Hindistan XIX əsr–XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Ost-Hind şirkətinin işğalçı siyasəti daha da güclənmişdi. Ost-Hind şirkəti ilə bağlanmış yeni müqavilələrə əsasən Mərkəzi, Qərbi və Şərqi Hindistanda bir sıra ərazi şirkətin ixtiyarına keçmişdi. Moğal imperatorluğunun keçmiş paytaxtı Dehli şəhəri də işğal olunmuşdu.1849-cu ildə Pəncabın işğalı ilə Ost-Hind şirkəti Hindistan torpaqlarının zəbt edilməsini başa çatdırdı. xıx əsrin birinci rübündə İngiltərə hökumət orqanları işğal edilmiş ərazilərdə torpaq vergi sistemi tətbiq etdilər.

Bentinkinin general-qubernatorluğu dövründə Hindistanda vahid ölçü, çəki sistemi və vahid pul tətbiq olundu. Bu tədbirlərin həyata keçirilməsi Hindistanı ingilis mallarının satış bazarına çevirmək məqsədi güdürdü. 30-cu illərdə ingilislər ilk dəfə olaraq Hindistanda şəkər qamışı və pambıq plantasiyaları salmağa başladılar. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmağa başladı. 1833-cü ildə İngiltərə parlamenti Ost-Hind şirkətinin ticarət hüququnu tamamilə ləğv etdi. Eyni zamanda İngiltərə müstəmləkə sisteminin inzibati-siyasi və hərbi-polis aparatı rolunu oynayan Ost-Hind şirkətini gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirilirdi. xıx əsrin ikinci yarısında Hindistanın İngiltərənin satış bazarı və xammal mənbəyinə çevrilməsi prosesi başa çatmışdı. Hindistan İngiltərənin toxuculuq sənayesini pambıqla təmin edən əsas bazaya çevrilmişdi. Hind xalqı yadellilərin zülmü ilə həmişəlik barışa bilməzdi. “Sipahilər üsyanı” (sipahi-zabitləri ingilis, əsgərləri hindlilərdən ibarət olan qoşun növü) adı ilə tarixə düşmüş xalq hərəkatının bir çox səbəbləri var idi. İngilis zabitləri tərəfindən təhqir olunmuş sipahilər etiraz etdilər. Buna görə də 1857-ci ilin mayında sipahilərin böyük bir hissəsi sürgünə göndərildi, bəzilərinin rütbələri kiçildildi və digərləri həbsə məhkum olundular. Üsyançılar Dehlini ələ keçirdilər və Moğol sülaləsindən olan Bahadır şahı Hindistanın hökmdarı elan etdilər. Sipahilər üsyanı müstəmləkə əleyhinə çevrilmiş milli-azadlıq hərəkatı səciyyəsi almışdı. 1859-cu ildə böyük xalq hərəkatı məğlubiyyətlə nəticələndi. Bu uğursuzluğun bir sıra səbəbləri var idi.

Hərəkat Ümumhindistan səviyyəsinə qalxa bilməmişdi. Üsyan vahid mərkəzdən idarə olunmurdu. Bu hərəkat yatırılandan sonra İngiltərənin hakim dairələri Hindistanla bağlı siyasətlərində müəyyən dəyişikliklər etməyə məcbur oldular. Hələ 1858-ci ildə parlamentin qəbul etdiyi qanuna görə Ost-Hind şirkəti ləğv olunmuş, Hindistan İngiltərənin müstəmləkə və kraliçası Viktoriya isə Hindistanın kraliçası elan edilmişdi. xıx əsrin son illərində Hindistanda milli-azadlıq hərəkatı tarixində yeni oyanış dövrü başlanmışdı. Xalq hərəkatının liberal-burjua qanadı ilə birləşməsindən qorxuya düşən ingilislər Ümumhindistan siyasi təşkilatının yaradılması ideyasını irəli sürdülər. 1885-ci ildə Ümumhindistan Milli Konqresinin ilk qurultayı keçirildi. Konqres Hindistan milli-burjuaziyasının yuxarı dairələrinin və millətşi dövlət məmurlarının mənafeyinə cavab verirdi. Konresin liberal qanadı tərəfindən hazırlanmış proqramda milli sənayenin yaradılması, vergilərin azaldılması və s. məsələlər öz əksini tapmışdı. Konqresdən ingilislər öz məqsədləri üçün istifadə edirdilər.xx əsrin əvvəllərində Hindistanda kapitalizm başlıca olaraq emaledici və yüngül sənaye sahələrində, xüsusilə də toxuculuq sənayesində inkişaf edirdi. Britaniya hakim dairələri ölkəni yeni müstəmləkəçilik üsulları ilə idarə edirdilər. Həmin siyasətin qatı icraçısı Hindistanın vitse-kralı lord Kerzon (1899-1905) idi. Kerzon Britaniya imperiyasının Hindistandakı ağalığını var gücü ilə qorumağa çalışırdı. 1899-cu ildə Kerzon maliyyə islahatı keçirdi. İngilis kapitalının xeyrinə olan islahat milli sənayenin inkişafına mane olurdu.

Müstəmləkəçilərin özbaşınalığına etiraz əlaməti olaraq ingilis mallarının boykot edilməsinə başlanıdı. Bu, Hindistanın tarixində həqiqətən ilk ümumxalq hərəkatı idi. inqilabi hərəkatın milli-azadlıq və antifeodal səciyyə alması liberalları qorxuya salmışdı. 1907-ci ilin dekabrında keçirilən Hindistan Milli Konqresi (HMK) kütləvi çıxışları dayandırmaq haqqında qərar qəbul etdi. Lakin başda Tilak olmaqla demokratlar bu qərarın əleyhinə çıxdılar. Ona görə də onlar partiyadan xaric edildilər. xıx əsrlə xx əsrin ayırıcında Hindistan Milli Konqresində sol cınah (“ifrat” cərəyan) əmələ gəlmişdi. Ona B.Tilak başçılıq edirdi. Tilakın rəhbərlik etdiyi xırda burjua demokratları Hindistan Respublikası yaradılması tələbilə çıxış edirdilər. İngilis müstəmləkəçiləri hind knyazlarının və feodal əyanların köməyi ilə, liberalların yardımına arxalanaraq kütləvi hərəkata qanlı divan tuta bildilər. 1906-1908-ci illərdə baş vermiş bir sıra hadisələr hind xalqının milli-azadlıq mübarizəsinin yeni mərhələyə qədəm qoyduğunu göstərirdi.

0 şərh