Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Çingiz Abdullayev Akif oğlu

Abdullayev Çingiz — məşhur detektiv yazıçısı və publisistdir. Yüksək intellektual səviyyəsi,fərqli dünyagörüşü və Dronqo obrazı sayəsində o çox məşhurdur.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir.hələ məktəbdə oxuyarkən dərs vaxtlarında tarix və bədii əsərlər oxumuşdur.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur.
Davamı →

Cəlal Bərgüşadın “Dünyada nələr gördüm” kitabından “Caninin zarafatı”

  Əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman müəllim mənə danışdı ki, gecə şirin yuxuda idim. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tutatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi.

  — Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (o zaman Mircəfər Bağırova “kişi” deyərdilər – müəllif) sizinlə görüşmək istəyir!

 Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, “qorxulu xalq düşmənlərini” belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə allah bilirdi.


Ardı →

Gi de Mopassan

Mopassanın gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valeh edici bığları olan unter zabit Mopassan qədər romantik sevgiyə nifrət edən çətin tapılardı. Seçməli olsaydı böyük hərflərlə yazılacaq sevgini o, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünsmədən qurban verərdi. O, qadını «şüursuz və təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə» hesab edirdi. Lev Tolstoyun fikrinə görə «Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli və eybəcərliklərini bu qədər aydın və dəqiq təsvir etmiş ikinci yazıçı olsun».
Davamı →

Özünü bəyənməyən yazıçılar

“Məndən çox Lolita məşhurdur. Mən — dilə yovuşmaz adı olan çirkin yazıçıyam”.
Vladimir Nabokov, “The Paris Review”, 1967

“Mükəmməl beynim var; heyf ki, onu işə salmaq hərdən bir həftəmi alır”.
Mark Tven

“Mən üst-üstə yığılmış zibil yığınıyam. Bir kibrit çöpünə bəndəm”.
Rey Bredberi, “The Paris Review”, 2010

“Mən hamburger və kartofun ədəbiyyatdakı əksiyəm”.
Stefen Kinq

“Bərbad bir günün axırında yas tutmaq əvəzinə içi kağız dolu zibil qutusuna baxıram və “ən azından mənlə birlikdə bir neçə ağac da məhv oldu” deyirəm”.
Devid Sedaris

“Bir gündə ciddi yazıçı ola bilmərəm. Alma ilə portağalı müqayisə etmək olmaz. Uilyam Folkner dahi idi. Mən belə deyiləm”.
Con Qrişem

“Yazmağa bərbad şeirlər yazan uşaqlar kimi başlamışam. Nyu-Yorkda bir rahibə monastrına gedirdim. Dikkensi belə oxumağa qoymurdular, çünki o, vulqar sayılırdı. Mənsə oxuyurdum. Bu kimi səbəblərə görə ordan qovulmuşam”.
Doroti Parker, “The Paris Review”, 1956

“Hamı biabırçı kitablar yazır, mən niyə yazmayım ki? Əlbəttə, bu, mənə çox əzab verib, pul üçün ədəbiyyatı səhv yola salmışam. Varlı olandan sonra vicdan əzabım iki qat ağırlaşdı. Heyf ki hamı məcburən mənə və kitablarıma dözmək məcburiyyətindədir”.
Kurt Vonnequt, 1977


Davamı →

Çarlz Bukovski

Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı "Çarlz Bukovski sən deyilsənmi?" deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı. (Çarlz Bukovski)

Hec dəli olmayan insanlar nə qədər bərbad həyatlar yaşayırlar.Çarls Bukovski 16 avqust 1920-ci ildə Almaniyada doğulub. Əsl adı Henrix Bukovskidir. Atası Henry Çarlz Bukovski bir amerikan əsgəri idi və anası Katerina Fett isə qadın dərzisi idi. Birinci dünya müharibəsi əsnasında Almaniyada tanış olmuşdular.

