Dori Lessinqdən yazarlıq dərsləri

Dori LessinqYazmalısınız, ən əsası özünüz üçün etməlisiniz bunu. Başqalarını zərrə qədər də vecinizə almayın. Yazmaq yaşam tərzi deyil, yazının mühüm bir hissəsi yaşamaqdır. Elə yazmalısınız ki, ondan yazı doğulsun.

Sevgiyə ehtiyacınız olanda yoxmuş kimi davranmaq, ya da daha yaxşısını edə biləcəyinizi bildiyiniz halda işinizi sevmək. Bu,  qorxuncdur.

Şübhəsiz ki, uydurmaq reallıqları yazmaqdan daha uğurlu nəticəyə gətirib çıxarar.   

Eləməli olduğumu mənə kitab, hekayə diktə edər. Onu necə yazacağımı hekayə özü müəyyənləşdirir.

Uşaq saxlayanda çox çətinliklə yazırdım. Sonra alışdım. Sonra axıcılığı hiss etdim özümdə. Hər ifadənin üstündə tər töksəm, yaxşı yaza bilmərəm.

Sizdən fərqli birinin dilindən yazarkən, özünüz haqda kəşf etdikləriniz inanılmazdır.

Məncə yazıçının vəzifəsi oxucuya sual verdirməkdir.

Ədəbiyyat bu dünyada nəyisə dəyişirmi, bilmirəm, amma yola davam edirik.

Çox oxumağın bir qaydası var. Kitabxanalardan, yaxud da bukinistlərdən bəyəndiyiniz kitabları seçmək və ancaq onları oxumaq. Sıxılanda isə kitabı buraxmaq. Axsadığınız yerləri adlamaq. Heç vaxt özünüzü oxumağa məcbur etməyin, yaxud dəb xətrinə nəyisə oxumaq zorunda qalmayın. Unutmayın ki, 20-30 yaşlarında sizi sıxan bir kitab, 40 ya da 50 yaşlarınızda sizə yeni bir qapı aça bilər. Yaxud tərsinə. Zamanı gəlməmiş, bir kitabı heç vaxt oxumayın.

Günel Əsgərzadə 

 

0 şərh