Elif Şafak Prustun suallarına cavab verir

Marsel PrustMarsel Prust 13 yaşı olanda bir “xatirə dəftəri” alıb içindəki sualları cavablandıraraq bir dostuna ad günü hədiyyəsi kimi verib. 20 yaşında olanda Prust bu suallara bir daha cavab yazıb. 7 ildə cavabları çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapılıb və çap edilib. Hətta bir neçə il əvvəl yazıçının tərtib etdiyi xatirə dəftərinin vərəqlərinin əsli Parisdə hərraca çıxarılıb və 120 min avroya satılıb.  Sualların indiki şəklə salınmasına isə Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Elif Şafaq Prustun suallarına cavab verir.

— Sizi ən çox həyəcanlandırana bilər?
— Qışqırıq.

— Harada yaşamaq istərdiniz?
— Yollarda, köç vəziyyətində.

— Yaşaya biləcəyiniz ən xoşbəxt an hansıdır?
— Hələ yaşamamışam.

— Hansı səhvləri gülərüzlə qarşılaya bilərsiniz?
— Eşqlə bağlı səhvlər.

— Ən sevdiyiniz kişi obrazı hansıdır?
— “Səfillər”in qəhrəmanı Jan Valjan.

— Ən sevdiyiniz qabın obrazı hansıdır?
— Betti Blu. (“Sabah 37,2 °C" fransız filminin qəhrəmanı-red.)

— Qəhrəmanınız kimdir?
— Şəms! Ən sevdiyim tarixi obraz Mövlanə Cəlaləddin Ruminin qarşısına çıxan Şəms! Rusiyadan Avvakum, Rasputin. Osmanlıdan Bəkri Mustafa. Ömər Xəyyam. Bundan əlavə Martin Lüter Kinq, Sezar Çavez, Emiliano Zapata.

— Real həyatdakı sevimli qadın qəhrəmanınız kimdir?
— Anam.

— Ən sevdiyiniz rəssam kimdir?
— Qara qələm.

— Ən sevdiyiniz musiqiçi kimdir?
— Mayls Devis.

— Kişidə ən sevdiyiniz xüsusiyyət hansıdır?Elif Şafak
— Sirlilik (Türkcədə: Əsrar).

— Qadında ən sevdiyiniz xüsusiyyət hansıdır?
— Sirlilik (Türkcədə: Əsrar).

— Ən sevdiyiniz məziyyət hansıdır?
— Xəyalların gücü.

— Sizi ən çox xoşbəxt edən iş nədir?
— Yazmaq.

— Kimin yerində olmaq istərdiniz?
— Özümün.

— Dostlarınızda hansı xüsusiyyətlərin olmağını istərdiniz?
— Dostluq.

— Ən başlıca çatışmazlığınız nədir?
— Səbirsizlik.

— Pis cəhətiniz nədir?
— “Starbucks” qəhvəsinə aludəliyim.

— Ən sevdiyiniz rəng hansıdır?
— Sarı, qara və bənövşəyi.  

— Ən sevdiyiniz çiçək hansıdır?
— Nərgiz.

— Ən sevdiyiniz quş hansıdır?
— Bayquş.

— Ən sevdiyiniz yazıçı kimdir?
— Edqar Alan Po.

— Ən sevdiyiniz şair kimdir?
— Şeyx Qalib.

— Tarixdə ən sevmədiyiniz obraz hansıdır?
— Elton Con (tarix sayılır).

— Ən çox xoşladığınız xüsusiyyət hansıdır?
— İnanc!

— Necə ölmək istərdiniz?
— Donaraq.

— Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
— Daha çox xaos!

— Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?
— Xaotik!

3 şərh

Ferbara
Ortaq cavablarımız var. Mən də yol getməyi xoşlayıram. Nərgiz gülü ən sevdiyimdi. Donaraq ölmək də pis olmaz. :)
azadmamedov90
hec dexli yox idi cavablarin. mence insan ozu ozune vermelidir cavablari… bu heyata seni baglayan nedir, ve meqsedin nedir…
Ferbara
Elədir, amma bu sualların cavabı başqası üçündü. Prust bu sualları dostu üçün tərtib eləmişdi. Yəqin ki, cavabların əksəriyyətində dostunun adını yazmışdı. :)