Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Yasunari Kavabata

Yasunari KawabataBir qəlbin sirli yaşantıları və intiharı...
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olmayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də, getmələrinə özləri qərar verirlər.

Bəlkə də belələri İlahinin insanın öz seçiminə buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar. Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil.

Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür onsuz da nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərəkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən xilas yolu kimi intiharı seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox…
Davamı →

Artur Konan Doyl

Artur Konan DoylArtur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi.

O, uydurduğu detektiv qəhrəmanı sayəsində qucaq-qucaq pul qazandı və bu qəhrəman ədəbiyyat aləminin ən məşhur alver simasına çevrildi. Əgər bir insanın məzar daşı üzərindəki adının qarşısında «ser» sözü yazılırsa, demək, o, həyatda nəyisə səhvsiz edib.
Davamı →

Uilyam Şekspir

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər.
Davamı →

Şarlotta Bronte və onun şah əsəri “Ceyn Eyr”

İngilis yazıçısı Şarlotta Bronte 1816-cı ildə Yorkşirdə anadan olub. Bronte bacıları — Şarlotta Bronte, Anna Bronte, Emili Bronte XIX əsr ingilis ədəbiyyatında tənqidi realizmin banilərindəndir. 
Şarlotta pansiyonda ödənişli təhsil alıb. Emili və Anna isə ev təhsili alıb. Məktəb haqqında Şarlottanın yaddaşında qalan acı xatirələr onun “Ceyn Eyr” əsərində özünü göstərir.

Pansiyonu bitirdikdən sonra orada o, müəllimə kimi işləməyə başlayır. 1837-ci ildə o öz şeirlərini dövrün məşhur şairi Robert Santa göndərir. Ancaq cavab olaraq Robert Sant yazır ki, ömrünü tam olaraq şeirə həsr etmək qadın işi deyil. 

1846-cı ildə 3 bacı öz şeirlərindən ibarət toplu nəşr etdirir. Kitabın adını «Bell» qoyurlar. Amma onlar kişi təxəllüsündən istifadə edirlər. Şarlotta — Karres, Emili — Ellis, Anna — Ekton. 1847-ci ildə eyni təxəllüslərlə öz şeirlərini Londona göndərirlər. Emilinin «Tufanlı aşırım », Annanın «Aqres Qrey» əsəri qəbul olunur. Şarlottanın «Müəllim» əsəri isə rədd edilir.
Davamı →

Əzablı ömür yaşamış yazıçı

Şarlotta BronteFaciəli həyatı və «Ceyn Eyr» alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə «Tronton» məzarlığına baxan keşiş ailəsində doğulub.

Rahib atası və içki aludəçisi olan qardaşıyla yanaşı, dörd istedadlı bacıları olan Şarlotta şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşür.

Atası 1824-cü ildə çətin dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər üçün ponsionata verir.
Bir müddət sonra oxuduqları məktəbdə yayılan vərəm xəstəliyinə yoluxan, Şarlottanın və o biri uşaqların qayğısına qalan böyük bacı Mariya, ardınca isə Elizabet rəhmətə gedirlər.
Davamı →

Öz dostunu ədəbi qəhrəman edən yazıçı

Şotland tibb mütəxəssisləri iddia edirlər ki, Şerlok Holmsın ortağının prototipini tapıblar. Artur Konan Doylın məşhur əsərinin həkim qəhrəmanı doktor Vatsonun protitipi Danimarkadan olan osteopat həkim Uilyam Smitdir.

Şotland osteopatlar 1938-ci ildə nəşr olunmuş bir qəzetdən kəsilmiş hissəyə əsasən iddia edirlər ki, Vatsonun prototipi Smitdir. 1938-cil ildə çap edilmiş məqalə həkimin oğlu Katbert Smitə məxsusdur. Məqalədə həkimin oğlu atası və məlum personajla əlaqələri barədə yazır. Oğul Smit yazır ki, atası Konan Doylla birlikdə Edinburq universitetində oxuyublar. Müəllimləri isə Şerlok Holsmın prototipi hesab olunan Cozef Bell olub.

