Jül Vern

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne ) 1828-ci il fevral ayının 8-də Fransanın Nant şəhərində anadan olmuşdur. Fransız yazıçısı Jül Vern ədəbi fəaliyyətə 1849-cu ildən başlamışdır.
Yazıçıya şöhrət qazandıran 1863-cü ildə yazdığı «Beş həftə hava şarında» romanı olmuşdur. Bunun ardınca Jül Vern çoxlu elmi–fantastik ictimai-satirik macəra, roman və povestləri yazmışdır. 1867-1868-ci illərdə «Kapitan Qrantın uşaqları», «80000 kilometr su altı ilə», 1869-1870-ci illərdə «80 günlük dünya səyahəti», 1872-ci ildə «Gizli ada», 1875-ci ildə «On beş yaşlı kapitan», 1878-ci ildə «Üzən ada» və sairə əsərlərini yazmışdır. Onun 1892-ci ildə yazdığı məşhur «Klodius Bombarnak» əsərində Azərbaycan (Gəncə, Bakı, Xəzər dənizi və s.) haqqında da danışılır.
Vernin yaradıcılığında Yer və Kainat sirlərini açmağa cəhd göstərən elmi romantika güclüdür. Onun qəhrəmanları təmənnasız alimlər, milli zülmə, müstəmləkəçiliyə qarşı etiraz edən humanistlərdir. Vern elmin nailiyyətlərindən varlıların xeyrinə istifadə olunmasının əleyhinə çıxmışdır. Yaradıcılığı bir çox görkəmli alim, ixtiraçı və səyyahın (D.I.Mendeleyev, K.E. Siolkovski, F.Nansen və b.) elmi axtarışlarına güclü təsir göstərmişdir. Ayın arxa tərəfindəki kraterlərdən birinə Vernin adı verilmişdir. Onun bir çox əsərləri dünya xalqlarının dillərinə tərcümə edilmişdir. Azərbaycan dilinə tərcümə olunan əsərlərindən 1936-cı ildə «Gizli ada», 1948-ci ildə «Kapitan Qrantın uşaqları», «80 000 kilometr su altı ilə», 1970-ci ildə «Arxipelaq alovlanır»ı göstərmək olar.

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vernin əsərləri illər keçsə də oxucular tərəfindən sevilə-sevilə oxunur. O, YUNESKO-nun Index Translationum  adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının «atası» sayılır.

ƏSƏRLƏRI
* “Yerin mərkəzinə səyahət” (1864)
* “Kapitan Haterasın səyahət və macəraları” (1865)
* “Yerdən Aya” (1865)
* “Kapitan Qrantın uşaqları” (1867)
* “Ay ətrafında” (1869)
* “20 000 lye su altında” (1870)
* “80 gün dünya ətrafında” (1872)
* “Sehrli ada” (1874)
* “Mixail Stroqov” (1876)
* “On beş yaşlı kapitan” (1878)
* “İstilaçı Robur” (1886) və başqaları

Arxipelaq alovlanır.–B.: Gənclik, 1989. – 348 s.
Kapitan Qrantın uşaqları:roman.– B.:Gənclik,1987. – 530 s.
On beş yaşında kapitan /Tərc. ed. Məhəmmədzadə M.-B.:Azərnəşr,
1930.-143 s. Sirli ada:I Hissə /Tərc ed. I.Nəfisi.- B.:Uşaqgəncnəşr, 1939.-304 s.; II hissə /Tərc. ed. Z.Abdullayev.- 334 s.; III hissə /Tərc. ed. Ə.Ənvər.-328 s.
SAMIRƏ EMINOVA
 

0 şərh