Edqar Allan Po

Edqar Allan Po (1809-1849) - ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçisi.Edqar Allan Po Amerika ədəbiyyatında romantizm hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr vermişdir. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olmuşdur. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilmişdir.

Edqar A. Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində dünyaya gəlmişdir. Valideynlərini çox erkən yaşlarında itirən Edqar Con Allan adlı varlı tacir tərəfindən oğulluğa götürülür. Əvvəcə İngiltərədə tərbiyə alan Edqar 1826-cı ildə Virginiya universitetinə xarici dilləri öyrənmək istəyilə qəbul olunur. 1830-cu ildə isə hərbi akademiyada təhsilini davam etdirir, lakin tezliklə burdan uzaqlaşır və bu hadisə ögey atası ilə münasibətlərinə son qoyur. Gənc Edqar bütün maliyyə imkanlarından məhrum olaraq yoxsulluğa düçar olur. Lakin tezliklə özünü peşəkar ədəbiyyatçı və jurnalist kimi göstərən Po çox ağır və sonu faciə ilə yekunlaşacaq həyata başlayır. Edqar Allan Po 1849-cu ilin 7 oktyabrında Baltimorda vəfat edir. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər.Edqar Alan Po

Seçilmiş əsərləri:

1.Poeziya
  • "Anabel Li"
  • "Zınqırovlar"
  • "Lenor"
  • "Quzğun"
  • "Ulalum"
2.Hekayələr
  • "Qara pişik"
  • "Amontiladon dolu çəllək" (Amontiladon-ispan şərabı)
  • "Aşerlər evinin süqutu"
  • "Qızıl böcək"
  • "Təlxək Hopfroq"
  • "Xanım Liqeya"
  • "Ru Morj küçəsində qətl"
  • "Çuxur və kəfkir"
  • "Oğurlanmış məktub"
  • "Döyən ürək"

0 şərh