Zadi Smitə görə yazmağın 10 qaydası

1. Xüsusilə uşaqlıq illərindən başlayaraq çoxlu kitab oxuyun. Oxumağa başqa məşğuliyyətlərdən daha çox vaxt ayırın.

2. Yaşa dolmuş çağlarınızda isə, yazdıqlarınıza başqası, hətta düşməniniz oxuyurmuş kimi yanaşın.

3. Yazı qabiliyyətinizi romantikləşdirməyin. Ya yaxşı cümlələr yaza bilirsiniz,ya da bunu bacarmırsınız. “Yazıçının həyat stili” deyə bir şey yoxdur. Əsas kağız üzərində göstərdiyiniz məharətinizdir.

4. Zəif tərəflərinizi özünüzə dərd etməyin. Amma bu sahədə edə biləcəklərinizi də, etməkdən çəkinməyin. Özünüzlə bağlı şübhələrinizi başqalarının daha zəif yanlarını göz önünə gətirərək gizləməyin.

5. Yazmaqla redaktə arasında müəyyən bir fasilə verin.

6. Ədəbi təşkilatlardan, qruplaşmalardan uzaq durum, ətrafınızdakı insanların çoxluğu yazınızı daha kamil etməyəcək.

7.
İnternetə çıxışı kəsilmiş kompyuterdə yazın.

8. Yazmaq üçün ayırdığınız zamanı qoruyun. Yazmağa mane olacaq hər kəsi, hətta ən mühüm insanları belə özünüzdən uzaqlaşdırın.

9.
Yazmaqdan keçirdiyiniz qürur hissi ilə, uğuru bir-birinə qarışdırmayın.

10. Nə qədər çətin olursa olsun həqiqətləri yazın, şərə, yalana xidmət edən bircə cümləyə də yer vərməyin. Həyat boyu içinizdə gəzdirəcəyiniz gözü kölgəlilik hüznünə təslim olmayın.

Yamayka mənşəlli ingilis yazıçısı Zadi Smit Britaniyada çap olunan “Granta” dərgisi tərəfindən Britaniyanın 20 ən yaxşı gənc yazarı sırasına daxil edilib. Zadi Smitin debüt romanı “Bəyaz dişlər” yeni minilliyin ilk ədəbi sensasiyası adlandırılıb. Roman əsasında teleserial çəkilib. Smitin hər üç romanı çap olunduqdan bir müddət sonra bestsellerə çevrilib, bir neçə nüfuzlu mükafata layiq görülüb və çoxlu dillərə çevrilib.
 

0 şərh