1923-ci ildə Bukovski 3 yaşındaykən Amerikaya getdilər və Los Ancelesə yerləşdilər. Bukovskinin çətin uşaqlıq keçirməsi onun özünə «xas üslubunun» meydana gəlməsini təmin etmişdir. Uşaqlıq dövründə atasından gördüyü zoraklıq və anasının bu işgəncələrə göz yumması onun ailəsinə və insanlara olan nifrətinə yol açmışdır.

1941-ci ildə atasının hekayələrini küçəyə atmasıyla 18 yaşında evdən ayrıldı və müxtəlif işlərdə işə başladı, lakin tamamilə pulsuz qalınca təkrar evə qayıdır. Los Anceles Şəhər Kollecində bir il jurnalistika və ədəbiyyat təhsili aldı, lakin ilin sonunda buradan ayrıldı.

İkinci dünya müharibəsi dövründə Amerikanın müxtəlif şəhərlərini gəzməyə başladı və bu vaxt bir çox işə girib çıxdı. Bukovskinin ilk hekayəsi 24 yaşındaykən çap olundu və şeir yazmağa 35 yaşından sonra başladı. Çarlz Bukovski 1952-ci ildə poçt idarəsində işə başladı, ancaq bu işdə 3 il işlədi.


Ardı →

Əgər qadir Allah ömrümü biraz daha uzatsaydı......

Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markes limfatik vəzilərin kəskin xərçəngi nəticəsində dünyasını dəyişib.Ölümünə çox az qalmış o,dünyadakı çoxsaylı dostlarına ünvanlanmış bir vida məktubu yazdı......Əgər Qadir Allah mənim əsgidən düzəldilmiş oyuncaq olduğumu bircə saniyədə unudub ömrümü bir qədər uzatsaydı,yəqin ki,düşündüklərimin hamısını deməzdim.Əksinə dediklərim barədə daha çox düşünərdim.
  • Mən dəyərlərə maddi baxımdan deyil,əhəmiyyətinə görə qiymət verərdim.
  • Mən daha az yatar,daha çox xəyala dalardım,başa düşərdim ki,gözləri yumulu vəziyyətdə yaşanan hər dəqiqə-dünya işığndan 60 saniyə özünü məhrum etməkdir.

Davamı →

Viktor Hüqo

Viktor Hüqonun 79-cu ad günündə Paris və Fransiya milli bayram kimi qeyd edirdi. Eylau küçəsində triumfal  arka quraşdırmışdılar.


Hüqonun evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pəncərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Yarım il sonra küçənin adını da dəyişdirib Viktor Hüqo küçəsi qoyurlar. Öz küçəsində Hüqo hələ 4 il də yaşadı. Son mənzilə yola salınanda isə camaat onun tabutu ardıyca dəniş kimi axışırdı. İki ağ qızılgülləri çələngindən başqa heç nə ilə bəzənməmiş cənazə arabasının qabağınca 200 min parisli gedir, 2 milyondan artıq fransalı isə yol boyu düzülmüşdü. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo»


Ardı →

Anton Çexovun qardaşına ibrətamiz məktubu: tərbiyəli insanın 8 keyfiyyəti

Moskva, 1886
Rus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir.
Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir.
Davamı →

Fransua Rable

Rable Fransa intibahının dünyaya verdiyi dahi bir yazıçıdır. Qərb ədəbiyyatşünasları onu Şekspirdən sonra, bəzənsə onunla bərabər ən böyük ədib sayıblar. Fransız romantikləri Şatobrian və Hüqo isə Rableni bütün dövrlərin və xalqların ən böyük dühalarından biri hesab edirdi.

