Рейтинг
+45.27

Yazıçılar

53 üzv, 206 topik

Tanrını axtarmağı vəsiyyət edən yazıçı

Dünya ədəbiyyatına şedevr əsərlər qazandıran görkəmli rus yazıçısı Lev Nikolayeviç Tolstoy zadəgan ailənin övladı kimi 9 sentyabr 1828-ci ildə Moskvada dünyaya gəlib. 

Nə təhsil, nə də iş həyatında uğur qazana bilməyən yazıçı ilk gənclik illərində içki və qadınlara olan marağı ilə bilinib. 23 yaşında ordu sıralarına daxil olan Tolstoy ədəbiyyatla da həmin vaxt tanış olub. Onun ədəbiyyata gəlməsində Aleksandr Puşkin, İvan Turgenev, Çarlz Dikkens kimi yazıçıların böyük təsiri olub. İlk romanlarını pul və şöhrət üçün yazıb.

Sonralar varlı bir ailənin qızına aşiq olsa da bu sevgi macərası çox uzun çəkməyib. Məhşurluğuna haqqında daima xoş sözlər deyilməsinə baxmayaraq Tolstoy xoşbəxt deyildi. Qurtuluşu ailə həyatında görən yazıçı evlənmək qərarına gəlir.
Davamı →

Bir fincan nəfis çay | Corc Oruell

1946-cı ildə, 12 yanvar tarixində Britaniyanın gündəlik "İvninq standart" («Evening Standard») qəzetində Corc Oruellin «Bir fincan nəfis çay» adlı bir məqaləsi dərc olunub. Bu məqalədə Oruell oxuculara çay dəmləmək üçün 11 məsləhət verir.

«Bir fincan nəfis çay»
Əgər əlinizə keçən hər hansı bir kulinariya kitabında çaya bölümünü axtarmısınızsa, çox güman, tapa bilməmisiniz. Ya da, tapsanız da bir neçə sətirlik səthi məlumatdan o üzə keçməyən bir neçə təlimata rast gəlmisiz. Bu təəccüblü haldır. Halbuki ölkəmizdə, həmçinin İrlandiya, Avstraliya və Yeni Zelandiyada ən çox içilən içki çaydır. Bunun, məncə, birinci səbəbi düzgün çay dəmləmə üstündə gedən qızğın mübahisələrdir. Mənim ideal çay dəmləmə üsulumda isə on bir vacib bənd var. İkisi ilə əksəriyyəti razılaşar, amma dörd bənd var ki, etiraz edənlər çox çıxacaq. Bu da mənim on bir qızıl qaydam:

Birinci
Mümkün qədər Hindistan və ya Seylon çayı götürün. Çin çayının danılmaz üstünlükləri var – o qənaətli və onu südsüz içmək mümkündür – amma, Hindistan və Seylon çaylarının ləzzəti başqadır. Məsələn, bir fincan Çin çayı içəndən sonra, çətin ki, özünüzü daha ağıllı, daha cəsarətli və daha optimist hiss edəsiniz. Odur ki, «Bir fincan nəfis çay» deyəndə hamı Hindistan çayını nəzərdə tutur.
Davamı →

Yazıçı və müharibə | Ernest Heminquey

Yazıçının vəzifəsi dəyişilməzdir. Zaman ötdükcə yazıçı özü dəyişilsə də, onun vəzifəsi dəyişilməz qalır. Bu vəzifə doğru-düzgün yazmaqdan, heç vaxt həqiqəti inkar etməməkdən, həyat təcrübəsinə istinad edərək hadisələri reallıqlarla sərgiləməkdən və beləcə oxucu qəlbinə yol tapmaqdan ibarətdir.
 
