İngiltərə XIX əsr - XX əsrin əvəllərində

xıx əsrin birinci yarısında İngiltərədə kapitalizmin inkişafı Avropanın başqa ölkələrinə nisbətən sürətlə gedirdi. xıx əsrin ortalarında fabriklər üçün lazım olan mexanizmlər, dəzgah və maşınların özləri də maşınlar vasitəsilə istehsal olunmğa başlayırdı. Bu, artıq sənaye çevrilişinin başa çatması demək idi. Maşınlar əl əməyini, eləcə də iri müəssisələr xırda müəssisələri sıxışdırıb aradan çıxarırdı. Istehsal təmərküzləşirdi. Ingiltərə burjiasiyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi. Ingiltərə “dünyanın emalatxanası” rolunu oynayırdı. Nəqliyyatın yeni növü olan parovozlu dəmir yolların çəkilişinə təlabat artmışdı. 1825-ci ildə İngiltərədə dünyada ilk dəmir yolu çəkilmişdi. Dəmir yolların çəkilişi metallurgiyanın inkişafına təkan verdi. Ilk paroxodlar ABŞ-da meydana gəlsə də, bunlardan əsasən, ingilis gəmi sahibləri istifadə edirdilər.

Çünki onlar Amerika gəmi sahiblərindən daha varlı idilər və yelkənli gəmilərin paroxodlarla əvəz edilməsinə iri məbləğdə pul xərcləyə bilirdilər. Buxarla işləyən gəmilərdən ibarət güclü ticarət donanmasının və hərbi donanmanın yaradılması İngiltərənin “dəniz hökmdarı” mövqeyini daha da gücləndirmişdi. 1825-ci ildə İngiltərədə dünyada ilk dəfə olaraq istehsalın bütün sahələrini bürüyən iqtisadi böhran baş verdi. Parlament 1824-cü ildə həmkərlar ittifaqlarını qadağan edən qanunu ləğv etdi. Peşəkar fəhlə ittifaqları olan tred-yunionlar (ingiliscə-peşə və ittifaq sözlərindəndir, peşələrə görə ittifaq deməkdir) yaradıldı. Tred-yunionlar fəhlələrin mənzil və iş şəraitinin yaxşılaşdırılması və əmək haqqının artırılması uğrunda leqal mübarizəyə başladılar. Bu mübarizənin başlıca forması tətillər idi. əhalisi çox olan Mançester və Birminhem kimi yeni şəhərlərin İcmalar palatasına deputat göndərmək hüququ yox idi. Çox az adam yaşayan yerlər isə deputatlar seçməklə davam edirdilər. Belə yerləri “çürük yerlər” adlandırırdılar. 1832-ci ildə parlament islahatı keçirildi. “Çürük yerlər”in bir çoxu ləğv edildi, sənaye şəhərləri palataya deputatlar göndərmək hüququ əldə etdilər. Bununla da, sənaye burjuaziyası hakimiyyətdə təmsil olunmağa başladı. xıx əsrin ortalarına yaxın İngiltərə sənaye və ticarətin inkişaf səviyyəsinə, dəniz qüdrətinə görə dünyada birinci yerdə idi. Ingilis burjuaziyası kapitalist ölkələri arasında inhisarçı (inhisar-fəaliyyətin hər hansı bir sahəsində müstəsna vəziyyət)  vəziyyətini qoruyub saxlaya bilmişdi. Dünya bazarında ingilis malları rəqabətə rast gəlmirdi.

1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi.xx əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. xx əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökumətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı.

1911-ci ildə Lordlar palatasının hüquqları xeyli məhdudlaşdırıldı. Belə ki, İcmalar palatası Lordlar palatasının razılığı olmadan qanun layihələrini təsdiq edə bilərdi. Bəhs edilən dövrdə İngiltərə yenə də dünya ticarətində birinci yerdə gedirdi. London dünyanın maliyyə mərkəzinə çevrilmişdi. Eyni zamanda mühüm istehsal göstəricilərinə görə İngiltərə öz rəqibləri olan ABŞ və Almaniyadan geri qalırdı. Lakin İngiltərə kapital ixracı sahəsində dünyada birinciliyi qoruyub saxlaya bilmişdi. Ingiltərənin öz müstəmləkələrini genişləndirmık cəhdi yeni müharibə ilə nəticələndi. Cənubi Afrikada Transvaal və Oranj (Narıncı çay) respublikalarının əhalisi olan burlar (holland, fransız və alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. Şiddətli müqavimətdən sonra burlar məğlub oldular. 1902-ci ilin iyununda sülh müqaviləsi imzalandı. Ingiltərə, bu respublikalarla birlikdə, bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə buradakı respublikalar birləşərək İngiltərə dominionuna çevrilməklə Cənubi Afrika İttifaqını yaratdılar. xx əsrin əvvəllərində İngiltərə-Almaniya ziddiyyətləri kəskinləşmişdi. Bu ziddiyyətlərin əsasını müstəmləkələr uğrunda və hərbi-dəniz sahəsindəki rəqabət təşkil edirdi. 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında gizli olaraq “Səmimi saziş” – “Antanta” (fransızca-ürəkdən razıyam deməkdir. Dünyanı yenidə bölüşdürmək üçün İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok belə adlanırdı) adlandırılan müqavilə imzalandı. Sazişə görə Fransa İngiltərənin Misirdə ağalığını tanıyırdı. Ingiltərə isə Mərakeşin Fransa tərəfindən işğalını qəbul edirdi.

1907-ci ilin avqustunda Peterburqda İngiltərə ilə Rusiya arasında saziş imzalandı. Bu sazişin bağlanması ilə “Atlanta”nın yaradılması başa çatdırıldı.

0 şərh