Uşaqlığı və monastır həyatı

Fransua Rablenin həyatı ilə bağlı informasiya çox azdır. Bəzən bir-biri ilə uyğun gəlməyən qaynaqlardan ətraflı məlumat öyrənmək mümkün deyil. Yazılanlardan öyrənirik ki, Rable Füzuli ilə eyni vaxtda dünyaya gəlib (1494), az qala eyni vaxtda da dünyasını dəyişib (1553). Fransada kiçik məhkəmə məmurunun ailəsində doğulan Fransua ailənin sonbeşiyi olub. Anasını uşaq  yaşlarında itirib. 1510-cu ildə Fransuanı monastıra veriblər. Burada onun günü elə də xoş keçməyib. Monastırda həyat çox yeknəsəq və üzücü idi. Əyinlərində uzun leviton  (köynək), bellərində dəri kəmər, qoyun və ya keçi dərisindən üst çiyinlik – miloti, başlarında kukula. Nə süfrə arxasınada, nə də yataqda milotini və kəməri çıxarmağa icazə yox idi. Gündə iki dəfə birgə ibadət və yemək zamanı isə kapyuşon geyinməli idilər ki, bir-birlərini görməsinlər. Hər biri çox darısqal, qapalı otaqda tənha yaşayardı. Qohumlarla əlaqə saxlamaq günah sayılırdı. Yeməkləri çörək, su, göyərti və paxladan olan xörək idi.
Sonralar monastırlar, oradakı rahib və rahibələr haqqında təəssüratlarında Rable belə yazırdı: «Bizim zəmanədə monastıra qadınlardan çəpgözlər, topallar, qozbellər, kifirlər, yöndəmsizlər, havalananlar, korlanmışlar, pozğunlar və ağıldanzəiflər, kişilərdən isə burnufırtıqlılar, zatı qırıqlar, kütbeyinlər, lazımsızlar gedir». Lakin monastırdakı asudə vaxt bolluğu ona latın və yunan dilini də öyrənməyə imkan verib.

«Fransua həkim»

1528-də monastıra sığmadığını yəqinləşdirən Rable oradan uzaqlaşıb tibbi öyrənməyə başlayıb. Bu dövrdə Fransada bir qədər tolerantlıq yaranmışdı. Çünki ispan kralı 5-ci Karlla döyüşdə uduzub əsir düşən, sonra ağır şərtlərlə azad edilən kral 1-ci Fransisk alman protestant knyazları ilə sıx münasibətlər qurmağa çalışır və buna görə din məsələlərində bir qədər liberal siyasət yürüdürdü. Bu zaman Rable nisbətən sərbəst davrana bilərdi. 1530-cu ildə bakalavr olan Rable tibdən mühazirələr oxumağa başlayır. 1532-ci ildə artıq böyük bir xəstəxananın həkimi idi. Şəhər qospitalı ona çox az (ildə qırx livr) maaş verirdi. İş şəraiti isə ağır olub. Bəzən bir palatada iki yüz xəstə yerləşdirilirdi. Elə vaxt olurdu ki, xəstələrin bir neçəsi bir yataqda yatırdı. Rable tibdə inqilabçı olub. O, dar ağacından asılan adamı leqal şəkildə əməliyyat edir, öz təcrübəsini artırırdı. Bu, o dövrlər üçün görünməmiş hadisə idi. Asudə vaxtlarda yunan və müsəlman tibb alimlərinin əsərlərini oxuyur, Hippokratı, İbn Sinanı dərindən öyrənirdi.

Pişiklərə ölüm

Hər halda, dövr, zaman çox ağır idi. Heç kim tonqaldan sığortalanmamışdı. Xristianlıqdan öncəki batil dinlərdən qalma bütün təzahürlərə qarşı mübarizə geniş vüsət almışdı. Camaatın gözü qabağında caducərlikdə ittiham olunan adamların diri-diri tonqalda yandırılması adi şey idi. Din adına törədilən cinayətlər təkcə adamları əhatə etmirdi. Əvvəlki dinlərin qalıqları – xüsusən Misirdə ilahiləşdirilən pişiklər də həm katolisizmin, həm də protestantlığı hədəfində idi. Qara və ala pişik şeytan, bəzən də İblisin özü kimi ittiham olunur, səbətə qoyularaq işgəncə verilərək diri-diri tonqalda yandırılırdı. Ölkənin əmlakının hardasa üçdə birinə sahib olan kilsə adamları vahimə altında saxlayırdı. Belə bir dönəmdə bütün bu dəhşətləri yumor və sarkazmı bir-birinə qatıb təsvir etmək Əzraillə çilinc-ağac oynamaq idi. Amma Rable buna getdi.