Bundan çətin və mürəkkəb heç nə yoxdur. Mükafat, uğur və nailiyyət gec və ya tez gəlməsindən asılı olmayaraq yazıçını onun yolunu gözləməyə məcbur edir. Tez gələn mükafat isə çox hallarda yazıçının məhvinə səbəb olur. Əgər o özünü uzun müddət gözləməyə təhrik edirsə, nəticə etibarı ilə yazıçı narahat bir ömür yaşamağa məhkum edilir. Bəzi hallarda isə mükafat yazıçının ölümündən sonra gəlib yetişir. Bundan isə mərhum ədib üçün heç bir fayda olmur. Elə məhz buna görə də həqiqi, uzun ömürlü əsərlər yazıb ərsəyə gətirmək çox çətin işdir. Əsl yaxşı yazıçı əvvəl-axır öz layiqli qiymətini almaqla ədəbiyyat aləmində tanınacaq. Romantiklər isə bu qənaətdədirlər ki, dünyada “naməlum sənətkarlar” var.
Davamı →

Corc Oruelli yazmağa vadar edən 4 bəşəri hiss

Ədəbiyyatın əfsanəsi Erik Artur Bler (Eric Arthur Blair) yaxud da, daha çox bilinən adıyla Corc Oruell (George Orwell) “Heyvanıstan” və “1984” kimi kult klassiklərinin yazarı olaraq xatırlanır. Lakin o, eyni zamanda, usta bir esseistdir. Ən yaxşı qısa yazılarından biri 1946-cı il tarixli təcrübə yazısı olan “Niyə yazıram?”-dır.

Oruell bu təcrübəsində çox da hüzurlu keçməmiş uşaqlığından bəzi detallar verərək başlayır. Atasızlıq, məktəbdə məruz qaldığı istehzalar, zorbalıq və güclü bir yalnızlıq hissi və bütün bunların onu yazmağa necə vadar etdiyini izləyir. Bu tip erkən dövr mikro-tramvaların onun yazıçılıq yönümü üçün necə lazımlı olduğunu irəli sürür. Bunu, yazmaq üçün gərəkli olduğuna inandığı 4 əsas hissi açıqlayaraq davam etdirir. Bunlar elə hisslərdir ki, sadəcə yazıçılıq deyil, daha bir çox yaradıcı fəaliyyət üçün də keçərlidir.
Davamı →

Rus yazıçıları, senzorlar və oxucular | Vladimir Nabokov

“Rus ədəbiyyatı” – bu anlayış rus olmayanların beynində, ümumən, XIX əsrin ortasıyla XX əsrin ilk on ili arasında, Rusiyanın beş-altı böyük nəsr ustası yetişdirdiyi düşüncəsiylə məhdudlaşır. Rus oxucularının beynində isə bu anlayış daha geniş mənalara sahibdir, çünki romançılardan başqa tərcüməsi mümkün olmayan şairlər də bura aiddir; lakin onların da düşüncəsi parlaq XIX əsrə fokuslanıb. Başqa cür desək, “Rus ədəbiyyatı” dünənin-srağagünün hadisəsidir. Eyni zamanda, məhdud hadisədir; əcnəbilərin zehni onu bitkin, nəticələnmiş bir şey kimi dərk etməyə meyllidir. Bu, bir az da sovet iqtidarı altında keçən son 40 ildə istehsal edilmiş regional xarakterli ədəbiyyata görədir.
Davamı →

Knut Hamsunun Bakı səfəri

Norveç yazıçısı Knut Hamsun (1859-1952) 1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alaraq Rusiya, Azərbaycan və Osmanlı İmperiyasını ziyarət etmişdi.

Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt-Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlmişdi.

Bu səyahətin nəticəsi kimi yazıçı 1903-cü ildə “Nağıllar ölkəsində” və “Aypara ölkəsində” adlanan oçerklərini nəşr etdirib.

Knut Hamsunun Bakı haqqında yazdığı qeydlərindən:
Davamı →

Kamyunun gələcək həyat yoldaşına məktubu

Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə qoyduqdan sonra gələcək həyat yoldaşı Frensin Fora (Francine Faure) məktub yazır. 

Məktub vasitəsilə təkcə romanın qələmə alınma prosesindən deyil, öncəsindən, sonrasından və Kamyunun ruhi vəziyyətiilə də tanış oluruq.

