Böyük yazıçıların son sözləri

Dünyayla hərə bir cürə vidalaşır. Bu insanlar həyata göz yumublar, ancaq ölüm ayağında onların dedikləri sözlər tarixdə qalıb. 

Müəlliflərin son sözləri onların pərəstişkarları arasında tez-tez mübahisə mövzusuna çevrilir — bu sözlərdə gələcək nəsillərə bir vəsiyyət, dərin mənalar axtaranlar da var, onları xəstə sayıqlamaları kimi qəbul edənlər də…. 

E. HeminqueyHeminquey
“Gecən xeyrə qalsın, mənim pişiyim”- Qadınına dediyi son sözlər

A.S.Puşkin
“Nəfəs ala bilmirəm, ürəyim sıxılır...”

A. A. Blok
“Rusiya məni yedi, necə ki, axmaq donuz öz balasını yeyir»

A. P. Çexov
“Çoxdandır ki, şampan şərabı içmirəm. Ich sterbe”

 C. Ostin
“Ölümdən savayı heç nə istəmirəm”

Edqar Po
“İlahi, mənim bədbəxt ruhuma kömək elə”

Jarri
“Mən ölürəm. Xahiş edirəm… mənə diş çöpü gətirin"

M. Tven
“Görüşənədək, əgər bir daha görüşəcəyiksə»- Qızına dediyi son sözlər

L. N. Tolstoy
“Bəs kəndlilər… Kəndlilər necə ölürlər?”

Bernard Şou
“Ölmək asandır, güldürmək çətindir”

C. Coys
“Yəni dogrudanmı heç kəs başa düşmür?”

 M. M. Zoşşenko
“Vaxtında ölmək lazımdır” Charles Dickens

F. İ. Tütçev
“Fikrini çatdırmaq üçün söz tapammırsan, bilirsiniz, bu necə əzab verir!”

 Tomas D.
“Bu da mənim 39 yaşacan gördüyüm işlər”

Ç. Dikkens
“Yerdəyəm!”

L.Menken
“Dostlarıma deyin ki, yaxşıca ilişmişəm” 

D.Terber
“Tanrım, kömək ol, lənət şeytana!” 

H.Uells
“Çəkilin. Mən yaxşıyam” 

M.Y.Saltıkov-Şedrin
“Bu sənsən, axmaq?” 

O. Henri
İşıgı yandırın, evə qaranlıqda dönmək istəmirəm”

0 şərh