Smit, Bell və Konan Doyl universiteti bitirdikdən sonra da əlaqə saxlayırlarmış. Smit ABŞ-a getdikdən sonra da yazıçı ilə məktublaşırmış. Həkimin oğlu iddia edir ki, atası onu uşaq olanda dostları ilə görüşə aparıb və o Konan Doylu və Belli görüb. Məqalədən belə məlum olur ki, onların dostluğu çox uzun müddət davam edib. 
Davamı →

Stiven Kinqin ilk qazancı

Böyük qardaşım Deyvid dördüncü sinfə keçəndə məni məktəbdən çıxardılar. Dərs davamiyyətim pis olduğundan məktəb rəhbərliyi bu qərara gəlmişdi. Əgər sağlamlığım icazə versə növbəti payız dərslərimə yenidən başlaya biləcəkdim.

O ilin demək olar ki, bütün günlərini evdən çölə çıxmaz, yataqda keçirərdim. Tom Svift ilə Deyv Dausondan başlayıb Cek Londonun tükürpədici heyvan hekayələrinə keçdim.

Bir də baxdım ki, öz hekayələrimi yazmağa başlamışam. Yaradıcılıqdan əvvəl təqlidçilik vardı. Boloknotuma Kombat Keyseyin hekayələrini eynilə köçürər, bəzən uyğun gördüyüm yerlərə öz fikirlərimi əlavə edirdim.
Davamı →

Mark Tven və onun ölməz əsərləri

Mark TvenGörkəmli amerikan yazıçısı Mark Tven 1835-ci ildə ABŞ-ın Missouri əyalətinin Florida bölgəsində doğulmuşdu. Əsl adı Semuel Lenqhorn Klemens olan Mark Tven bir müddət dənizçi işləməmiş, öz təxəllüsünü dənizçilərin tez-tez işlətdiyi “mark tven!- ikini işarə et” ifadəsindən götürmüşdü. 

Mark Tven dörd yaşında ikən ailəsi Mississippi Çayı sahilindəki Hannibal şəhərinə köçməli olur. Dörd tərəfi çayla əhatə olunan bu qəsəbə yazıçının yaradıcılığında mühüm rol oynamış, yaratdığı məşhur romanları bu bölgədəki müşahidələrinə söykənmişdi. Belə ki, onun ən məşhur əsərləri olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” povestlərində təsvir olunan hadisələr məhs bu qəsəbədə cərəyan edir. 
Davamı →

Dünya şöhrətli Amerika yazıçısı O.Henri

Dünya şöhrətli yazıçı O.Henri (Uilyam Sidney Porter) 1862-ci il sentyabrın 11-də Şimali Karolinada (ABŞ) anadan olub. Kəskin süjetli hekayə ustadını yazıb-yaratmağa ruhlandıran hadisələr çox olub. Məsələn, həyatındakı sərgüzəştlər, Amerikadakı vəziyyət, hətta həbs cəzası və s. 

Əsərlərini O.Henri təxəllüsü ilə çap etdirən və bu adla tanınan yazıçının əsl adı Uilyam Sidney Porter idi. Müasirləri bunu yazıçının ölümündən sonra biliblər.

Amerikalı yazıçı şəxsi həyatı haqqında danışmağı sevmir, müsahibə vermir, fotosunu çəkməyə qoymur və kitablarını heç vaxt imzalamırdı. İllər boyu redaktorlar, jurnalistlər O.Henri təxəllüslü yazıçının əsərlərini maraqla qarşılayıblar.
Davamı →

Uğurlu yazarların ortaq vərdişləri

Amerikalı Dram yazarlarının konfransından yenicə qayıtdım və fikirlərim “soyumadan” bu yazını qələmə alıram. Əvvəlcə qeyd edim ki, bu, bədii nəsrin, əslində, bütün janrlarında yazan müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı əldə edirəm. Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların kitablarını tanıtmaq sırası gələndə “təkərlərinin boşaldığı”nın şahidiyəm.

Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən nəzərəçarpan cəhətdir. Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların özünəinam və işlək strategiyaları birləşdirən “hazır top”-u var. Xüsusilə də, yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki, hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz, irəliləmək sizin üçün bir o qədər asan olacaq.
Davamı →