Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Bal ayı


Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə?

Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir.
Davamı →

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Davamı →

Oğlu olan valideynlərə 8 məsləhət

1. Oğluna əsla gülmə
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq.

2. Suallarına hər zaman cavab verin
Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər.
Davamı →

Ailənin inkişafında böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;

— Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
— İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər.
Davamı →

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: «Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur» deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Davamı →

Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları


Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.

Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Davamı →

Övladınıza paylaşmağı öyrədin


Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?

Körpəlikdən övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn, yemək verərkən “biri sənin olsun, biri mənim”, paltar alarkən “ birini sənə alaq, birini qardaşına” və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn, paltar alarkən “Gəl, birini sənə alaq birini qardaşına. Qardaşın üçün hansını bəyənirsən?”, Oyuncaq seçərkən “Birini özün üçün, birini qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.
Davamı →

Valideynlərə 35 məsləhət

1. Uşağın suallarına səbrlə və doğru cavab verin.
2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.
3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın.
4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.
5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.
Davamı →

Atanın peşmançılığı

«Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.
Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: „Salamat qal, ata!“, mən isə üz-gözümü turşudaraq deyərdim: »Çiyinlərini düz tut!"
Davamı →

Ailənin psixoloji iqlimi

Əgər ailəni insan mənəvi və psixoloji baxımdan rahatlıq, dinclik tapdığı yer kimi qəbil etsək, o (ailə), böyük hərflə yazılmalı olan Evdir. “Ailə” və “ev” sinonim kimi insanların şüuruna həkk olunub. Biz ailə deyəndə evimizi, evimiz deyəndə ailəmizi düşünürük.
Tərkibinə, həyat tərzinə, maraqlarına və bu maraqları ödəmə imkanlarına görə bir-birindən fərqlənən ailənin çox müxtəlif tipləri vardır. Bundan başqa, ailənin hər bir üzvü öz maraq dairəsinə, adət və zövqlərə, estetik və gözəllik haqqında özəl təsəvvürlərə malikdir. Yaşla bağlı dəyişikliklər və fərqlər insanın öz evinə, mənzildə yaşama şəraitinə verdiyi tələblərdə əlavə təshihlər aparmasına səbəb olur.Evdə psixoloji iqlimin hökm sürməsi üçün ailə üzvləri arasında psixoloji uyuşma mövcud olmalıdır.
Davamı →