Mayn Rid

Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin görkəmli ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-a getmiş, Amerika-Meksika müharibəsində (1846-1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir.
Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də “Azad atıcılar”, “Ağ rəhbər”, “Kbarteron qız”, “Feminolların başçısı Otseolla”, “Başsız atlı”, “Öldürücü atəş” romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-ın müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Onun əsərlərində Asiya, Afrika və Amerikanın bitki və heyvanlar aləminin təsviri də əhəmiyyətli yer tutur. Dövrünün ictimai-siyasi hadisələri ilə təbii və ahəngdar əlaqədə işlənən bu roman ona olan marağı daha da artırır, surətlərin oxucu mənəviyyatında özünə yer tutub yaşamasını təmin edir. Mayn Ridin əsərlərinin çoxu ekranlaşdırılmışdır. O, 1883-cü ildə Londonda vəfat etmişdir.
ƏSƏRLƏRİ
Başsız atlı.- B.: Altun kitab, 2007.- 112 s. Başsız atlı: Dünya uşaq ədəbiyyatı kitabxanası. 6 cild.- B.: Gənclik, 1983.- 524 s.
The Headless Horseman-Başsız atlı
 

0 şərh