İlk qələm təcrübəsi

Nəhayət, Rable yazmağa başlayır. 1533-cü ildə böyük yazar Alkofribas Nasier təxəllüsü ilə (adının anaqramıdır) «Pantaqruel» adlı əsərini yazır. Rableni buna təhrik edən «Böyük və nəhəng Qarqantuanın möhtəşəm və sərgüzəştləri» adlı xalq kitabının işıq üzü görməsi idi. Bu kitab Fransada çox hərisliklə qarşılanmış və böyük sürətlə satılmışdı. Bu barədə Rable belə yazırdı: «İki ayda «Qarqantua» kitabı Bibliyanın doqquz ildə satıldığından çox satılmışdı». Rablenin «Pantaqruel»i bu xalq kitabına bənzəyirdi. Əsərdə cəmiyyətin bütün spektrini hədəfə alan böyük satirik dinə yox, din adına olan cinayətlərə etiraz etməsi haqda belə yazırdı: «İncilin vəzi təmiz, sadə və ətraflı olmalıdır» — protestantlarda olduğu kimi». Rable Kalvinə qədərki protestantlığı nəzərdə tuturdu. Elə ki, Kalvin Cenevrədə öz icmasını rəsmiləşdirib Roma papasından daha qəddar davranmağa başladı, Rable onu da tənqid hədəfləri sırasına daxil etdi.Fransua Rablenin Qarqantua və Panteqruel kitabı,François Rabelais

İtaliyaya səfər

Rablenin dünyagörüşünün genişlənməsində İtaliyaya səfər əhəmiyyətli rol oynayıb. 1534-cü ildə kral Fransiskin səfirliyi ilə yepiskop, Rablenin dostu və himayəçisi Jan dü Belle İtaliyaya səfər edir. Onu şəxsi həkimi kimi Rable müşayiət edirdi. Bu səfər altı aya yaxın çəkdi və təəssüratlar əsasında Rable epopeyanın daha bir cildini yazdı və onu «Pantaqruelin atası böyük Qarqantuanın çox müdhiş həyatı haqqında» adlandırdı. Kitab 1534-cü ildə çap olunur və epopeyanın birinci cildi olub, «Pantaqruel»i arxaya itələyir. Əsərin girişi də Rable üslubunda — satirik-yumoristik tərzdə  yazılıb. Yazıçı giriş sözündə əsərini keçmişdə silen adlandırılan mücrüyüə bənzədir: «Onların üstündə qəribə rəsmlər olardı: Məsələn, buynuzlu quş, Asiya yarasası, yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya  qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu şəkillər adamlarda gülüş doğurardı — xeyirxah Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır olardı». Yazıçı oxucuları bu yumoristik fonun arxasında əsl həqiqəti tapıb çıxarmağa dəvət edir, təbii ki, yenə özünəməxsus yumorla: «Siz kəllə sümüyü tapmış it görmüsünüzümü? (Platon «Dövlət» adlı kitabında yazır ki, it dünyada ən filosof heyvandır)» Əgər görmüsünüzsə, sezmiş olarsınız, it necə ehtiramla onu qoruyur, necə möhkəm tutur, necə ehtiyatla ağzına alır, necə ləzzətlə gəmirir, necə çalışqanlıqla sorur. O, nədən bu cür çalışır? Əlbəttə, oradakı bir damcı beyni nuş eləmək üçün. Onun bu səyləri boşuna deyil. Qalen özünün «Bədən üzvlərinin təyinatı haqqında» adlı əsərində yazır ki, beyin təbiətin bizə verdiyi ən kamil qidadır. Əziz oxucu, istərdim ki, siz də yuxarıda haqqında danışılan it kimi müdrik olasınız. Bu dadlı kitabın sümüyünü sındırın, gəmirib oradakı beyin substansiyasını sorun, … bu kitabda yalnız seçilmişlər üçün olan, dinimizə, siyasətə və evdarlığa aid çox qiymətli sirlərədən agah olarsınız, xüsusi ruh müşahidə edərsiniz».

