Maraqlı hekayə

Xahiş edirəm diqqətlə oxuyun...
Bu hadisə Bakının bir kəndində 2009-cu ildə bir qızın başına gəlmişdir. Bir gün universitetden çıxıb avtobus dayanacağında avtobusu gözləyirmiş. Bərk yağış yağırdı. Qızın qarşısında bir maşın dayandı. Çox səliqəli geyimdə gözəl bir oğlan maşından düşüb qıza yaxınlaşdı: ---Xanım qız... bərk yağış yağır. Gəlin oturun maşına sizi evinizə qədər aparım... Mən də tələbə olmuşam, yağışın altında o qədər avtobus gözləmişəmki... Qız bir az düşündükdən sonra, oğlanın səmimi sözlərinə inanıb maşına oturur...Yolda ordan-burdan söhbət edirlər...Bir-birlərindən xoşları gəlir...Həttda telefon nömrələrini belə bir birinə verirlər. Qızı evə düşürən oğlan sağollaşıb gedir...Qızın oğlandan o qədər xoşu gəlmişdi ki, hər dəqiqə onun zəngini gözləməyə başlayır. Hər zəngə ümidlə baxır. Lakin hər dəfə məyus olur...Birş gün qız dözməyərək özü onun nömrəsini yığır. Bəlkə nömrəni itirmişdir deyərək, zəng edir. Telefona bir qadın cavab verir. Ağlaya-ağlaya onun anası olduğunu söyləyərək oğlunun bir həftə qabaq qəzada həlak olduğunu deyir. Qız dəhşətə gəlir, ağlayır, sızlayır...ünvanlarını öyrənib səhəri gün yasda iştirak etmək üçün oara yollanır. Yasda ürəyini ağlamaqla boşaltdıqdan sonra, anasından oğlu haqqında soruşmağa başlayır. Anası hər dəfə oğlanın həyatını...onun vərdişlərini,secdiyi yeməklər barədə danışdıqca qızın gözlərindın yaş axır. Anasın dediyinə görə oğlu 1 həftə öncə axşamüstü qəzaya düşüb. Qız dəhşətə gəlir. Həmin gün!!!Oğlanla görüşdükləri gün!!!Demək ki, oğlan evə qayıdarkən ölüb. Qız özünü günahlandırır. Kaş ki, o gün oğlanı evə qədər gətirməzdi...Nəhayət evlərinə dönmək istəyəndə oğlanın anasından bir yadigar istəyir. Anası da qıza oğlanın həmin qəzada həlak olduğu zaman geyindiyi köynəyi yadigar verir. Hətda köynəyin üstündə qan ləkələri də qalmışdı. Qız köynəyi götürüb evlərinə qayıdır. Onu yuyub balışının altına qoyub, oğlan barədə fikirləşərək yatır. Səhər duranda o qədər ağlamışdı ki, başı ağrıyırıdı. Köynək yadına düşdü. Balışını qaldıranda köynəyi qanlar içərisində gördü. Axı qızın yadında idi. Dünən tər-təmiz yuyub qoymuşdu. Amma bəlkə də çox ağladığından fikir verməmişdi. Ləkələri yəqin getməyib. Yenə yuyub qoydu. Səhəri yenə qanlar içində idi. Bu bir neçə gün belə davam etdi. Artıq bu sirr onu narahat eləməyə başlamışdı. Burada nə isə var idi...Nəhayət bir bilici qocanın yanına getməyi qərar verdi. Yaxın mahalların birində çox ağıllı qoca yaşayırmış.Getdi və qocaya hər şeyi danışdı:
- Babacan axı mən hər gün onu tər-təmiz yuyub, qurulayıb qoyurdum. Necə ola bilər bu...burda nə isə birr sirr var... Qoca bir qədər fikirləşib və nəhayət diqqətlə qıza baxaraq söyləmiş:
-Aymənim qızım, adi tozla qan ləkəsi çıxarmaq olarmı? Sən həm rəngli, həm də bəyaz paltarlar üçün olan arieldən istifadə etməlisən!

14 şərh

yravil
mütleq şərhlərinizi yazın
yravil
xahiş edirəm qiymət verəndə mütleq şərhlərinizi yazın.

Zeyneb_Ehmedova

Düzdü ilk dəfə oxuyanda məndə əsəbləşmişdim amma minus verməkdə olmaz axı arada gülüşdə lazımdı

Mikola-Mikola
BURDA GULMELI NE VAR SEN HEZRET ABBAS???
Old_Baku_
Arada gülməli olmayan şeylərədə gülmək lazımdı.
Mikola-Mikola

NE AGLAMALI KIMI AGLAMALIDI NE GULMELI KIMI GULMELI...NE DEYIM VALLAH BAXINDE

yravil
vabse bura senin yerin deyil bildin
Cavid
oxuyanda maraqla oxudum və düşünürsüm ki bekə bir şərh yazacam " görəsən indi bu cür sevgilər hələdə qalıbmi" amma sonuncu cümləni görəndə biraz məyus oldum) amma çox gözəl reklamdır), məncə maraqlı alınıb.
Operon
Bilirsənmi əziz dost bəlkə də mən yanılıram,lakin indi bu cür yazılar çoxdur və mən bu cür yazılardan diksinirəm.heyifim gəlir sənin bu yazını yazmağa sərf etdiyin dəyərli dəqiqələrinə.Məncə daha səmərəli bir işlə məşğul ola bilərdin.Rica edirəm məni düz başa düş.

^OPER^
yravil
arada belə yazilarda lazimdir  mence
BaKiNeC
Kohne sohbetdi bu
Gülnar
Ət tökəndir..(siz istədiz))
Silen_ce
belə mənasız yazıların bu saytda yerləşdirilməsinə icazə varmı?