Sərxoş Bukovski

Sərxoş olmaq gözəldir — İçmək çox həssas şeydir. Sizi gündəlik rejiminizdən çıxarır. Sizi bədəninizdən və zehninizdən uzaqlaşdırıb divara vurur. İçkinin intiharın bir növü hesab edirəm, yeganə fərq odur ki, sabahı gün yenidən geri qayıdıb başlamaq fürsətiniz var. Özünüzü öldürüb yenidən doğulmaq kimi. Deyəsən mən indiyə qədər 10, ya da 15 min həyat yaşamışam.

— Pivəni atmayın. Pivə axan qandır. Pivə ədəbi sevgilidir.

— Deyəsən içməyə ehtiyacım var – Əslində, hamı içir, amma səbəbini bilmir.

— İçki aldığım dükanları tez-tez dəyişdirirəm. Çünki gecə və gündüz çox içki alanda satıcılar sizi yadda saxlayır. Bir müddət sonra onların mənim nə vaxt öləcəyimlə maraqlandıqlarını düşünməyə başlayıram. Bəlkə də belə bir şey fikirləşmirlər. Amma bir adam ilin 300 gününü “paxmel” olursa, paranoyaklaşa bilər.

— Özümə içki süzəndə içki aludəliyi haqda düşündüm. Pis hadisə baş veribsə, unutmaq üçün içirik; yaxşı hadisə baş veribsə, qeyd etmək üçün; yox, əgər heç nə baş verməyibsə, nəyinsə baş verməsi üçün içirik.

— Sərxoş olmaq gözəldir. Sərxoş olmağı həmişə sevirəm. Sərxoş olmaq sizi dəqiq olan hər şeydən uzaqlaşdırır və sonra artıq özünüzə qarşı dəqiq ola bilmirsiniz.

— Necə yəni? Alkoqol müalicəsindən sonra da içməyə təşəbbüs göstərdiyinizi deyirsiniz? İçməyə ən çox ehtiyacınız olan vaxt elə o vaxtdır.

— İndi yeni siqaretlər yandırıb daha çox içki süzürəm. Gözəl mübarizə idi, hələ də elədir.

0 şərh