Tonqallar alovlanır

Bir müddət sonra Rable romanın yazılışını yenidən dayandırmalı olur. Çünki kral 1-ci Fransisk özünün din siyasətində dəyişikliklər edir. Lüteran və azadafikirlilərin təqibi başlayır. Yenidən inkvizisiya tonqalları alovlanmağa başlayır. Humanistlərin bir qismi tələsik öz «mürtəd» fikirlərindən əl çəkdiklərini bəyan edir, bir qismi gizlənməyə üstünlük verir. Rable ikincilərin sırasında yer almışdı. O, gözdən uzaq olmaq üçün kənara çəkilmişdi. Xoşbəxtlikdən bu vaxt onun yenidən — ikinci dəfə İtaliyaya getmək imkanı yaranır. Yenə də dostu Jan dü Belle ilə. Papa ilə görüş zamanı ona monastırı özbaşına tərk etdiyini deyir və bağışlanmasını istəyir. Papa onu bağışlayır. Vətənə qayıdandan sonra — 1537-ci ildə kral Fransisklə görüşə bilir. Papa 3-cü Pavel İspaniya kralı 5-ci Karlla Fransiskin görüşüməsini istəmişdi. Onları barışdırmağa ehtiyacı var. İki böyük katolik dövlətinin yaxınlaşması artan humanizm hərəkatına qarşı mübarizədə ona lazım idi. Amma razılaşma baş tutandan sonra ölkədə yenidən repressiyalar başlayır. Sorbonna yenidən irəli çıxır. Onun istəmədiyi adamları tonqal gözləyirdi. Rable üçün təhlükə yaranır. Sorbonna onun hər iki əsərini – «Pantaqruel» və «Qarqantua»nı qara siyahıya salmışdı. Onlar Rablenin nə qədər təhlükəli olduğunu yaxşı dərk edirdilər. Rable krala yetərincə inandığı adamlar tərəfindən təqdim olunsa da, Sorbonna ilahiyyatçıları qorxulu idi. Rable məcbur olub hər iki kitaba bir qədər əl gəzdirir və onları yenidən çap etdirir.

Papomanlar və papefiqlər

Nəhənglər və cırtdanlar, padşahlar və təlxəklər, papimanlar (papaya dəlicəsinə pərəstiş edənlər)  və papefiqlər (papaya fiqa göstərənlər) – Rablenin obrazlar qalereyası çox zəngindir. O, özünü qorumaq üçün hadisələr zaman və məkanca uzağa aparır. «Qarqantua və Pantaqruel»də göstərilir ki, qəhrəmanlar səfər zamanı papefiqlər və papomanlar ölkəsində olurlar. Birinci ölkədə əvvəl camaat yaxşı dolanırmış. Amma sonra bir «müdhiş hadisə» baş verir. Yerli sakinlərdən biri papanın portretinə şiş — fiqa (birinə sataşmaq mənasında yumruğunu sıxıb, baş barmağını şəhadət barmağı ilə orta barmaq arasndan göstərmək)  göstərir. Bundan sonra onlar lənətə gəlirlər (müəllif protestantları nəzərdə tutur). Papomanlar (katoliklər) ölkəsi isə  papaya sitayişi son həddə çatanların ölkəsidir. Adada otuz iki qapı və on dörd qıfıl arxasında papanın portreti saxlanılır. İldə bir dəfə qapılar və qıfıllar açılır və kahin əlindəki əsanın ucunu papanın şəklinə toxundurur. İştirakçılar növbə ilə təşnəliklə əsanın ucunu öpürlər.
Şübhəsiz, əsərdəki bu dəhşətli ironiya Sorbonna ilahiyyatçılarının diqqətindən yayına bilməzdi. Ona görə müəllifin cəzalanmasını tələb edirlər. Rableni əvvəlcə kral Fransisklə tanışlığı xilas edirdi. Amma kral öləndən sonra qaçıb gizlənməkdən başqa çarəsi qalmırdı.

