Рейтинг
+12.06

Yeni tarix

15 üzv, 25 topik

XIX əsrdə ictimai-hərəkatlar, siyasi partiya və təşkilatlar

Kapitalizmin bərqərar olması ilə cəmiyyətin ictimai-siyasi həyatında da köklü dəyişikliklər yarandı. Onun sosial-sinfi strukturunda, siyasi quruluşunda yeniliklər baş verdi. Cəmiyyətdə siyasiləşmə gücləndi. Siyasiləşməni ehtiva edən ideyalar, cərəyanlar, prinsip və konsepsiyalar, hərəkatlar, partiya və təşkilatlar formalaşmağa başladı. Böyük Fransa inqilabından sonra bu proses daha da gücləndi. Müxtəlif istiqamətli siyasi partiya və təşkilatlar meydana gəlməyə başladı. ABŞ-da, İngiltərə və İtaliyada ilk burjua partiyaları yarandı. 1828-ci ildə ABŞ-da Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə Liberallar və İtaliyada Respublikaçılar partiyaları yaradıldı.


Ardı →

Osmanlı imperiyası XIX əsr-XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Osmanlı imperiyasının iqtisadi və siyasi böhranı daha da dərinləşmişdi. Dövləti böhrandan çıxarmaq üçün Sultan III Səlimin (1789-1807) islahatları xıx əsrin əvvəllərində də davam etdirilirdi. Napoleonun apardığı işğalçılıq müharibələri nəticəsində Avropada olduqca mürəkkəb beynəlxalq vəziyyət yaranmışdı. Belə bir şəraitdə 1805-ci ildə Rusiya – Osmanlı müqaviləsi imzalandı. Bu müqavilə rus hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçmək hüququ təsdiq edilirdi. 1806-1812-ci illərin Rusiya-Osmanlı müharibəsində Osmanlı dövləti məğlub oldu. Buxarestdə aparılan sülh danışıqları 1812-ci ilin mayında Buxarestdə sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi. Moldaviya və Valaxiya Osmanlı imperiyasına qaytarıldı. 1821-ci ildə Moreyada yunanlar üsyan qaldırdılar. Rusiya, İngiltərə və Fransa Osmanlı dövlətindən Yunanıstana muxtariyyət verməyi tələb etdilər. Rədd cavabı aldıqdan sonra müttəfiqlərin donanması 1827-ci ilin oktyabrında Navarin dəniz döyüşündə Osmanlı donanmasını ağır məğlubiyyətə düçar etdi. 1828-ci ildə isə Rusiya ilə yeni müharibə başlandı.


Ardı →

Niderland XVI-XVII əsrin birinci yarısında

  1. Niderlandın siyasi quruluşu
  2. Niderlandın iqtisadi inkişafı
  3. Niderlandda Reformasiya
  4. Oranlı Vilhelm
  5. Azadlıq hərəkatının başlaması
  6. Hersoq Albanın rejimi
  7. Azadlıq hərəkatının ikinci mərhələsi
  8. Cənubda antiispan hərəkatı
  9. Azadlıq hərəkatının üçüncü mərhələsi
  10. Şimali Niderlandın müstəqillik uğrunda mübarizəsi
  11. Holland müstəmləkəçiliyi
 
Davamı →

Son 5 ildə hansı dəhşətli hadisələr baş verib?

XX əsrdə 2 qanlı dünya müharibəsinə və çoxsaylı lokal konfliktlərə şahidlik edən bəşəriyyət XXI əsrin sülh və inkişaf dövrü olduğunu düşünürdü. Lakin baş verənlər bunun heç də belə olmadığını göstərdi.

2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin partladılması və 3 min insanın ölümü ilə nəticələnən qanlı terror aktı yeni əsrin terrorla müharibə əsri olduğunu ortaya qoydu. Sonradan Əfqanıstan və İraqda NATO qoşunlarının müdaxiləsi, Madrid, London kimi Avropa şəhərlərində baş verən qanlı terror aktları, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, 2005-ci ilin dekabrında Hind okeanında 300 mindən artıq insanın həyatına son qoyan dəhşətli sunami və s. dünyada hökm sürən qeyri-stabil şəraitin göstəricisi idi. Bu qeyri-stabillik sonrakı illərdə də davam edib.


Ardı →

İngiltərəni idarə edən kral sülalələri

2066-cı ildə Brataniya Krallığı öz hakimiyyətinin 1000 illiyini qeyd edəcək. Bu müddət ərzində 7 sülalə bir-birini əvəz etmişdir.

Hal-hazırda II Yelizavetanın başçılığı ilə Vindzorlar nəsli Böyük Britaniya krallığını idarə edir.

Mersiyanın hakimi Offa (757- 796) müflisləşmiş, ətraf əraziləri də özünə birləşdirərək İngiltərədə ilk dəfə kral titulunu qəbul etmişdir. Bu sülalənin krallığı 1066-cı ilədək davam etmişdir. Anqlosaksonlu bu sülalənin sonuncu kralı Edqar Etelinq (oktyabr – dekabr 1066 il) idi.

 Ondan sonra hakimiyyət I Vilhelmə ( “İstilaçı” ləqəbli) keçmişdir. I Vilhelm bununla da Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.

