Рейтинг
+179.50

Xoşbəxt ailə

101 üzv, 214 topik

Ananın düşüncələri

Artıq oğlu böyümüşdü. Dörd yaşına az qalmışdı. İllərin necə sürətlə keçdiyinə məəttəl qalmışdı. Axı, necə belə ola bilər. Hələ dörd il bundan əvvəl bu uşaq bu dünyada yox idi. İndi isə artıq böyüyüb, öz istəkləri və arzular var. Artıq heç nə tək ondan asılı deyil. İndi dünyaya gəlişi ilə onu dünyanın ən xöşbəxt insanına çevirən bu kiçik varlıq məsum gözləri ilə ona baxır:" Ana, anaaa, yaxşı da gəl, öyrət mənə sürməyi"- deyə onu səsləyirdi. O, bu təmiz, bulaq gözü kimi saf gözlərə baxmaqdan doymazdı. Bu gözlərdə elə bir istilik və sevgi duyurdu ki, bunu heç bir söz ilə izhar etmək mümkün deyildi.


Ardı →

Tərbiyənin iki forması

«Uşaq kimdi ki, sözümdən çıxsın, nə vaxt böyüyər onda baxarıq», «Uşaq ananı idarə edir, belə tərbiyə olar?», «Uşağa sözü bir dəfə deyərlər, on dəfə yox», «Uşaq ananı saymır, böyüyəndə heç adam yerinə qoymayaca, bunun axırı  nə olacaq?» və s bu tipli məzzəmətli sözlərlə qarşılaşmamış olmazsınız.
Lakin əslində bunun bir səbəbi var. Hər kəs uşaqlıqda necə tərbiyə olunubsa , gələcəkdə  öz uşaqlarını elə də tərbiyə edir. Əgər uşaqlıqda döyülə -döyülə tərbiyə alıbsa, başqa metod bilmədiyi üçün, təbii ki, elə bu üsula da müraciət edəcək. Yox, əksinə sevgi ilə tərbiyə alıbsa, balasını məhəbbətlə böyüdəcək. Meydana sual çıxır — Deməli, balasını döyürsə sevmir, bəyəm? Əlbəttə, yox, hər valideyn körpəsini sevir, onun yolunda hər şeyə hazırdı, Hər kəs balası üçün çalışır, onlar üçün yaşayır.


Ardı →

Ərə getmək problemi

Giriş əvəzi: ABŞ sakinləri arasında aparılan sorğu göstərib ki, 18 yaşında ərə getmiş qızın sonrakı 10 il ərzində ailəsinin dağılma ehtimalı 49% çoxdur. Ailə quran zaman qızın 19 yaşı tamam olubsa, bu risk 40%-dir. Alimlər əmindir ki, qız nə qədər gec ailə qurarsa, nikahın möhkəm olması ehtimalı da o qədər yüksəkdir.
Deməli, ərə getmək üçün ən ideal yaş 25 müəyyən edilib. Bu zaman sonrakı 10 ildə nikahın dağılma ehtimalı 29%-dir. 35-39 yaşlarında ərə getmiş qadının ailəsinin dağılma riski isə cəmi 5% təşkil edir.
Ardı →

Uşaq tərbiyəsi.Eqoist uşaq

Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?”, “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək, öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O, istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini, ikincini, üçüncünü də.


Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına, dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli, bacarıqlı uşaqdı”, bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.


Ardı →

Ailəni necə möhkəmləndirməli?

Müzəffər Baxışov: " Ailədaxili münaqişələr istər qadının ərinə qarşı, istərsə də ərin qadına qarşı zorakılığına gətirib çıxara bilər"

Gəlin qaynanasını öldürdü, iki qardaş ata mülkü üstündə bir-birini bıçaqladı, qısqanclıq zəminində ər arvadını öldürdü...Bu tip xəbərlərlə son dövrlər tez-tez rastlaşmağımızla yəqin ki, siz də razılaşarsınız. Bu, ailə-məişət zəminində törədilən cinayətlərin sayında günü-gündən artım müşahidə olunduğunu göstərir. Bir neçə il əvvəl nadir hallarda baş verən cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Əvvəllər ailədə gəlinin qaynanasını, yaxud qardaşın bacısını öldürməsinin nadir hallarda şahidi olurduqsa, son dövrlər belə hadisələr tez-tez baş verir. Maraqlıdır, mütəxəssislər cəmiyyətdə get-gedə daha qabarıq formada özünü göstərən bu problemi nə ilə əlaqələndirir və çıxış yolunu nədə görür?
Ardı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Davamı →

Kişi necə olmamalıdır

Bir çox ailələrdə müxtəlif yaşlı uşaqlar böyüyür, onların bəziləri ananın diqqətindən və müdrik nəsihətlərindən əlavə, atanın daha tələbkar, eyni zamanda da dostcasına münasibətinə də ehtiyacı var. Çox az atalar buna əhəmiyyət veririlər. Onlar öz borclarını yerinə yetirməkdən boyun qaçıraraq, bu yükü anaların üzərinə qoyurlar.

Bununla belə, özlərinin verdikləri qiymətə əsaslanaraq, qadınları tənqid etmək hüququna malik olduqlarını iddia edirlər.
Ardı →

Bir Evdə...

Bir evdə gözəlliyə səbəb olan: UYĞUNLAŞMADIR.
Bir evdə uyğunlaşmaya səbəb olan  : QARŞILIQLI ANLAYIŞ VƏ GÜZƏŞTDİR.
Bir evdə qarşılıqlı anlayış və güzəştə səbəb olan: BAĞLILIQDIR.
Bir evdə bağlılığa səbəb olan:  SEVGİDİR.
Bir evdə sevgiyə səbəb olan: UŞAQLARDIR
Bir evdə uşaqların var olmasına səbəb: SƏDAQƏTDİR.
Və ən nəhayət
Bir evdə sədaqətə səbəb olan AXTARDIĞIN İNSANLA YAŞAMAQLA BƏRABƏR AXTARILAN İNSAN OLMAQDIR...

Bunlara nail olmusansa inanki, bu dünyada ən VARLI və ən XOŞBƏXT insan SƏNSƏN.

P.S Xahiş olunur digər sayt və paylaşım səhifələrində yayımlanarkən müəllif hüquqlarına hörmətlə yanaşılsın. Əməyə hörmət edək…
Davamı →

Demək, etmək, göstərmək.

Əminəm ki, bir çox valideynləri belə bir sual düşündürür: «Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?» ( Məs: uşağa «evə gəl » deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s). Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir. Bəs necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın? 


Ardı →

Ailədə yaradılmış mühit

Yaxşı münasibətlər üzərində qurulmuş ailə-həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl məktəbdir.

      Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə-millətin ürəyidir. Ölkənin gələcək rifahı, yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə, müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyüyəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq.  Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır.


Ardı →