Canını ölməklə qurtardı

Rable nə qədər ehtiyat tədbirləri görsə də, üçüncü kitabı da birinci və ikinci kimi ittiham predmeti oldu. Sorbonna ilahiyyatçıları ona güzəştə getmirdilər. Yenidən inkvizisiya tonqalları alovlanırdı. 1546-cı ildə Rablenin dostu və əqidə yoldaşı Etyen Dole Parisdə Mober meydanında tonqalda yandırıldı. Kraldan yardım ummaq əbəs idi. Xəstə Fransisk can hayında idi. Bir il keçməmiş o öldü və taxt-tacı oğluna verdi. Onunla Rablenin heç bir tanışlığı yox idi. Böyük yazıçı Parisi tərk etməli oldu, əyalətdə həkimlik eləməyə başladı. Yenə də köməyə köhnə dostu çatdı. Kardinal Belle ona maddi yardım edirdi. 1547-ci ildə isə onu İtaliyaya apardı. Bu dəfə Rable iki ilə yaxın qaldı. Romada papa dəyişdi və Fransa ilə Romanın münasibətləri kəskinləşdi. Bundan istifadə edən Rable dördüncü kitabını yazdı və çap etdirdi. Kitab təzəcə işıq üzü görmüşdü ki, kral papa ilə barışdı və yenə də Rable üçün ağır günlər başladı. Vəziyyətin belə olduğunu görən yazıçı gizlənməli oldu. Camaat arasında söhbətlər dolaşırdı ki, onu ittiham edib öldürüblər. Bir qədər sonra dördüncü kitab və Rablenin üç böyük bacısı itiiham olundu (təfərrüatlar bəlli deyil) böyük yazarın özü isə 1453-cü ildə ölməklə canını qurtardı.  Rable öləndən sonra adamlar deyirdilər ki, o dünyada, yəqin, adamların kefi saz olar – axı Rable onları güldürür! Deyilənə görə, böyük yazar ölməzdən əvvəl belə deyib:  «Tirez le rideau, la farce est jouée» («Pərdələri bağlayın, fars bitdi»).

Aforizmləri

* Hər şey öz zamanında gəlir — gözləməyi bacarsan.
*İnsan əqli yumruqlardan güclüdür.
*İştaha yemək vaxtı gəlir.

Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı


Davamı →

Gi de Mopassan- "Əbədi sevgi" hekayə

Fransız yazıçısı Gi de Mopassan (Maupassant) —
əsil adı Anri Rene Alber Gi, (5. VIII. 1850 — 6. VII. 1893) 

 "Əbədi sevgi"
Ov mövsümünün açıldığını elan edən nahar yeməyinin sonu idi. Zadəgan Bertrans və qonaqları çiçəklər və meyvələrlə bəzədilmiş parlaq masanın arxasında əyləşmişdilər. Söhbət sevgidən düşdü. Qəfildən insanın bi…r yox, bir neçə dəfə sevməsinin mümkünlüyü barəsində qızğın müzakirə başladı.  Həyatı boyunca yalnız bir dəfə sevən insanlar nümunə olaraq göstərilir, bunlar bir neçə dəfə ehtiraslı eşq macərası yaşayanlarla müqayisə olunurdu. Kişilər sevginin də xəstəlik kimi bir insanı bir neçə dəfə yoluxdura, hətta ölüm həddinə çatdıra biləcəyini iddia edirdilər.  Bu mülahizə olduqca inandırıcı səslənirdi. Qadınlarsa hər zamankı kimi real müşahidələrdən daha çox poetik görüşlərinə əsaslanır, böyük sevginin insan ruhuna yalnız bir dəfə bəxş olunduğunu söyləyirdilər.  “Bu şimşəyin çaxmasını xatırladır”-onlar deyirdilər.  Sevginin bir dəfə baş çəkdiyi qəlblər elə viran qoyulmuş, məhv edilmiş olur ki, orda digər heç bir hiss kök sala bilməz, hətta arzular belə.


Ardı →