mu yoxsa səhv yoldaş mı seçməyiniz — tamamilə sizdən bağlıdır. “
Ardı →

Ailə sevinci

Hegel deyirdi: “İki müxtəlif cinsin nümayəndəsi arasında nikah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ttifaqdır”.
Təbii ki, bu ittifaq – ailənin əsasını təşkil edən nikah qarşılıqlı sevgi və inam hissinə arxalandıqda daha möhkəm olur. Ailə də öz növbəsində sağlam olmalıdır ki, cəmiyyət də sağlam olsun.
Psixoloqlara görə ailə xoşbəxtliyinin səkkiz şərti var. Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini belə təsnifatlara ayırıblar.
Davamı →

Boşanma prosesi

Boşanma prosesi gözlədiyinizdən də ağır keçmişdirsə, depressiya həftələr, aylar və hətta illərlə davam edə bilər.
Depressiyanın yaranması səbəbləri çox zaman ondadır ki, boşanma istər- istəməz həyatınızı dəyişir, üstünüzə «boşanmış» və ya «tənha» yarlığını asır. Boşanmadan sonra ətrafdakılar sizi başqa cür qavramağa başlayır. Bəzi qadınlara yeni həyata başlamaq üçün qüvvə tapmaq çox çətindir. Keçmiş ər ilə yerinə yetirməyə vərdiş etdiyiniz sadə, gündəlik işlər — misal üçün, mağazaya getmək — yaşanmış faciəni xatırlada bilər.
Böyüklər boşanma ilə barışsalar da, uşaqlar valideynlərinin ayrılmasını tədricən bilsələr, yaxşıdır. Boşanmadan sonra, əvvəllər olduğu kimi, həyat yoldaşınız ilə uşaqlar barədə söhbət etməyinizin mümkün olmadığına vərdiş etmək çətindir.
Davamı →

Uşağı tərbiyələndirmək üçün qaydalar

Uşağı düzgün tərbiyə etmək böyük elmdir, onların gələcəyi isə  valideyinlərin  elmi biliyindən aslıdır. Ona görə də əgər siz, xoşbəxt, müstəqil, özünə inamlı uşaq tərbiyə etmək istəyirsinizsə,  öz məsuliyyətinizi dərk etməli və  valideyin hüquqlarınızdan sərt istifadə etməməlisiz. Unutmayın ki, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək əsas vəzifəmizdir.   
Beləliklə sizə tərbiyənin əsas prinsiplərini özündə birləşdirən 9 qayda təqdim edirik.
Davamı →

Miras bölgüsü

Əgər dünyasını dəyişən qadın övladsız olarsa, malının yarısı ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər dünyasını dəyişən qadının ərindən və ya başqa ərindən övladı olarsa, malının dörddəbiri ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər kişi övladsız olarsa, malının dörddəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər.
Ardı →

Anama yaxşı bax, Ata!

Ata, anama yaxşı bax, olar ? 
Məndən sənə övlad vəsiyyətidir; ata, anama yaxşı bax! 

Axşam həyəcanla televizora baxarkən sən anama bax. 
Olub bitənləri, yaşanmışları görəcəksən onun uşaq baxışlarında; 
Yaşatdığın xatirələri, yaşada bilmədiklərini, sənə həsr etdiyi böyük bir ömrü görəcəksən baxışlarında..

Axşamlar gec gələndə yeyə bilmədiyi tikələri görəcəksən, boğazında qalan.. 
Sən əsəbləşməyəsın deyə, sın yatdıqdan sonra qonşulara gedişlərini, bizim ağzımızı yumduğunu, ürəyinin ağızına gəldiyi vaxyları görəcəksən. 
Davamı →

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.

Müasirlik ənənəviliyə qarşı


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır.
Davamı →

Adınız sizə nə deyir?

“Adını mən qoydum, yaşını Allah versin”. Yəqin ki, bu ifadəni eşitməyən az adam tapılar. “Dədə Qorqud” dastanından sitat gətirməkdə məqsədimiz var. Deyirlər, körpəyə qoyulan ad gələcəkdə onun xarakterinin, hətta taleyinin formalaşmasına təsir edir. Məlumdur ki, insan doğulandan sonra, hətta hələ ana bətnində ikən onun valideynləri və yaxınları arasında gələcək körpənin adı ətrafında mübahisələr başlayır. Qız olsa,… oğlan olsa… Nəhayət, “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar.
Davamı →

Uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil.
Ardı →