«30 aprel, 1940-ci il
Gecə vaxtı yazıram sənə. Romanımı bir az əvvəl bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, işim hələ natamamdı. Yenidən gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Amma ümumi olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımda durur, olduqca çox əziyyət və iradəyə başa gəldiyini düşünürəm. Romanı var edə bilmək, əsl məğzindən uzaqlaşmamaq üçün fərqli düşüncə, fərqli arzuları qurban verməyə məcbur oldum. Vaxtaşırı bəzi cümlələr, duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi. Yaratdığım işə görə səksəkəli qürur içindəyəm. Bəzənsə içində tör-töküntü və bacarıqsızlıqdan başqa şey görmürəm. Bu hekayətin içinə həddən artıq çox girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə başlayacam.
Davamı →

Turgenev və Tolstoyun 17 il küsülü qalmalarının səbəbi

1861-ci ilin yazında “Atalar və oğullar” əsərini yazıb bitirən İvan Turgenev əsərinin ilk əlyazmasını oxuyub fikrini bildirmək üçün yaxın dostu Lev Tolstoya aparır. Tolstoyun yaşadığı malikanəyə gedən Turgenev əlyazmaları onun masasının üzərinə qoyub çıxır. Aradan bir müddət keçdikdən sonra otağa qayıdan yazıçı Tolstoyun yatdığını görür. O, bu məqamdan incik düşsə də, üzə vurmayıb evdən gedir.

Ertəsi gün Tolstoy və Turgenev şair Afanasi Fetin evində hazırlanan qonaqlığa gedirlər. Çay süfrəsi arxasında əyləşib söhbət etdikləri zaman Turgenev qızının ingilis dili müəlliməsini tərifləməyə başlayır. Müəllimənin onun qızına xeyirxahlıq təlqin etdiyini, ondan bəlli miqdarda pul ilə kasıblara yardım etmək istəməsini deyir. Daha sonra o, hətta müəllimənin Turgenevin qızından yoxsul insanların cırıq, köhnə paltarlarını tikməsini, yamamasını da xahiş etdiyini açıqlayır.
Davamı →

Brodskidən gənclərə məsləhətlər

Lüğətinizi genişləndirməyə və onunla bank hesabınız kimi rəftar etməyə çalışın. Ona daha çox diqqət ayırın və qazancınızı böyütməyə istiqamətlənin. Burada məqsəd sizin öz bəlağətinizi evdə və ya professional uğurlarınız yönündə inkişaf etdirmək (amma əlbəttə ki, bu da mümkündür), ya da kübar ağıllıya çevrilmək deyil. Məqsəd sizə özünüzü daha geniş səpkidə və dəqiq ifadə etmək imkanı yaratmaqdır; bir sözlə məqsəd sizin tarazlığınızdır.

Hər gün insan ruhunda bir çox şeylər dəyişir, amma özünüifadə tərzi eyni qalır. Özünü təqdimetmə istedadı təcrübədən qaynaqlanır. Heç bir ad verilməyən, adsız hisslər, rənglər, düşüncələr, mənimsəmə fərd daxilinə hopur, psixoloji partlayış və sınmaya aparıb çıxara bilər.

Bundan qaçmaq üçün «kitab qurdu»na çevrilmək vacib deyil. Sadəcə, lüğət yaratmaq və onu hər gün oxumaq, bəzən isə şeir kitablarını mütaliə etmək lazımdır. Bu kitablar olduqca ucuzdur, amma aralarında hətta ən bahalıları da psixiatrı ziyarət etməkdən qat-qat ucuzdur.
Davamı →

Görkəmli yazarların sirli həyatı: Henri Devid Toro

Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər zaman nədənsə imtina edərdi. Məsələn, Harvard universitetini bitirib incəsənət magistri diplomu almaq üçün 5 dollar ödəməkdən imtina edib. “5 dollara dəyməz, – Toro deyib, – hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır”.

Konkord Akademiyasına, belə bir mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi subordinasiyanı pozduğu üçün onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək karyerasına çox pis təsir göstərib. 

Digər məşhur etirazı isə 1847-ci ildə olub. Toro Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulmağı ilə bağlı etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən imtina edib. Toro onun yerinə vergi ödəməyə gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə görə) mübahisə edərək həbsxanaya düşüb.
Davamı →