Stefan öldükdən sonra hakimiyyətə yeni sülalə — Plantaqenetlər sülaləsi gəlir. Bu sülalə iki qola ayrılır – Lankastorlar və Yorklar. Sülalə İngiltərə krallığını 1485-ci ilədək idarə etmişdir. Bu sülalədən olan 14-cü, sonuncu kral III Riçard cəmi 2 il (1483-1485) krallıq edə bilmişdir. Riçard 1485-ci ildə Bosuort ətrafında gedən döyüşdə həlak olmuşdur.
Ardı →

Müstəmləkə sisteminin formalaşması

Müstəmləkəçilik-qəsbkar dövlətlərin (metropoliya) istila edərək tamamilə özlərinin mülkiyyətlərinə çevirdikləri xalqlara və ərazilərə (müstəmləkə) qarşı işğalçı siyasət kimi anlanılır. Müstəmləkə və müstəmləkəçilik kapitalizmdən çox-çox əvvəl Roma imperiyası dövründə də olmuşdur. O, XV əsrdən bir sistem olaraq-ilk coğrafi kəşflərdən başlayıb-inhisarçı kapitalizm zamanında formalaşmışdır. İlk müstəmləkə imperiyasını Portuqaliya və İspaniya təşkil etmişdilər. Portuqaliya sonradan müstəmləkələrini əlində saxlaya bilməmişdi. XVI əsrin ortaları üçün İspaniya Mərkəzi və Cənub Amerikada böyük müstəmləkə imperiyası yaratmışdı.
Davamı →

Yaponiya XIX əsr– XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Yaponiyanı Tokuqava nəslindən olan Syoqun (yaponca-“vəhşiləri itaətə gətirən Böyük sərkərdə” deməkdir. Irsən verilən bu titul sahibi dövlət hakimiyyəti hüququna malik sərkərdə hesab olunurdu) idarə edirdi. Bu dövrdə də Yaponiyada müxtəlif torpaq mülkiyyəti formaları vardı. Samuraylar Yaponiyada ali silki təşkil edirdilər. Syoqunun hələ 1721-ci ildə verilmiş fərmanı ilə şəhərlərin ticarət-sələmçi kapitalı becərilməyən torpaqlardan istifadə hüququ almışdı. Torpaq mülkiyyətinin yeni formasının meydana gəlməsi, habelə əmtəə-pul münasibətlərinin inkişaf etməsi kənd təsərrüfatında bir sıra dəyişikliklərə şərait yaratmışdı. xıx əsrin birinci yarısında kənddə muzdlu əməkdən istifadə olunurdu.

Torpaqsız və aztorpaqlı kəndlilər başqalarının torpaqlarında işləyirdilər. Bu dövrdə Yaponiya mis filizi çıxarılmasına və metal emalına görə dünyada əhəmiyyətli yerlərdən birini tuturdu. Portuqaliyalılar Yaponiyaya gələn ilk avropalılar idilər.


Ardı →

Hindistan XIX əsr–XX əsrin əvvəllərində

xıx əsrin əvvəllərində Ost-Hind şirkətinin işğalçı siyasəti daha da güclənmişdi. Ost-Hind şirkəti ilə bağlanmış yeni müqavilələrə əsasən Mərkəzi, Qərbi və Şərqi Hindistanda bir sıra ərazi şirkətin ixtiyarına keçmişdi. Moğal imperatorluğunun keçmiş paytaxtı Dehli şəhəri də işğal olunmuşdu.1849-cu ildə Pəncabın işğalı ilə Ost-Hind şirkəti Hindistan torpaqlarının zəbt edilməsini başa çatdırdı. xıx əsrin birinci rübündə İngiltərə hökumət orqanları işğal edilmiş ərazilərdə torpaq vergi sistemi tətbiq etdilər.

Bentinkinin general-qubernatorluğu dövründə Hindistanda vahid ölçü, çəki sistemi və vahid pul tətbiq olundu. Bu tədbirlərin həyata keçirilməsi Hindistanı ingilis mallarının satış bazarına çevirmək məqsədi güdürdü. 30-cu illərdə ingilislər ilk dəfə olaraq Hindistanda şəkər qamışı və pambıq plantasiyaları salmağa başladılar. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmağa başladı.


Ardı →

Böyük Fransa burjua inqilabı dövründə Avropada beynəlxalq münasibətlər

XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1.5 milyard livrdən, 1788-ci ildə 4,5 mlrd livrə çatmışdı. Milli büdcənin kəsiri 126 mln. livr təşkil edirdi.
Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağrılmayan Başştatların çağırılmasına razılıq verdi. Başştatrlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi.
1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə qalxmışdı. Bu dövr xalq kütlələrinin 450 çıxışı olmuşdu. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də Versalda Başştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci silkin (ruhanilər – 291 deputat, zadəganlar -270 deputat) nümayəndələri idilər.
Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə ayrılmışdı: birinci idarə Qərbi və Mərkəzi Avropra dövlətləri, habedə Amerika ilə diplomatik münasbətlərə rəhbərlik edirdi. İkinci isə –Şərqi və Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata keçirirdi.


Ardı →

«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq şəraitə təsiri

Napoleon imperiyası darmadağın edildikdən sonra Avropa dövlətləri arasında qüvvələr nisbəti əsaslı şəkildə dəyişildi. I fransız imperiyasının xərabəları üzərində gedən bölüşdürmə prosesi Avropada beynəlxalq münasibətlərin yenidən qurulması ilə başa çatdı. Qalib dövlətlərin yaratdığı yeni sistem tarixə «Vyana sistemi» adı ilə daxil olmuşdur. Bu sistemi yaratmaqla qalib dövlətlər Avropa ölkələrinin yeni sərhədlərini müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını yaratmaq, təqribən iyirmi beş ilə yaxın dövrü ərzində baş vermiş dəyişiklikləri qanuniləşdirmək kimi məqsədləri reallaşdırmaq istəyirdilər. Qalib dövlətlər «Vyana sistemi»ni yaratmaqla qarşılarına aşağıdakı üç başlıca vəzifəni qoymuşdular:
-Fransanı inqilabaqədərki sərhədlərə (1792-ci il 1 yanvar sərhədlərinə) qaytarmaq, Fransa taxt-tacında legitim Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək;


Ardı →